Vaqe olur Səməngan padşahının evində. Padşah oturub, vəzirlər də yanında. Bu əsnada bir qoşun nəfəri daxil olub rast oxuyur.

Bir nəfər

Sağ olsun padşahımız çox
Xəbər gəldi qarovuldan
Budur bir pəhləvan tənha
Gəlir dağda bizə sarı (sükut)
Əlində tiğü bürrandır
Qolunda qanlı qalxandır.
Deyirlər ki, bu surətlə
Ki Rüstəm pəhləvandır o.

(Hamısı bir yerdə oxuyurlar. Musiqi)

Xor

Əyər Rüstəmsə o,
Əyər Rüstəmsə o,
Bizə yoxdur aman
Nədir qəsdi onun
Ki tək-tənha gəlir.

(Padşah rast oxuyur.)

Padşah

Yığılsın hər nə var əsgər
Düzülsün həm qoşun səf-səf
Gərək Rüstəm cəlal ilə
Qəbul olsun imarətdə.

(Padşah və hamısı gedirlər. Sonra Təhminə daxil olub “Bayatı-Şiraz” oxuyur.)

Təhminə

Arslan simalı yar eşqilə xumar olmuşam,
Rüstəm adlı arslana aşiqi zar olmuşam,

Etməyə nəzara bülbül tək güli ruxsarına
Ah həsrətlə dəmadəm didə xumbar olmuşam.
Ey təbibi-haziqim gəl bir dəva qıl dərdimə
Yox əlac sənin eşqində bimar olmuşam.
Ey səbah, cənanımın ver bir surağı zülfünü
Lütf qıl billah əsiri-eşqi dildar olmuşam.

(Təhminə gedir. Marş çalınır. Rüstəm və qeyriləri daxil olur.)

Xor

Xoş gəldin bizə Rüstəm, xoş gəldin sən (2)
Bizləri eylədin sən sərəfraz (2)
Bir belə sən bizə etdin lütfi təvazöh
Xoş gəldin bizə Rüstəm, xoş gəldin sən. (2)

(Rüstəm rast oxuyur.)

Rüstəm

Mənəm Rüstəm ki qeyzimdən bütün məxluq lərzandır
Atam seyf, anam qalxan, məkanım qanlı meydandır
Şərabım ruzi dəvada olur düşmənlərin qanı
Kəməndimdən xilas olmaz əgər kim şiriğərrandır
Küdurətlə dolub qəlbim itibdir Rəxş rəxşanım
Mənə hər kəs xəbər versə ona bəzmim firavandır.

(Təsnif)

Rəxşim, Rəxşim şiri-jəyanım
Sənsiz olmaz rahat canım
Rəxşim, Rəxşim ahu maralım
Sənsiz gəlməz səbrü qərarım.

Xor

Hər yerdə dəvadəsən
Düşmənlərə qalibsən
Heç kəsə olmaz kim cürət, Rəxşim, Rəxşim (2)
Canın edə bəxş, canın edə bəxş.

Padşah

Gəl ey aləmdə fərzanə
Ki sənsiz gəlmişik canə
Bizim bu bezmi-şahanə
Səfa gəldin, səfa Rüstəm
Nədən tərk etdin İranı
Diyarı qürbətə gəldin
Şücaət qeyrətin kanın
Dilirü əjdaha Rüstəm
Əgər sən olmasan İran
Yəqin eylə olur viran
Bizə gəl olginən mehman
Sərvi vəfa Rüstəm.

(Musiqi)

Xor

Sənə yoxdur heç kəs
Ola bilsin həmta
Girə bilsin cəngə
Meydana tək-tənha.

(Musiqi)

Budur işdə meydan.

(Musiqi)

Düzəlibdir min can
Hər biri bir arslan.

(Musiqi)

Edə bilməz heç kəs cürət
Qədəmin qoysun. (2 dəfə)

Rüstəm

İtibdir Rəxşi Rəxşanım
Ki qəmdən inciyib canım
Gərək Rəxş olsun
Ki etsin canımı rahət.

Padşah

Bütün dünyanı axtarram
Sənin Rəxşini tapdırram
Günahkarın başın vurram
Nədir qəm çəkməyə hacət.
Gedək biz Rəxş dalınca
Sən ol rahət bu İranda
Tapıb Rəxşi gətirdirrəm
Əyər olmuşsa hər yanda.

(Musiqi)

Xor

Sənə yoxdur heç kəs
Ola bilsin həmta
Girə bilsin cəngə
Meydanə tək-tənha.

Rüstəm

Budur iştə meydan. (2)

Xor

Budur iştə meydan.

Rüstəm

Düzülübdür min can.

Xor

Düzülübdür min can
Hər biri bir arslan.

Rüstəm

Edə bilməz heç kəs cürət
Qədəmin qoysun.

Xor

Edə bilməz heç kəs cürət
Qədəmin qoysun.

(Hamısı gedirlər, Rüstəmi yuxu tutur, Təhminə yavaş-yavaş daxil olub kürd-şahnaz oxuyur.)

Təhminə

Bəski dərdi, qəmi eşqində pərişan oldum
Pəhləvanım, belə axir ürəyi qan oldum.
Hər gələn söylədi avareyi nami nəsəbin
Mən də nadidə sənə aşiq nalan oldum
Həsrətin canda çəkirdim, neçə vaxt yarım
Şimdi görcək səni pek valehi heyran oldum
Dedilər adını Rüstəm mənə təsir etdi
Bənd olub adına kim həsrəti didar oldum.

(Təsnif)

Aldı məni eşqi dərdi saldı bir müşkül işə
Olmadı bir çarə səndən yandı qəlbim atəşə (2)
Görməmişdim aşiqindim görmüşəm kim qurbanım
Getdi əldən tabü taqət yandı canım atəşə (2)
Dur əlac et mən fəqirə qoyma zari giryanam
Dut əlimdən qoyma zinhar yandı canım atəşə.

(Rüstəm oyanıb təəccüblə baxıb şur ilə oxuyur.)

Rüstəm

Kimsən ey meh, belə xurşid kimi rəxşansan
Mənə bu şihridə bir canalıcı canansan
Gər desəm huri sənə huri yer üzrə olmaz

Ya perisən sən haşa demərəm insansan
Vəh nə ziba nə gözəl ahu baxışlı dilbər
Bu vəcahətlə yəqin padşahi xubansan
De adın bircə mənə getdi qərarım əldən
Mən sənə valehi şeyda nə sən heyransan

(Təhminə simayi-şəms oxuyur.)

Təhminə

Sənə ey şiri jəyan sevgili bir dildaram
Aşiqi namin olub eşqinlə xumbarım
Şükr lillah səni gördüm ürəyim şad oldu.
Möhnəti hicri çəkib vəslinə minnətdaram.

Rüstəm

Mənə sən aşiq olubsan, bunu bildim söylə
Kimsən a, mənzilimə sən necə gəldin söylə.

Təhminə

Mənəm ol şah qızı ismim kim Təhminə
Söyləyir hər bilən amma yüzmi kimsə
Görməyibdir görə bilməz sən ancaq Rüstəm
Eylədim faş bu sirri bunu əfv eylə mənə.

(Təhminə – təsnif oxuyur, yıxılıb diz üstə)

Elə gəl Rüstəm sən məni qəbul (2 dəfə)
Rədd etmə Təhmineni sən.
Layiq bilməsəm gər özümü mən (2)
Qoymaram olam mən məqbul.

Rüstəm

Dur ayağa ey nazlı dilbərim
Eyləmə məni xəcalət.
(Qucaqlaşırlar.)
Qoy mən sənə öz canımı verim (2)
Söz söyləməyə nə hacət. (Bazubəndi verir.)

Rüstəm (şur ilə)

Budur Təhminə məndən bu bazubəndi al saxla
Əyər oğlan əta olsa onu bazusuna bağla
Əyər davada mən görsəm bu bazubəndi bir kəsdə
Odur oğlum deyib bağrıma basmaqdır xəyalımda.

(İkisi bir yerdə təsnif oxuyurlar.)

Allah eyləsin o günlər olsun (2 dəfə)
Qəlbimiz şadlıq ilə dolsun. (2 dəfə)

(Qucaqlaşıb qalırlar.)

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ordan-burdan 68

Şəhərimizdə rus dilində yeni qəzetə çıxıbdır. Adı “Əmək” (Trud)- dir. Qəzetin baş mühərriri “Kaspi” oxucularının qədim dostu Bandarenkə (özü də “Don-Diyeqo”) cənablarıdır. Allah cənab “Don- Diyeqo”nun əməyini zay etməsin. “Əmək” qəzetəsi bu halda öz rəfiqi “Kaspi” ilə şiddətli mübahisədə, daha doğrusu, mücadilədə bulunur “Əmək”in sözləri acıdır, lakin çox doğrudur. Doğru olduğuna görə də lap acıdır. Amma bitərəf adam üçün, ələlxüsus bu seçki zamanında çox bəsirətamizdir. Hər bir halda “Əmək” qəzetəsi mərdanə olduğundan hər adamın xoşuna gəlir. Amma bircə iş var.“Əmək” qəzetəsinə “Dilxun” adlı bir müxbir dadanıbdır. Yaxşı olardı ki, cənab “Don-Diyeqo” bu müxbirin yazdıqlarına dürüst diqqət yetirə idi. Bu müxbir keçmişlərdə “Novoye obozreniye” qəzetində öz şəklini çəkmişdi. Yaxşı adama oxşamırdı. Bir kəlmə doğru söz dedikdən sonra, guya peşiman olub, daldan on kəlmə yalan buraxırdı. Bu onun adəti idi. İndi də demək olmaz ki, “Dilxun” cənabları adətini tərk etmiş ola və tərk edə də bilməz, çünki Dilxunun, yəni ürəyi qan olmuş adamın dilinə doğru söz gərək gəlməsin. Buna görə Dilxun kimiləri ilə “Əmək” sahibi ehtiyatlı olmalıdır. Və illa əməyi zay olar.

3 dəq
Dövlət Dumasının qurulması

Millətimizin bir çox hissəsindən ötrü Dövlət dumasının əhəmiyyəti, yəni vacib və lazım olduğu bir o qədər aydın olmadığını və seçki işinin, yəni Dövlət dumasına üzv seçmək əmrinin, hələ Qafqazda qurtarmadığını nəzərə alıb haman dumanın nə dərəcədə əhəmiyyətli olduğunu bir neçə sözlə bəyan etməyi lazım bildik.Bu duma söhbətindən qabaq Rusiya padşahlığında, belə bir böyük məmləkətdə məmləkətin varlığına və padşahın davamına səbəb olan millətin və camaatın mürəffəül-hal dolanmağına elə bir etina olmayıb millətdən tələb edilirdi ki, hökumət tərəfindən qərar edilmiş qanuna (zakon) lazımdır dürüst əməl edilsin. Daha bunu nəzərə almayırdılar ki, görək bu qanunlar millətdən ötrü nəflidir və ya zərərdir. Söz yoxdur ki, hərgah bu qanunlar millətdən ötrü nəfli olsa idi millət mürəffəülhal dolanardı və heç bir kimsə durub hökumətdən şikayət etməz idi. Lakin bu bir-iki ilin ərzində vaqe olan iğtişaş, bir o qədər tökülən qanlar, tələf olan canlar bildirdi ki, millət indiyədək pis dolanırmış və indi də yenə elə pis dolanmağa daha millətin tab və tavanası yoxdur, ona görə millət şikayət edir və öz şikayətini də bu iğtişaşilə hökumətə elan edir. Bəs nə üçün millət şikayətini dili ilə hökumətə demirdi və yaxud, yazıb bildirməyirdi və bunu qoyub iğtişaş salırdı?

27 dəq
Ordan-burdan 69

“Nepriyatnost”larBalaca müsibətlərə rusca “nepriyatnost” deyirlər. Bu səfər bu “nepriyatnost”lar ucundan halım elə pərişandır ki, daha durub bu “nepriyatnost”i türk dilində axtarıb, deməyə heç bir halətim yoxdur. Elə “nepriyatnost” deyib keçəcəyəm.

1 dəq
Vəkillərimiz nə tövr olmalıdır

Bakı quberniyasından da Dövlət dumasına vəkil seçmək zamanı yetdi: seçkiçilər gəlibdirlər ki, öz aralarından adamlar seçib Dövlət dumasına göndərsinlər. İştə, bütün Bakının və Bakı quberniyasının ümidi yalquz bu adamlara bağlıdır. Çünki əhalinin illərcə yığılıb qalmış və nəzəri-diqqət və etibara alınmamış ehtiyacatını rəf etmək bu adamların əlindədir. Lakin əhalinin dərdlərinə dərman, ehtiyacatlarına əncam və çara aramaq üçün əhali tərəfindən vəkil olub dumaya getmək nəhayət dərəcə böyük bir əmrdir ki, hər kəs bu əmri əmələ gətirməyi bacarmaz. Ona görə vəkillərimizə lazımdır ki, seçilib dumaya getmədən əvvəl, öhdələrinə götürdükləri bu əmri-əzimin barəsində dərin-dərin mülahizə və təsəvvürlərdə bulunub öz istedad və qabiliyyətilə vuruşdursunlar və vicdanlı hökm ittixaz etsinlər. Əgər bu əmriəzimin “öhdəsindən gələ bilməyəcəyini qəlbən iqrar edərsə, bu işdən əl çəksin və bu vəzifəni öhdəsindən geri versin.Əhali tərəfindən vəkil olub, Dövlət dumasına gedən şəxsə lazımdır ki, onu layiq bilib seçən əhalinin rəfah və səadətinə alışmağı niyyət edib, yalquz bir bu niyyətin hüsulə gəlməsinə sərfi-məsai etsin. Bu yolda heç bir məmaniət gərək onun qabağını kəsməsin.

4 dəq

Başqa şairlərin şeirləri