Gözü göz yaşından İlahi doğma, üzü göz yaşından İlahi ətirli
Bu torpaq, bu dağ, bu dəniz,uçan, qaçan hamımızın,ya gül içrə, ya qan içrədua etməyə son hücrə –Azərbaycan hamımızın.
O, beş-on adamın deyil,Beş-on atanın deyil,Alanın, satanın deyil,Hamımızın, hamımızın,
Xanım-xatın, xanım-banubulaqları göz yaşından,çayları lilindən doğma,ağrısı bağrım başında,tikanı gülündən doğma.
Doğma, doğma, dəli, dəli,Hər yalanı hər gerçəkdən,gerçəyi yalandan doğma,gerçəyi yalandan dəli,min illərin zalımlarıgündə min yol cuşa gəlibcanımı alandan doğma,canları alandan dəli.
Heç sevilməyən hər kəsinSevdirəni də mən oldum,Sevdirdim, mən də vətən oldum,Ölsəm, bir Allah bilməsin,bir də gözləriniz sizin,Mən sizi sevdirməkdən,Sizi sevməkdən öldüm.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-gozu-goz-yasindan-ilahi-dogma-uzu-goz-yasindan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Könül sirrinə hər kəs məhrəm olmaz,Vəgərnə olsa yüz min qəm, qəm olmaz
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
ƏfəndimMən Xəstəyəm, bağda bostan əkərəm,Dırqınada bir gözələ nökərəm,