Girir araya
Bir az çox sevinəndə,Zülüm girir araya.Yol hamara düşəndəÖlüm girir araya.
İşim nəhs gəlir, nəhsəm,Çaşıb bütöv söz desəm.Bütövləşmək istəsəm,Bölüm girir araya.
Düşmənə xoşdur halım,İstər ki, belə qalım.Bir iş görsə ağıllım,Dəlim girir araya.
Xəyalım göydən ensə,Yerdə bir yar bəyənsə,Ürəyim bir söz desə,Dilim girir araya.
Sentyabr, 1994
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-girir-araya
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Olur
Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
QaratoyuqBiz necə oxşarıq, ay qaratoyuq,biz eyni quşlarıq, ay qaratoyuq.
KönülDərdli könül, söylə nə ahü-zardır,Coşğun dəniz kimi üsyan eylərsən.