Ordan-burdan 79
Budur, bir neçə ildir ki, bütün aləmi zəlzələ-vəlvələyə salan rusyapon davası və onun dalınca qucağa sığmaz olan Rusiyanı qucaqlayan bu azadlıq hərəkatı bizim bu xabi-qəflətə aludə olmuş aləmi-islamı dəxi titrətdi. Əzon cümlə bizim Bakını da titrətdi.
Aləmi-islamın gözünü açdı; əzon cümlə bizim Bakının da gözünü açdı. Aləmi-islamda neçə-neçə firqələr, üzviyyətlər, “orqanizasiya”- lar, məclislər qurulmağa başladı. Əzon cümlə bizim Bakıda da həmin işlər vaqe olmağa başladı, yəni, bu bir iki ilin ərzində Bakımızda və “Hümmət” və “İttifaq” və “Hidayət” və “İxvani-səfa” və “Sədayimillət” və “Bəydəqi-nüsrət” və “Şəms” kimi cəmiyyətlər təşkil olunub, öz “ziyabəxş” və “tərəqqigöstər” və “mədəniyyətpərvər” və “maarifpərəst” olan əməlləri ilə Bakını bir hala qoydular ki, indi görən and içir ki, bu Bakı keçmiş Bakıya oxşamır. Belə ki, “Hümmət” öz hümmətilə, “İttifaq” öz ittifaqilə, “Hidayət” öz hidayətilə, “İxvanisəfa” öz səfasilə, “Sədayi-millət” öz sədasilə, “Bəydəqi-nüsrət” öz bəydəqilə və “Şəms” də öz tülui ilə Bakı camaatını hər bir pis və murdar hərəkətlərdən təmizləyib lap büllur kimi eləyibdirlər. Oğurluq, adam öldürmək, filan yoxdur, hər kəs desə ki var, yalandır, qulaq asmayın!
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-ordan-burdan-79
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Firdovsidən)*Dörd məclisli opera sayağında yazılmış bir dramdır*
Əvvəlinci məclisVaqe olur Səməngan padşahının evində. Padşah oturub, vəzirlər də yanında. Bu əsnada bir qoşun nəfəri daxil olub rast oxuyur.*Bir nəfər**
Şah Abbas və Xurşid BanuİŞTİRAK EDİRLƏRŞ a h A b b a s--35 yaşında.
Birinci pərdəB i r m e ş ə d ə vaqe olur. Müqəddimə çalındıqdan sonra pərdə qalxır. O d u n ç u öz i k i o ğ l u ilə odun yığırlar.O d u n ç u (rast üstə)--
Başqa şairlərin şeirləri · Satira
Şanlı gördükcə məni sanki edir qövr fələk,Min kələk çidə edir başıma filfövr fələk.
XanbacıXanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.
DolaşmaEy Molla dayı, gəl bu müsəlmanə dolaşma,İnsaf elo, hər sahibi-iymanə dolaşma.
Müznib əfəndiTəng etmə bizə bu yekə dünyanı, a Müznib!Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!