Bir daha söz haqqında söz
İndi hamı öz hayında,Şişdə kabab köz hayında.Söz qiymətdən düşüb tamamBir kimsə yox söz hayında.
İndi sözü güdənlər var,İndi sözə gedənlər var,İndi sözü yeməyən yox,Sözü yeyən – gödənlər var.
O söz ki, lazımdır bizə,Heç deyilmir, çıxmır üzə,Ta doğru – söz gözə dəymir,Yalan – söz çıxıbdı dizə.
Ta mərd sözü demək çətin,Namərd sözün var hörməti.Qorxaq sözlər, yumşaq sözlərYastığıdır cəhalətin.
Əyri otur, sözü düz de!Deyirsənsə bütöv söz de!Başa düşmək olmur, dadaş,Yarımçıq sözü ha yüz de!
Söz-dərd udar, sevinc səpər,Söz həm oxdur, həm də sipər.Təpərli söz deyən kəsinÖzündə olmalı təpər.
Elə söz de, əyilməsin,Sözünə söz deyilməsin,Bircə kəlmə söz de, bilək,Nəkarəsən, kimsən, nəsən.
08.05.2007
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-bir-daha-soz-haqqinda-soz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Vədə oldu xilaf, illər dolandı,Qıza nə üz verdi, nazlım gəlmədi.
Bu arzum da...Uşaq idim min suallı,Hər istəyim qeylü-qallı.
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Cəfərqulu xanaHacı qulu səndən, ey taci-sərim,Ziyadə-ziyadə xürrəm olubdur!