İran Rusiyanı yamsılayır

Doğrudan da İran Rusiyanı yamsılayır. İran camaatı baxıb gördü ki, rus camaatı öz dövlətindən azadlıq tələb edir. Ona görə o da öz dövlətindən azadlıq tələb etdi. İran dövləti baxıb gördü ki, rus dövləti camaatı dolamaq üçün dedi: dinməyin, sizə bir otaq verəcəyəm, adı “qosudarstvennaya duma”, o da öz camaatını tovlayıb dedi ki, sakit olun, sizin üçün bir ev tikəcəyəm, adı olsun “Ədalətxanə”. Rusiya camaatı tovlanmağını duyub, dövlətə bərk acığı tutdu və ayağını yerə döyüb dedi: özün bil, ya vədinə vəfa elə, ya ki... İran camaatı da rus camaatına baxıb dövlətinə dedi: bax, özün bil, ya “Ədalətxana”nı bu saat qur, ya da ki... əyan və əşrəfdən dəstbərdar ol.

İran dövləti bilmədi ki, nə qayırsın. Çünki bu cürə təklifi gözləmirdi. Yenə baxdı ki, görsün qonşusu Rusiya dövləti nə cür tədbirlər görməkdədir. Rus dövləti isə camaatın üstünə hirslənib “qulaq burması” verməyə məşğul oldu. İran dövləti də qonşusunun bu tədbirindən xoşu gəlib indi bu saat öz camaatına “qulaqburması” verməkdədir. Lakin rus camaatının qulağı buruldusa da, burnu ovuldusa da, qılçı sındısa da, gözü çıxdısa da, başı əzildisə də, yenə bununla belə, Dövlət dumasını alıb, bir az dincəldi. İndi görək İran camaatı da bu ittifaqda rus camaatını yamsılayacaq, yoxsa, birinci qulaqburmasından sonra “Ədalətxanə”ni, filanı yadından çıxardacaqdır...


İran camaatı bu sözün üstündə bizdən inciməsin, nə deyim, bəlkə qulaqburmasına, filana baxmayacaqdır, amma nə olsun, Osmanlı camaatı qulaqburmasından qorxub, “Məclisi-məbusan”ın dadı damaqlarından getdiyinə görə istədilər yenə görsünlər ki, bir tövr ilə “Məclisi” geri ala bilərlərmi. Amma baxıb gördülər ki, xeyr, “Məclisi” sultan həzrətləri elə yerdə gizlədiblər ki, bir də üzünü görmək olmaz. Ona görə çox bikef oldular. Və axırda baş götürüb “Məclisi-məbusan”ı olan yerlərə qaçdılar. İndi onlar orada oturub, vətənin keçmiş gününü yada salırlar. Hərdən bir bu “şikəstə”ni oxuyurlar:

Keçən günə gün çatmaz,

Calasan günü günə!


“Keçən günə gün çatmaz, calasan günü günə!”. Bu da bizim müsəlmanların dar gündə virdi zəban edilən təsəllihlərindən biridir ha!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Hümmət lazımdır

Ümumfirəngistan məmləkətində, baxüsus Firəngistan paytaxtı və mədəniyyət mərkəzi olan Paris şəhərində böyük yağıntılıq olub, çaylar daşıb, şəhəri xarab etdiyini oxucularımız qəzetəmizdə yazılan xəbərlərdən bildilər. Şübhəsizdir ki, hər yerdə belə bir fəlakət və müsibət üz verdikdə onun ən böyük zərbəsi əhalinin kasıb və fəqir adamlarının və ailələrinin başına düşür. Hamıdan çox zərərdidə olan onlar olurlar. Parisdə də həmçinin əhalinin zəhmətkeş sinfi bu müsibətdən böyük zərbələr çəkib hal-hazırda yüz minlərcə adam işsiz, ruzisiz meydanda qalıblar. Bunlardan əhl və əyal sahibi olanların da arvad-uşaqları rizq və ruzisiz qalıb, böyük həsrət çəkməyə məhkumdurlar. Lakin həm elmlə, həm növbənöv ixtiraat və kəşfiyyat nafiəsi ilə və həm də maddi qüvvəsi ilə bütün insaniyyətə böyük-böyük xidmətlər göstərən və fəlakətzədagən və müsibətə giriftar olanlara kömək yetirən Paris şəhəri, özünün bu müsibətində də kənar yerdən kömək və imdad gözləmədən əvvəl, özü öz müsibətzədaganlarının köməyinə kəmali-gərmi ilə girişib, olduqca bol-bol ianələr toplamaqdadır. İanə verənlər isə böyük bir səxavət və həmiyyət göstərib, canidil ilə bəzli ianə edirlər.İştə rus qəzetələrindən “N.V.” qəzetinin Paris müxbiri firəng camaatının hümmət və həmiyyətini bu növ ilə təsvir edir:

5 dəq
Gözəl bir təşəbbüs

Kitabsızlıq dərdi istər məktəb, mədrəsə şagirdlərimiz üçün, istər camaatımız üçün doğrudan da böyük dərddir.Məktəb şagirdlərimizin, məktəb xaricində, yəni evdə oxumaq üçün nafe kıtabları heç yoxdur desək, heç yalan olmaz. Çünki əgər ötədəbəridə bir-iki kitabça, filan adı çəkilirsə də, bu, onsuz da az olan kitabçaların bir qismi möhtəviyyat və məalının uşaqlar üçün yaramamazlığı cəhətindən, digər birisinin imla və inşasının başdan-ayağa fahiş qələtlər ilə dolu olmasından və bəzilərinin də qiyməti çox baha olduğundan işə getmir və getmələri də zatən heç lazım deyildir. Çünki hər bir kitabı uşağın əlinə vermək olmaz.

3 dəq
Vəkil seçkisi

Mühüm və məsuliyyətli işləri bir adama tapşırmaq və o qədər ağır vəzifəni bir adamın boynuna yükləmək zamanı keçdi. İndi bu zəmanədə o cürə böyük vəzifələr bir heyətin öhdəsinə həvalə olunur, o heyət öz əzalarını yığıb şura qurur və haman şurada mühüm iş müzakirə olunub, ifa və icrası üçün tədbirlər və yollar ittixaz olunur.Mədəniyyətli dövlətlərdə ən böyük və ali heyətlər – parlaman məclisidir. Parlamandan başqa, hər dövlətdə başqa xırda heyət və məclislər dəxi mövcuddur ki, hərəsinin müəyyən vəzifəsi vardır.

4 dəq
Qədirşünaslıq

Bu günlərdə əlimizə düşən rus qəzetələrinin hankını açırsan, içində əlaməti yas olmaq üzrə qara çərçivə içərisində bir ad. Altında da haman ad sahibinin təzkar namini görürsən. Rusiyada mövcud olan ən böyük şəhərlərin ən böyük qəzetələri və ən kiçik şəhərlərin ən kiçik ruznamələri hamısı bu ad sahibinin dünyadan getdiyini kəmali-yas və kədərlə xəbər verirlər və onun etmiş olduğu xidmətlərini zikr edirlər. Şübhəsizdir ki, bütün əcnəbi qəzetələri dəxi bu məluləngiz xəbəri yüz minlərcə olan öz oxucularına xəbər verəcəkdirlər.O ad sahibi kimdir?

3 dəq

Başqa şairlərin şeirləri · Satira