İki mələk
İki çiynimizdə iki mələk var,Bir mələk suç yazır, bir mələk savab.Üst-üstə qalanır suç da, savab da,Qiyamət günündə çəkilir hesab.
Daş da yuvarlansa, olar daş təkər,İnsan ömrü boyu əziyyət çəkər.Bu yanda bir mələk dayanıb bekar,O yanda bir mələk bağlayıb kitab.
Suçu savabından çoxdur insanın,Əzəldən qaradır üzü dünyanın,Külli-kainatı gəzin, dolanın,Görün harda vardır bu boyda əzab?!
Daşıma boş yerə aranı dağa,Haqlısı kölədir, haqsızı ağa.Yerdə hökm sürən bu haqsızlığa,Yenə insan oğlu tab gətirər, tab.
Suçlu adam var ki, qınamıram mən,Ehtiyacdı onu suça sövq edən.Savab gözləyirsə suçu törədən,Yemlik seçilmirsə acı tərədən,Di, gəl bu dünyada həqiqəti tap!
O suç yazan mələk olsaydı insan,Onun da gözünü tutardı meydan.O da yaşamaqçün düşərdi heydən,Çətin suallara tapmazdı cavab.
Dekabr, 1997
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-iki-melek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
— İsmayıl:Başına döndüyüm, qurban olduğum
QılmısanEşitmişəm bir neçə əhvalmı,Bir özgəyə əhdü-vəfa qılmısan.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.