Var oldu ki, tabgətirərsən hər əzaba

İnsanı insan eləyər mərifət, elm, bilgi, kitab,Kitab rəfinə düzülən bər-bəzək deyil ki, kitab?

Nizami, Füzuli, Sabir kitaba dönüb yaşayır,İnsanın ən böyük kəşfi sayılsın ilkin, ilk kitab.

Kitab gərək kitab olsun, cömərd olsun, aslan olsun,Düzü-dünyanı tutub, namərd kitab, tülkü kitab.

İndi hər yerindən duran qələm alıb kitab yazır,Çoxalıbdı nadan kitab, cahil kitab, yüngül kitab.

«Ana dili» də kitabdır, «Anayasa» da kitabdır,Var asari-ətiqə, qədim, var bildir ki, bu ilki kitab.

«Kitabi-Dədə Qorqud»a bax, gör özünü, kökə qayıt!Kitabın da soyadı var, dürrdür əsil-köklü kitab.

Kitablar kitabı-kitab, «Qurani-Kərim» də vardır,Ayələri gün işığı ulu Tanrı körklü kitab.

Yanvar, 2006

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət