Qıymadın sakini-kuyin olana peykanın
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Qıymadın sakini-kuyin olana peykanın,
Bir içim su ilə ağırlamadın mehmanın.
Navəki-qəmzə diriğ eyləmə aşiqlərdən,
Kəsmə ərbabi-vəfadən nəzəri-ehsanın.
İstəyin can idi xaki-rəhinə tapşırdım,
Yetdi ol xud yerinə, indi nədir fərmanın?!
Canə yetdim ələmi-hicrin ilə, ey zalim,
Rəhm qıl canın üçün var isə bir dərmanın.
Dadxahəm sənə, damən nə çəkirsən məndən,
Yoxmu vəhmin ki, tutam həşr günü damanın.
Zalim olsan nə əcəb, yox sənə duzəx vəhmi,
Sənə xud yetməyəcəkdir sənin öz hicranın.
Vəsl əyyami rəvan yarə fəda eyləmədin,
Ey Füzuli, qəmi-hicran ilə çıxsın canın.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qiymadin-sakini-kuyin-olana-peykanin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bilirəm ki, oxumaz, gər ona səd barə yazam.
Zülm şəmşirilə hicranın məni, yar, öldürərHey desəm: öldürmə, – baxmaz ol sitəmkar, öldürər.
Nə qədər ki, olmuruq, bir sevgilinin qəmi ilə olmuşuqBir laləüzlünün dərdi və dağı ilə olmuşuq.
Fədakarlıqda şəmi-bəzmi-canandan deyildim kəmNədir, aya, günahım kim, sayılmam bəzminə məhrəm?
Başqa şairlərin şeirləri · Eşq
Gülzari-məlahətdə gözüm bir gülə düşdü,Ruxsari ara xali-siyəh sünbülə düşdü
Mənə nəvazişlə dedin bu axşamMənə nəvazişlə dedin bu axşam:Bir az cavanlaşıb, yaxşılaşmışam.
یک شیشه از می ناب با یار سیم ساقیگنجت اگر دهد رو در گوشه وثاقی
Ola bilsəm!Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,