Söz dilinin ucundasaQorxma dillən, din saxlama!Dəvə kinli olar, baba,Sən insansan, kin saxlama!

Kin ürəkdə güvə olar,Saxlayarsan dəvə olar,Dəvə olsa – dava olar,Damarında cin saxlama!

Təsəllini göydə axtar,Sənin dadına Haqq çatar.Rəhm eləyən öz dinin var,Ehtiyatda din saxlama!

Unut qəmi, seyrə çıx sən,Dağlara bax, təmkin öyrən!Müntəzirdi yəhər, yüyən.Kəhər atı min, saxlama!Ürəyində kin saxlama!

Oktyabr, 1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri