Bölünməyin, yurtdaşlarım,Bir yurd olun, bir yurdlaşın,Bir dərd olun, bir dərdləşin,mələməyin, bozqurdlaşın,göydə bu yurdun göz yaşı,yerdə savaşı qalıncan.

Qoç quzusu da qurd əmənbu yurd ular zaman-zaman,Bu yurd mələməz bircə anilk yurd yeri göy, asiman,ovu qartal, ovu aslanson qurd uçuşu qalıncan.

Əli yetməsə heç nəyə,bir anda sıçrayar göyəqılınc kimi endirməyəaydan sıyrılan ay daşı,göydən göy daşı qalıncan.

Enib özünü öyəcək,düşmənə «Dev ol!» deyəcək,olcaq, devi də dovşantəkqovub ovlayıb yeyəcəkbircəcə dişi qalıncan.

Bu Anayurd – Anaçiçək:«Atlan, qanatlan, Qalx,» – deyəcək,göydən Allah da enəcək,fatehlər doğmağa aslan,aslanların dodağındanöpməyə kişi qalıncan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən