Biz – sərnişin, dünya – qatar
Kimsə yaxşı demiş, qardaş –«Biz – sərnişin, dünya – qatar».Hər kəsin öz isgələsi,Hər kəsin düşmək vaxtı var.
Dünya kef olsaydı əgər,Bilinməzdi xeyirlə şər.Kədərlə ucalar bəşər,Kədərlə də kama çatar.
Palçığımız tey qəm olub,İlk adam da Adəm olub,O, da cənnətdən qovulub,Daha nə toy, nə saz, nə tar?!
Elə, lap o vaxtdan bəri,Dünya olub sürgün yeri,Bəndə salıb bəndələri,Kim onlardan xəbər tutar.
O dərdlər ki, dünyada var,İnsana həyandı onlar.Dünya – dərdsiz, bom-boş olar,Dünyalıq daşını atar,Boşboşuna gedər qatar.
Oktyabr, 1996
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-biz-sernisin-dunya-qatar
← → düymələri ilə keçid, R — təsadüfi şeir