Narım, gilənarım,Can eşqlə,Qədəh şərabla,pətək balla dolantəkdopdoluyam səninlə.

Mən səninlə sərxoşam,Dopdoluyam səninlə,aşıb daşırsan məndən,məni də alıb axırsan.

Eşq eşqlə yetər sonasərxoşluq sərxoşluqla,durmadan içirəm, yenəbu yıxılan qədəhtəkayıla bilmirəm səndənsən ayılmaz yuxusan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq