Tale, sən mənimlə beşdaş oynama
Tale, yerində dinc otur,Mənimlə beşdaş oynama!Bu qoca vaxtımda məniEyləmə çaş-baş, oynama!
Sən yazılı aynamısan?Sənə baxsa çaşar insan.Sən çaşmayıb oynamısan,Bir dəfə də çaş, oynama!
Sən Yerin-Göyün hakimi,Məni ərköyün uşaq kimiKəs oyunu, saxla hökmü,Oynama, qardaş, oynama!
Sən oynasan, axmaz sular,Meşə saçlarını yolar.Zəlzələn evlər uçurar,Titrəyər dağ-daş, oynama!
Zəif görmüsən qocanı,Qırmısan qapı-bacanı.Mən tapmışam tapmacanı,Sən ol, qara daş, oynama!
Otur bir az, dincini al!Yan-yörəmdə tutma qərar,Lap hirsindən boğul, qaral,Lap çalxalan, daş, oynama!
Sentyabr, 1996
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-tale-sen-menimle-besdas-oynama
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
Seyr edin, gərdəni minaya baxınSeyr edin, gərdəni minaya baxın,Sərimi saldı nə sevdaya baxın.