Ordan-burdan 65
Mühüm suallar və əhəmli cavablar
S u a l: Biz, nə üçün geridə qalmışıq?
C a v a b: Çünki bizi irəli aparanlar, cibləri ağırlıq etdiyinə görə yorulub yolda qalıblar. Ciblərinin də nə səbəbə ağır olduğunu mən bilmirəm. “Vısşiy kurs” qurtarmışlarımızdan xəbər al, desin.
S u a l: İdareyi-ruhaniyyələrimiz nə vaxt düzələcəkdirlər?
C a v a b: İdareyi-ruhaniyyələrimizin düzəlməsi “Stanislav” və “Anna” nişanlarının çoxalmasına bağlıdır. Döşümüz nişanlarla təzyin edildikcə, idareyi-ruhaniyyələrimiz müzəyyən olub, düzələcəkdir. Nişan almağın da yolunu mən bilmirəm “Molla Nəsrəddin”in əvvəlinci səhifəsi ilə bərabər “Tərcümanı”nın 36-cı nömrəsindən xəbər al, desin.
S u a l: Məktəblərimiz nə vaxt islah olunacaqdır?
C a v a b: Ana dilimizi bilmərra unudandan sonra, ana dilini unutmaq yolunu da bilmirəm. Zaqafqaziya seminariyası müəllimlərindən xəbər al, desin.
S u a l: Bizə nə lazımdır?
C a v a b: Dinc, dinməz oturub, öz hüquq və ixtiyaratını almaq üçün mübarizə edən millətlərə tamaşa eləmək. Məşğuliyyət üçün bir-birimizi öldürmək. Qanlılıq salmaq, amma “heç bir kağıza qol qoymamaq və heç bir məclisdə iştirak etməmək”. Bunun da hikmətini bilmirəm. Peterburq şəhər hakimi ilə bərabər Axund Bayezidovdan xəbər al, desin.
S u a l: Biz nə vaxt qəflət yuxusundan oyanacağıq?
C a v a b: “Mədəniyyət” sübhü açılıb, “mərifət” günəşi çıxandan sonra. Bunun da nə vaxt olacağını mən bilmirəm. Bizi ruslara yetişdirmək istəyən Şahtaxtinski kimi məzunlardan xəbər al, desin.
S u a l: Biz nə etməliyik?
C a v a b: Sözün doğrusu heç nə, çünki bir işə iqdam etdikdə, onu başa aparmaq lazımdır, biz isə hər bir işimizi daim yarımçıq qoyuruq, bunun da səbəbini mən bilmirəm. Bütün adamlarımızdan xəbər al, desin.
S u a l: Nə üçün bizim elmimiz yoxdur?
C a v a b: Hanı elm?
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-ordan-burdan-65
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
4 PƏRDƏLİ 6 ŞƏKİLLİ OPERAİŞTİRAK EDİRLƏR
Birinci pərdəZ ə n g i d ə, padşahın xəzinədarı olan keşiş (Arsen) xanın imarəti həyətində vaqe olur. Həyət gözəl bir bağçadır ki, içində cürbəcür ağaclar və güllər vardır. Sağ tərəfdə keşişin evi görünür, içəri daxil olmaq üçün qapısı vardır. Sol tərəfdə başı qarlı və dumanlı dağlar görünür. K e ş i ş i n q ı z ı (Əsli) bağçada bir sərv ağacının dibində oturubdur. Ətrafda k e ş i ş ilə bərabərq ı z l a r və o ğ l a n l a r oynayıb gülməkdədirlər. Keşiş qapısının ağzında əyləşib, bağçaya tamaşa edir.
İkinci pərdəBİRİNCİ ŞƏKİLİsfahan şəhərində p a d ş a h ı n s a r a y ı n d a vaqe olur. Saray mümkün mərtəbədə şəşəəli döşənmişdir. P a d ş a h taxtda əyləşibdir, ə y a n l a r dəxi yanına düzülübdürlar, K ə r ə m dəxi padşahın hüzurunda ortada dayanıbdır.
Üçüncü pərdəBir ç ö l d ə vaqe olur, çöldə ora-bura yollar vardır. Sol tərəfdə meşədir, sağ tərəf dağlıqdır. Səhnədə K ə r ə m ilə S o f i dayanıbdır. Musiqi çalır.K ə r ə m (üzünü yollara tutub deyir)--
Başqa şairlərin şeirləri · Satira
Doğdu heqiqətin günü, yırtıldı maskalar,Çıxdı üzə cəmali-xəyanətmaabınız.
O kimdir?O kimdir: Dəndəli dəndəlani – Küçələri dolaniAxırda alim olar, amma bilməz Qurani?
Nəyə lazımMənalı keçərsə məclisdə söhbət,Plov nəyə lazım, aş nəyə lazım?
Odessa xəyalatıGündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.