Ordan-burdan 54
Sülh!.. Bu bir-iki ilin ərzində çox davalar oldu, çox da sülhlər oldu. Rus yapon ilə dalaşdı, axırda sülh oldu, erməni müsəlman ilə savaşdı. Qafqaz hökuməti də gürcülər ilə savaşıbdır. Amma sülh etmək istəmirlər ki, istəmirlər... Hökumət gürcülərin üstünə yaman düşübdür: özlərini döyür, kənd kəsəklərini viran edir, qəzetələrini də çıxdıqca bağlayır, çıxdıqca bağlayır. Neçə gün bundan irəli mən bir “peyğəmbərlik” edib demişdim ki, gürcülər digər bir qəzet çıxarsalar, hökumət onu da bağlayacaqdır. Dediyim doğru oldu. “Sovremennik” qəzetəsindən sonra gürcülər artıq bir fikir etməyib, “Na povorota” adında digər bir qəzetə çıxartdılar. Hökumət isə, o da artıq bir fikir etməyib, sabahı günü qəzetəni bağladı. Bu səfər gürcülər fikrə getdilər, – “yox, dedilər, belə olmaz, gəliniz gedək canişin həzrətlərinə şikayət edək və köhnə senzorun təkrar təyin edilməsini rica edək”.
Hm!.. Bu nə oldu? Köhnə hamam, köhnə tas? Nə etməli? “...hər şeyin tazası, dostun köhnəsi”; senzor da məlum olduğu üzrə mətbuatın köhnə “dostudur”.
Amma müsəlmanların dürlü-dürlü “dostları” vardır. Ha! Uzaq “dost”, yaxın “dost”, laübali “dost”... kefin istəyən “dost!”. Kutayisin sabiq qubernatoru Straoselski həzrətləri də, görünür ki, müsəlmanların “dostu” imiş! Qafqaza əlvida edib Rusiyaya gedəndən sonra cənab Staroselski “dostluq” vəzifəsini ifa etmə niyyətilə Peterburqda “ictimai və siyasi klub”da müsəlmanları tərif və tovsifə başlayıbdır. Deyibdir ki: “müsəlmanlar ermənilərin düşmənidir, özləri də vəhşidir, qanmazdırlar, hökumət də bunu bilir, onları sairlərin üstünə qısqırır”. Lakin bunun səbəbini cənab Staroselski bəyan etmək istəməyibdir, çünki o surətdə sözlərinin şayani etibar olduğuna xələl yetərdi. Nə lazım?..
Lakin buna “dostluq” deməzlər, əli dinc durmayıb salba (selbə) atmaq deyərlər. Amma, hər “dostumuz” bizə bir salba atsa, bizdə başgöz qalmaz...
Salba (selbə) dedim yadıma türk məsəli düşdü ki, “ağac bar gətirəndə başını aşağı tutar”. Lakin biz türk ola-ola bizim “ağaclarımız” bar gətirəndə başlarını övci-səmayə qaldırırlar. “Bar” yemək arzusunda olan əligödəklərimiz də “ağaclarımız”ın dibində ora-bura fırlanıb, “bar” ümidi ilə hərdən bir başlarını yuxarı qalxızırlar; lakin “bar”ın əl çatası olmadığını görüb, ya Krılovun tülküsü kimi “əh yetişməyibdir, kaldır” – deyə naümid gedirlər, yaxud çox vaxt acıqları tutub, ağaca salba, atmağa başlayırlar. Bu da “ağaclarımıza” xoş gəlmir...
Məndən isə – başını ovci-səmayə qaldırma, sənə də “salba” dəyməsin.
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-ordan-burdan-54
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Salaməleyküm, yoldaş!– O... Əbdülkərim... Əleyküməssalam... Necə varsınız? Keyf, əhval!.. Uşaqlar və kənd əhli necədirlər?
Halımıza dair 2Keçmiş məqalələrimdə yazdığım kimi, indi dəxi həmin o məsələ barəsində bir neçə söz demək istəyirəm ki, sairələr əjdaha qədəmi ilə irəliyə çapdığı halda, bizim “tısbağa addımı” ilə qabağa sürünüb bəzi vaxt dəxi qırxayaq (xərçəng) kimi geri getməyimizin ümdə səbəbi bu bizim bilamülahizə və fikir meydana atılıb, yalançı pəhləvan kimi oyun çıxartmağımızdır.Mən, öz vicdanım sarıdan heç bir töhmət gözləməyib açıq-açığına qəti surətdə deyirəm ki, bizim bu camaat işinə qatışanlarımızdan heç biri öz tutduğu işi barəsində heç bir vaxt dərin fikir və mülahizələrdə bulunmayır, bu işi özü üçün ya bir oyuncaq, ya da ki, “ad-san” çıxartmağa bir vasitə bilir!
Ordan-burdan 81Uyma dünyaya ey dili-qafil Nə olur bu əcuzədən hasil!*Pəh-pəh nə gözəl sözdür və nə ali fikirdir ki, İranın hakimləri və bəzi üləma və ruhaniləri camaata oxuyub haqqın əl və ya ayağını yerdən-göydən üzürlər.
İkinci DumaBu gün ikinci duma açılacaqdır. Millətin ən birinci arzusu hasil olacaq, onlar öz vəkil etdikləri adamlar vasitəsilə öz-özlərini və öz məmləkətlərini dolandırmaq işlərində bu gündən belə iştirak etməyə başlayacaqdırlar. Bundan belə demək olur ki, mütləqiyyətə bir nəhayət çəkilib, təbii, azadə, insanca dolanmaq təriqin ikinci duma tapmağa qeyrət edəcəkdir və qoysalar axtarıb tapacaqdır.Bir o qədər tökülmüş qanlar və nisar edilmiş canlar bahasilə ələ gətirilmiş olan birinci (duma)nı dağıtdıqdan sonra, ikinci dumanı “ağzıboş” və “ifratçılıqdan” bilmərrə bəri etmək üçün hökumət əlindən gələn vasitələri müzayiqə etmədi.
Başqa şairlərin şeirləri · Satira
Bilmirəm bu Kamal əfəndilər,Nə üçün bikamal olur, ya Rəb?
Yumruq (1)(1)Niyə salmışsan, adə, bir belə boş qovğanı,
Bir dədə axtarıramEldən gizli deyil bu, yetim böyümüşəm mən,Məşq edirəm qələmlə kağızlar üstdə hərdən.
Üsuli və Şeyxi təriqət mollaların həcviNeçələr silsileyi-təbimə təhrik verir,Rişteyi-nəzmə çəkəm yəni düri-qəltani.