İnsan
Azad gəlir dünyaya,Azad cənabdı insan.Ömrün hər sualına,Hazır cavabdı insan.
Bilinmir əsl yaşı,Bəlalar səkib başı.Özü-özünə qarşı,Çox bədhesabdı insan.
Bir kəlmə sözdən küsər,Gülər, ağlayar, susar…Başdan-başa, sərasər,Bütöv əzabdı insan.
Aldatmasa nəfs onu,Danmaz haqqın yolunu.Bir insan olduğunuBilsə – savabdı insan.
Özü gəldi-gedərdi,Səbri ümman qədərdi,Çəkər dağ boyda dərdi,Demə, bitabdı insan.
Hərdən bulud tək dolar,Tanrıya da ağ olar.Burdan məhşərə yol var –Yolda yatabdı insan.
İyun, 1996
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-insan
← → düymələri ilə keçid, R — təsadüfi şeir