Ana durur övladının başı üstə,Allah durur ananın başı üstə.Allahdan yuxarı kimsə yox!Baş əyir hamı onun qüdrətinə.Ulduzlar deyir: – Baş üstə,Kainat deyir: – Baş üstə,Təbiət deyir: – Baş üstə,Göy-Yer deyir: – Baş üstə!İnsanlar da aciz, müti…Min illərdi,Gündüzün günorta çağı,Əldə çıraq axtarırlar həqiqəti.Zaman-zaman, nəsil-nəsil,dizin-dizin, yer-yerdənmehrabların önündəelə «baş üstə» deyə-deyə,heçlikdən gəlib, gedirlər heçliyə,görəsən, niyə?Nədir bu sirri – xuda?Bilə-bilə ki bir heçsən axırda,Yaşamağa dəyərmi?

Ana durur övladının başı üstə,Allah durur ananın başı üstə.Sabah o uşaq da böyüyəcək,O da deyəcək: – Baş üstə!

Avqust, 2006

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq