Hilal ilə Şiri-Xurşid

Ş i r i - X u r ş i d (Hilalə) – Bəs sən batmışdın, nə üçün birdən çıxdın?

H i l a l – Bəs sən çıxmışdın, nə üçün birdən batdın?

Ş i r i - X u r ş i d – Bizim adamların çoxu adam deyillər. Bəlkə adam sifətində olan bayquş, yapalaq və bu cürə şəbpərə quşlarıdır, necə ki, indi İranın viran olmağı da buna böyük dəlildir. Mənim şəfəqlərim bu bayquşların gözlərinə ox kimi batırdı, ona görə onlar mənim çıxmağıma tab gətirə bilmədilər və məni batırdılar.

H i l a l – Mən də 30 ildir ki, qara bulud altında gizli qalmışdım. Qara bulud getdikcə qaralıb qalınlaşıb, hər yeri zülmətə döndərmişdi.

Nagah birdən ildırım şaxıyıb bulud dəhşətlə guruldadı və yağış ətri əvəzində havadan qan qoxusu gəlməyə başladı. Bildilər ki, bərk bir qan yağışı yağıb, hər yeri qan seli basacaqdır. Ona görə tez buludları dağıdıb, məni çıxartdılar.

Ş i r i - X u r ş i d – Daha bir də batmazsanmı?

H i l a l – Sənin bir də çıxmayacağını bildiyim kimi, özümün də bir də batmayacağımı aşkar bilirəm.

İran şahı istəyir ki, tazədən tac qoysun, çünki əvvəlki “ko” olmayıbdır. Ona məsləhət görürlər ki, ikinci dəfə tac qoyduqda adını dəyişib, “Mamedali” qoysun. Çünki daha bu biabırçılıqdan sonra “Məmmədəli” adı ona yaraşmır... Daha doğrusu, onun üzü bu ada yaraşmır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ordan-burdan 42

Keçən səfər rəqiflərimiz ilə mübahisə edirdik. Onlardan biri oxumamış bir cavan idi, amma çox huşyar və böyük qabiliyyət sahibi görünürdü. Mən çox heyfsləndim və dedim:– Əgər sən oxumuş olsaydın, çox ola bilsin ki, səndən böyük bir alim çıxar idi.

3 dəq
Xəbərdarlıq 2

Keçən səfər müəllimlər barəsində işarə edib tərbiyəyi-ətfaldan bəhs açdıq. Doğrudan da uşaq tərbiyəsi çətin bir əmrdir. Uşağı nə tövr tərbiyə etsək, o tərbiyəyə görə də adam olar.Bilümum uşaq xeylağı məktəbə girmədən qabaq öz valideyninin təhti-tərbiyəsində qalır. Valideynin öz övladına qarşı qəlbində bəslədiyi məhəbbət təbiidir ki, ata-ananı övladın birinci xeyirxahı cümləsinə daxil edir. Lakin xeyirxah olmaq nə qədər asan isə, xeyir gətirmək və şərri dəf etmək bir o qədər çətindir. Övladı xeyir yolda tərbiyə etmək üçün tərbiyənin yolunu da bilmək lazımdır. Tərbiyənin yolunu ancaq elm sayəsində bilmək mümkündür. Yəni bütün ömürlərini uşaq tərbiyəsinə sərf etmiş olan əazim pedaqoqların tərbiyə haqqındakı mülahizat və təklifatından layiqincə xəbərdar olmalıdır. Bizim başımıza gələn bunca fəlakətlərin hamısına bais əksəriyyətimizin elmsiz və tərbiyəsizliyidir. Bu barədə möhtərəm Firidunbəy Köçərli cənabları şirin dilli məqalələrlə tərbiyə və təlimi-nisvanın lüzum və vücubunu qəzetəmiz səhifəsində vazeh surətdə bəyan buyurublardır.

3 dəq
Ordan-burdan 43

Zemstvo məsələsiZemstvo məsələsinin (qoy urusca deyim) – “vajnılığını” biz hələ başa düşmürük. Axı bir baş ki onun içi təkfir, təlin, fitnə-fəsad, şeytanlıq, büxl, həsəd, mənəmlik və bu kimi şeylərin iğvası ilə dolu ola və yainki bilmərrə boş ola – o başdan nə ummaq?

3 dəq
Zənburçulara ciddi bir təklif

Ümum millətimizin asayiş və səlamətliyini gözləyən “Tərəqqi” kimi bir qəzetin mühərriri olduğum üçün zənbur çulara ciddi surətdə təklif edirəm ki, mənə qarşı hər nə hədyanat söyləyəcəklərsə, söyləsinlər, lakin məni bəhanə edib də, yekdil və yekvücud olması lazım gələn millətimizin içinə “qarabağlı”, “bakılı” kimi fitnəəngiz məsələlər salmasınlar. Mənim Əhməd bəyi müdafiə etməyim, heç kəsə ixtiyar verməz ki, aralığa qarabağlı, bakılı məsələsi salsın. Mən nə edim ki, öz elmimi, biliyimi və bütün istedad və qabiliyyət-xudadadımı millətin tərəqqisi yolunda sərf etməklə xain, həsud və bəxil zənbur çuların gözlərinə bir ox olub batıram? Millət balalarının təlim və tərbiyəsinə cəhd edib də valideyn tərəfindən təşəkkürlər almaq, qəzetələrdə yazmaqla, əhaliyə xidmət etmək və yaddan çıxmış ləhvüləəb aləti olmuş musiqimizi diriltmək və hər kəsin rəğbətinə məzhər etməyə çalışmaq və bunların əvəzində – deyil ev tikdirmək, banklarda pul saxlamaq, – bəlkə öz ailəmi bəsləyəcək qədrində də olmayan bir mükafata razı olmaq zənburçular nəzərincə pis şeydirsə, qoy mən pis olum. Madam ki, mən qaraqəlbli, kəsifürəkli zənburçuların xoşuna gəlmirəm, qoy gəlməyim, qoy onlar bacarsınlar da məni dəfə çalışsınlar, lakin əhalini ələ dolayıb da, aralığa “bakılı”, “qarabağlı” fitnəsi salmasınlar. Hər nə deyəcəkləri var mənə desinlər. Bu, bir ciddi təklifdir.

1 dəq

Başqa şairlərin şeirləri · Satira