Kəndçilərimizə dair
Neçə vaxtdır ki, Dövlət dumasında aqrarnıy vopros deyilən kəndçi və yer məsələsi müzakirə olunmaqdadır. Sair vəkillər, kənd əhlinin özündən seçilmiş vəkillər ilə bərabər, bu məsələ üstündə danışıb rus dəhat əhlinin ağır olan dirilik və məişətini yüngüllətmək üçün buna müvafiq qanunlar və qaydalar qoyulmasını tələb edirlər. Daha doğrusu rus dəhat əhlinin ikinci və həqiqi xilas və nəcatını hasil etmək istəyirlər. Rus dəhat əhlinin birinci “nəcatı” imperator Aleksandr saninin əsrində fevralın 19-da 1861-ci sənədə vaqe olmuşdu. Lakin bu nə “Nəcat” idi?! Hökumət kənd əhalisini zalım mülkədarların əlindən xilas edib öz istibdad cəngalına salmışdı və kəndçilərə zərərdən səva heç bir nəf gətirməmişdi. Böylə ki, əgər kəndçilər Sədinin sözlərini yad edib desə idilər:
Ke əz çəngale-korgəm dər rebudi,
Çe danəm aqebət görgəm to budi.
səza və şayəstə olardı. Kəndçilər isə bu sözlərin özlərini demədilərsə də mənasını qövlən və felən hökumətə bildirdilər. Hürriyyət fədavilərindən kəndçilər qeydinə qalanlar orada-burada kəndçilər arasında deyib-danışıb hökumətin kəndçilərə olan zülmünü qandırdılar. Kəndçilər isə bütün bədbəxtliklərinin başı nerədə olduğunu anlayıb etiraz etdilər. Yəni iğtişaş və şuriş salıb kəndçi və yer (aqrarnı) məsələsini meydana çıxartdılar. Bu halda yalqız bu məsələ hökumətin böyük vahiməsinə səbəb olmaqdadır. “İxtiyar ver!” İştə, bu sözlərdir ki, rus rəhat əhli öz vəkilləri ilə bərabər onun üstündə qaim durub, hökuməti qısnayıbdırlar...
İndi keçəlim bizim öz kənd əhalimizə. Rusiyada heç bir millət yoxdur ki, biz müsəlman kimi xar və zəlil olmuş ola və həmçinin, heç bir sinif yoxdur ki, bizim kəndçi sinfimiz kimi, hüquqi-mülkiyyə və milliyyə o yanda dursun, hüquqi-insaniyyədən məhrum olub, həqiqi məzlum adını gəzdirməyə layiq olmuş ola! Əgər bir sahibi-vicdan bizim kənd əhalimizin əhval və ovzaına layiqincə aşina olsa, bizim sözümüzü heç bir halda mübaliğəli ədd etməz. Bizim kənd əhalimiz oylə, bir hala qalıbdır ki, hər bir tərəfdən narəva münasibətlərə, zalimanə rəftar və hərəkətə səbr və təhəmmül etməyə məcburdur. Kəndçilərimizin güzəranını kəsib də diriliyini təhəmmülfərsa edən neçə-neçə səbəblər vardır.
Əvvəla hökumətin zülmü... O zülm ki, bütün rus dəhat əhli (bilatəfriqi-millət) onun altında əzilib əriyirdi, o zülm ki, əlhal, rus dəhat əhlinin qiyaminə səbəb olubdur kənarda dursun, hökumətin bizim kəndçi sinfindən ötrü hazırlanmış xüsusi zülmləri dəxi vardır ki, bu zülmlər knyaz Qolitsinin zəhərli politikasının nəticəsi olaraq, o zamandan indiyə kimi davam etməkdədir. Qeyri millətləri görmək də istəməyən bu knyaz bütün Qafqaz ölkəsinin əhalisini və baxüsus, kənd əhalilərini oylə bir ağır şərtlər içində buraxmışdı ki, yazıq kəndçi nəfəs belə ala bilmirdi. Qafqaz əhalilərinin dolanacağından zərrə qədər də xəbərdarlığı olmayan rus məmurlarını təyin edib də bu zalım hakim polis istirajası təşkili ilə öz cövr və cəfasını son dərəcəyə çatdırdı. Bəy pulu ilə dolanıb da rəiyyət qanını içən bu strajniklər indiyə kimi hökm sürüb də Qafqazın kəndçi hissəsini bilamümaniə və mühakimə dağıdır, viran edirlər. Əlbəttə, qonşu kəndçilərimiz öz millətpərəstlərinin təşviqat və tovzihatı sayəsində öz xeyr və şərlərini, dost-düşmənlərini anlayıb və hər bir məmurun dairəyi-ixtiyaratını bilib, bu halda hər bir məmurun ixtiyarından artıq iş görməsinə qarşı etiraz və protest edirlər. Bizim bədbəxt kəndçilərimiz isə heç bir şeydən xəbərdar deyildirlər. Onlardan ötrü hamı sahibixtiyardır və sahibixtiyarların ixtiyaratının hədd və hesabı yoxdur. Qubernator, naçalnik, pristav və strajnik bizim kəndçilərimizin üstündə ağa olub, bu bədbəxtlərin başına hər nə qədər pislik gətirsələr caizdir, çünki külli ixtiyar sahibidirlər!
Bu gün bir allahsız strajnik istəsə qabağına çıxan kəndçini lap arxayın öldürə bilər və bir kəs bundan sorsa ki, nə üçün bu kişini öldürdün, cavabı-şafi verər ki, oğurluq edirdi, ya yol kəsirdi...
Əgər durub polis məmurlarının nə baxüsus strajniklərin müsəlman kəndçilərinə rəva gördükləri zülm və sitəmi bir-bir yazasan hər sahibidil oxuyub, qan ağlar, o surətdə müsəlman kəndçilərinin də quldur olub yol kəsməyi, adam öldürməyi heç bir kəsə təəccüblü və vəhşiyanə görünməz. Bəzən binəva kəndçi strajnik gözünə görünməyib, əlinə düşməmək üçün qaçıb quldur olmağa razıdır. Bu cəllad ürəkli strajniklərin azğınlığı əksər ovqat o dərəcəyə qalxır ki, kəndçinin əhl və əyalına əl uzadıb ismət və namus pərdəsini də yırtmağa cəsarət edir.
Lakin nə deyirsiniz, görünür ki, hökumət nəzərində kəndçilərdən ötrü yalnız bir strajnik zülmü azımış. Ona görə, strajniklərin baqi qalması ilə bərabər vəhşilik və dürəndəlikdə strajniklərin də ikiqat mahir olanları dəxi kəndçilərin canına müsəllət etmək lazım gəlibdir. Odur ki, əlan Qafqazın hər yeri qazaq dəstələri ilə doludur. Qazağın da kim olub-olmadığı bir Qafqaz deyil, Rusiya deyil, bütün aləmə əyandır...
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-kendcilerimize-dair
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Müəllimlər ictimainə dairTəvəqqe eləyirəm ki, bu yazdıqlarımı elə tez-tez və tələsə-tələsə oxuyasınız ki, guya, daldan sel gəlib sizi basacaqdır və əgər mümkün olsa, bunu oxuduqda gözlərinizi bərəldib, ağzınızı köpüklədin.
Ordan-burdan 104Hər kəs istəyir ki, istibdadın və üsuli keyfi-mayəşanın əməlini gözü ilə görsün, buyursun gəlsin bizim Bakıya. Bakıya gələndən sonra, bilirəm ürəyi qısılacaqdır, çünki bu saat Bakı qızmağa başlayıbdır. Və ürəyi qısılandan sonra durub bayıra çıxacaqdır və qabağına gələn adamlardan soruşacaqdır ki, burada sizin gəzməli yeriniz haradır? Deyəcəklər ki, məsələn, “pasaj qabağı”. O da o saat gedəcək “pasaj qabağına” və görəcəkdir ki, doğrudan da pasaj qabağında o qədər adam var ki, “iynə salsan yerə düşməz”. Bir qədər burada gəzib görəcəkdir ki, xeyr ürəyi lap pis qısılır, çünki bir tərəfdən Bakının istisi, bir tərəfdən adamların istisi onu hal təbindən çıxardacaqdır. Belə olan surətdə onun yadına düşəcəkdir ki, Bakıda dərya var və bu dəryanın kənarı var ki, ona uşaqdan tutmuş böyüyə kimi hamı müsəlmanlar “naberejni” deyirlər. Gedəcək ora, bir qədər orada gəzəcəkdir, amma bir qədərdən sonra baxıb görəcəkdir ki, naberejnini hökumət qazaqları töylə qayırıb at saxlayırlar və pis iyi də başa çökübdür və özü də hiss edəcəkdir ki, günün hərarəti onun beynini bişirir, bir az da gəzsə, gic qoyun kimi fırlanmağa başlayacaqdır. İş belə olanda, qabağına gələn bir allah bəndəsindən soruşacaqdır ki, ay balam, bu sizin şəhərinizdə heç ağacdan, bağdan, zaddan yoxdur, adam gedib bir az kölgələnsin? Allah bəndəsi deyəcəkdir ki, var. Bu soruşacaqdır ki, hardadır? Allah bəndəsi cavab verəcəkdir ki, filan yerdədir. O da filan yerə gedib axırda bağı tapacaq. Amma görəcəkdir ki, qapısı bağlıdır. Gedəcək o biri qapısına, görəcək o da bağlıdır. Gedəcək üçüncü qapıya, görəcək o da bağlıdır. Soruşacaq ki, ay camaat bəs, bu bağa hardan girim? Deyəcəklər ki, matroslar zabastovka eləyibdirlər, deyəcək bəs, bunun bağa nə dəxli var? Deyəcəklər ki, nə bilək! Deyəcək, bəs bu bağı şəhər üçün kim saldırıb? Deyəcəklər ki, şəhər upravası. Deyəcək bəs şəhər upravası bağın bağlanmasına nə deyir? Deyəcəklər ki, heç zad demir. Deyəcəkdir ki, bəs, buna publika, camaat nə deyir? Deyəcəklər ki, camaatın başı qarışıqdır. Soruşacaqdır ki, nəyə? Deyəcəklər ki, öz işlərinə. Soruşacaqdır ki bəs, işləri nədir? Deyəcəklər ki, qara pul güdmək və bir də adam öldürmək. Onda binəva qərib əhvalatı bilib deyəcəkdir ki, bəs elə isə, görünür, burada hökumət əhlinin keyfi kökdür.
Birinci şadlıqDivani-hərb (voenni-polevoy sud) qurtardı. Deməli, bir bu qədər zaman davam edən ədalətsiz mühakiməyə bu günlərdən belə xitam verildi. O məqsəd ki, divani-hərbin qoyulmasilə təqib edilirdi, əmələ gəlmədi. Haman məqsəd baş nazir Stolıpinin haman bu hərb xüsusunda dumada danışdığı sözlərə görə iğtişaşı qət edib, məmləkətdə sükunət bərpa etmək idi. Bu isə baş tutmadı. Divani-hərblər yüzlərcə qurbanlar apardı və dəryalarca qan tökdü, amma məmləkətin asayişinə zərrəcə nəf gətirə bilmədi.Əsasən divani-hərbi hökumət fəsx etmədi. Divani-hərb özü-özbaşına xitampəzir oldu, çünki bu məhkəmənin davamı aprelin 20-dək idi. Lakin bunu inkar etmək olmaz ki, burada dumanın bu barədə olan müzakirəsi dəxi əsərsiz qalmamışdır. Divani-hərbi saxlamaq hökumət üçün çətin bir iş deyildir. Fəqət görünür ki, hökumət özü dəxi Stolıpinin “müdafiə”sinə, filalına baxmayaraq, divani-hərbin davamını dəxi bundan sonra yersiz hesab etdi və bunun davamı üçün hələ bir tədbir görməyi lazım bilmədi. Gələcək hələ məlum deyildir, ancaq indi bütün Rusiyadan ötrü burası şayaniməsərrətdir ki, dəxi bundan sonra o sürətlə icra olunan divani-hərb mühakimələrində rəva görülən ədalətsizliklər bir müddət əhalini dilgir və mütənəfir etməyəcəkdir.
Ordan-burdan 105Müsəlman kəndlisinin siyasi söhbəti– Atamoğlan əmi! İndi sən bizim içimizdə ağıllı adamsan dayna! Özün də pristav qabağında söz danışansan. Şəhərə zada da çox-çox gedib gəlirsən, bircə de görüm dünyada vəzir böyükdür, yoxsa vəkil?
Başqa şairlərin şeirləri · Satira
Ortadan bir çay keçir, olmuş iki yan Astara,Bir yan Azərbaycan, bir səmti İran, Astara.
Ağam caniÜzümdə zahir etsəm nuri-imani, ağam cani,Düşürrəm ərşi-əladən Məsihani, ağam cani.
Yol verin!Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!
Eynüddövlənin iste’fasından dolayı bəstə girmək istəyən Tehran tacirani-qeyrətməndanələrinə!Bəstə iqdam eyləyin, ey tacirani-mö’təbər!Qaliba, vardır ümidim, bəxt yar olsun sizə!