Ordan-burdan 86
Hürriyyəti-kəlam, hürriyyəti-şəxsiyyə, hürriyyəti-ictimai, hürriyyəti-mətbuat, hürriyyəti-vicdan.
Həmin bu beş hürriyyətlərin üstündə bir çox qanlar töküldü. Canlar güdaza getdi. Camaat dedi: “Alacağam”. Hökumət dedi: “Verməyəcəyəm”. Camaat dedi: “Öləsən də alacağam”. Hökumət dedi: “Öləsən də verməyəcəyəm”. Xülasə, indi də elə bunların üstündə camaat ilə hökumətin arası düzəlməyibdir.
Ancaq indi görək bu hürriyyətlər nədir? Məsələn, baxaq görək hürriyyəti-kəlam nəyə deyirlər. Bunun üçün lap əvvəl baxaq görək hürriyyəti-kəlam nəyə deməzlər.
Bu gün bazara çıxıb və bir neçə məclisə girib, xalqı söyüb biabır eləməyə hürriyyəti-kəlam deməzlər. İndi özünüz baxın görün hürriyyətikəlam nəyə deyirlər.
Gecə vaxtı birisinin evini yarmağa və ya günün günorta çağı bir adamın cibinə əl salmağa hürriyyəti-şəxsiyyə deməzlər. İndi də baxıb görək hürriyyəti-şəxsiyyə nəyə deyirlər.
Camaatı işdən-gücdən eləyib, bir yerə yığmağa və özünü onlara göstərmək üçün çığıra-çığıra bir “reç” deməyə hürriyyəti-ictima deməzlər. İndi baxın görün hürriyyəti-ictima nəyə deyərlər.
Bir əcnəbi arvadına bənd olub, birdən-birə mürtəd olmağa hürriyyəti-vicdan deməzlər. İndi baxın görün hürriyyəti-vicdan nəyə deyirlər.
Qəzeti “həlim aşının” qazanı bilib, ələ gələni içinə doldurmağa və ağzına gələni ona yazdırmağa hürriyyəti-mətbuat deməzlər. İndi baxın görün hürriyyəti-mətbuat nəyə deyirlər.
Hürriyyəti-mətbuat dedim yadıma Osmanlı senzoru düşdü. Bir dəfə “Vəqt” qəzetəsini oxuduğum yerdə belə xəbərə rast gəldim:
“Osmanlıda Aydın vilayətində bərk yağmur olub, əhaliyə xeyli zərər olduğunu Osmanlı senzoru qəzetələrdən pozmuşdur”.
İndi bunu görüb mən də fikir eləyirəm: nə yaxşı olardı ki, Osmanlı senzoru Qafqaz qəzetələrinə də baxıb, Zəngəzur zərərdidələrinin əhvalatını poza idi və bizim “ürəyi yuxa” dövlətlilərimizin qəlbini xarab eləməyə idi.
Zəngəzur dedim yadıma bir nağıl düşdü.
Günlərin bir günü bir zəngəzurlu müsəlman aclığa tab gətirə bilməyib, yerə yıxılıbdır və deyibdir ki: “Ay aclıq, sən nə güclüsən?”.
Aclıq cavab veribdir ki: “Balam, güclü olsa idim çörək mənə əsər edə bilməzdi”.
Zəngəzurlu deyib: “Ay çörək, sən nə güclüsən?”. Çörək cavab veribdir ki: “Balam, güclü olsa idim, məni pul ilə satın alıb yeməzdilər...
Zəngəzurlu deyib: “Ay pul, sən nə güclüsən?”. Pul cavab veribdir ki, “Güclü olsa idim, dövlətli müsəlman məni sandığa basıb, ağzını da bərk-bərk bağlamazdı”.
Zəngəzurlu deyib: “Ay dövlətli müsəlman, sən nə güclüsən?”.
Dövlətli müsəlman cavab veribdir ki: “Ay balam, mən nə tövr güclüyəm, sən müsəlmanı orada acından ölən görüb, bir tikə çörək uzatmağa da ürəyim gəlməyir!”.
O yedi yerə keçdi, sən də ye dövrə keç!
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-ordan-burdan-86
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Stolıpin xəyalı“Allahın altında bu dumanı qovaydım, ondan sonra daha heç duma qurmayaydım. Görəydim camaat nə qayıracaq.
Ordan-burdan 117Bizə dairMüsəlmanların mehmannəvaz adamları da çoxdur.
Məclisi-məbusanimizdə nə olur“Parlamentarizm” üsulunu Rusiyada işlətmək, görünür ki, çox çətin imiş. Birinci dumanın tez bir zamanda dağılması və bu ikincinin də bu yaxınlarda, şübhəsiz dağılacağı və dumanın varlığında, yoxluğunda Rusiyada şiddətlə davam edən ayrı-ayrı və külliyyətli iğtişaşlar və şurişlər və rus hürriyyətpərvərlərinin minlərcə partiyalara bölünməsi və nəhayət “rus milləti ittifaqı” adamlarının bu axırlarda kəsbi-qüvvət edib, Rusiya azadlıq hərəkatına böyük bir sədd təşkil etməsi belə bir fikir təlqin edir ki, Rusiyada dövləti, sair dövlətlər kimi, parlamentarizm üsuluna, guya, qabil deyilmiş. Bütün hadisələrin hamısı bu silsiləyi-biintiha kimi görünür. Heç ağlına gəlmir ki, bu qatillərin, qarətlərin, hücumların, vuruşma və toqquşmaların bir axırı olsun və Rusiyanın məşrutiyyəti-tamə əsası üzrə kəmali-sükunət və fəraqətlə mədəni bir ömr sürəcək zəmani elə bəid və uzaq görünür ki, onun hüsul və vüsuli haman xəyali-xamə bənzəyir...Rusiyadan artıq istibdad və üsuli-keyfi-mayəşayə uğramış olan İranda parlamentarizm üsuli nə qədər qeyri-mükəmməldirsə də, yenə də əlan isbati-vücud etməklə bərabər, böyük bir ümid dəxi təlqin edir ki, bu gün sabah İran mükəmməl və müntəzəm bir hökuməti-məşrutə olub da Asiyada Yaponiyanı tək qoymayacaqdır. Barı heç olmasa İranda hökumətin də, məclisin də əməl və rəftarından sızılan və hiss edilən budur ki, bunların məqsədləri doğrudan da məmləkəti əhya etmək və diriltməyə tuşdur.
Ordan-burdan 118Rəfiqimdən məktubƏzizim Filankəs, bu günlərdə mənim başıma məzəli bir iş gəldi ki, xəlvətcə sənə nəql edəcəyəm.
Başqa şairlərin şeirləri · Satira
Gündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.
Axunda müraciətAxunda, milləti etmə həvayiBizə lazım deyil bangi-dərayi
Barişnalara dairEy gül, nə əcəb silsileyi-müşki-tərin var,Ahu nəzərin var!
GörməkdəyəmMilləti-məhzunu binitqü nida görməkdəyəm,Mübtəladır cəhlə, dərdin bidəva görməkdəyəm.