Oyan-buyan 5
A balam, sən nə üçün ağlayırsan? dərs kitablarından Sənə nə olub, sənə nə olub?
Sənə nə olub, ağlarsan?
Şeyx Sənan
Tazə doğulmuş uşaqların əksəri ağlağan olar. O cürə uşaqlara “kor” uşaq deyərlər. Yaxud deyərlər ki, bu uşaq çox “korluq” edir. Allah “nervinni” adamlardan uzaq eləsin. Bu cür “kor” uşaqlar ata-anadan başqa qonum-qonşuların da baş-beynini aparar.
Səhər, günorta, axşam, gecə, müttəsil bunu eşidirsən:
– İnqa, inqa, inqa!..
Yorulmuş və yuxulu anasının səsi gələr:
– Ay balam, di yat, dincəl də!
Amma uşaq yatmaz və “inqa”sına davam eylər.
– İnqa, inqa, inqa!..
Atasının anasına xitabən səsi gələr:
– Əşi, sənin bu ölmuşün bizim dirriyimizi korladı. Döşünü ver ağzına...
Uşaq bir qədər əmər və sakit olar. Amma birdən-birə ağzını anasının döşündən çəkib genə başlar:
– İnqa, inqa, inqa!..
Bu səfər anasının acığı dutar.
– Əşi, di öl... Vallah elə vuraram, bir də səsin çıxmaz.
Amma bu hədə-qorxu uşağa kar eləməz. Uşaq “inqa”sından əl götürməz. O halda qonşuda olan qarı arvad yerindən durub yorğanı çiyninə salar və düz uşaqgilə gələr, anasına deyər:
– Ay arvad, uşağın üstünə çığırma, pis şeydir, sən bir azca xubgər (xabkər) qayır, ver uşağın ağzına, yuxu tutsun.
Anası durub qarının təlimi ilə xubgər qayırar və qaşıqla uşağın ağzına tökər. Doğrudan da uşağı yuxu tutub yatar. Ata-anası qarı arvaddan razılıq edərlər. O da xalqa bir yaxşılıq etdikdən dolayı özü də xoşhal olub, evinə qayıdar.
Amma bir-iki saatdan sonra genə yatanlar oyanar.
Uşağın “inqa, inqa”sı ərşi-fələkə çıxar.
İndi həmin bu Kirid məsələsi yazıq Osmanlı üçün bir “kor” uşaq olubdur. Kiridin “inqa, inqa”sından qulaq tutulur.
Bir neçə ay bundan əvvəl Kiridin haman “inqa, inqa”sını anası olan Osmanlını lap “hələk” eləmişdi. Ana balasına döş verdiyi kimi, bu da Kiridə avtanomiya verdi, lakin Kirid “inqa, inqa”dan əl çəkmədi. O halda Osmanlı şapalaq hazırladı, amma qonum-qonşu tökülüb qoymadılar və Kiridə “xubgər” verdilər. Kirid yatdı. Qonum-qonşu çəkildi. Osmanlı da öz işinə məşğul oldu.
Amma indi bu günlərdə genə Kirid oyanıb, “inqa, inqa”sını ərşifələkə çıxarıbdır.
İndi Osmanlı nə etsin?
Keçək əvvəlki mətləbə.
Bəli, uşağın “inqa-inqa”sı tazədən ərşi-fələkə çıxar, o surətdə ağıllı ana adam göndərib bir həkim çağırar, deyər ki, bax gör bu uşağa nə dərd dəyibdir ki, dincəlmir. Həkim uşağa baxar və deyər ki, bunun qarınağrısı vardır və qarnını ağrıdan da filan şey və filan şeydir. Sonra dərman yazar, o dərman uşağın qarnını ağrıdan şeyi tələf edər, uşaq da rahat olub daha bir də “inqa, inqa” eləməz.
İndi keçək ikinci mətləbə.
Şübhəsizdir ki, Kiridin də qarnının ağrısı vardır. Onun qarnını ağrıdan da, söz yoxdur ki, yunandır.
Bəs Osmanlıya lazımdır ki, bu qarını ağrıdana qarşı bir tədbir görsün. Yoxsa qonum-qonşu “qarı”larının “xubgər”ləri heç bir mənfəət verməyib, bəlkə axırda “uşağı” tiryakxurd edə bilər. Tiryakxorluq da məlumdur ki, həm şərən, həm ürfən, həm tibbən, həm əqlən və həm nəğlən haramdır.
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-oyan-buyan-5
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəzetəni oxuyan müsəlman qəzetədən məlumat qazanır, biliyi artır. Ona görə: “Qəzetə oxumaq müsəlmana haramdır”.Qəzetəni oxuyan müsəlman bütün aləmin əhval və ovzaindən xəbərdar olur. Dünyanın bu başında oturub, o biri başında vaqe olan dürlü-dürlü hadisa və vaqiələri bilir. Ona görə: “Qəzetə oxumaq müsəlmanlara haramdır”.
Ordan-burdan 56Strajniklərmi? Quldurlarmı?Həm strajnik, həm də quldur. Yəni, əvvəla strajnik hökumətdən bica yerə məvacib alır və saniyən küçələrdə quldurluq edib xalqın cibini soyur. Lakin strajnik-quldur ilə sadə quldur arasında bir fərq vardır. Sadə quldur gəlib-gedəni bəhanəsiz, filansız soyur. Strajnikquldur isə hər vaxt bir bəhanə tapır. Əsləhə axtarır, tapdığı 3-4 manat alıb, geri verir, tapmadı – yenə 3-4 manat alıb buraxır. Deməli, srajnik – yəni rəsmi quldur!
Ordan-burdan 57Teleqraf xəbər verir ki, Peterburq şəhər hakimi qət edibdir ki, polis məmurlarına, yəni qaradavoylara, sairlərinə zireh geydirsin, zirehpuş etsin ki, güllə və sairə qaradavoyun canına əsər etməsin! Doğrudur, zirehpuş qaradavoyun Rüstəm pəhləvana bir qədər müşabəhəti olar, amma... görünür ki, Peterburq şəhər hakiminin bomba və dinamit zərbi zəngindən xəbərdarlığı yoxdur ki, bunun müqabilində dəmirdən qayrılmış qaradavoyun da canı davam gətirməz.Qaradavoy deyəndə – bizim Bakı qaradavoylarıdır. Şücaət, bəsalət, cəsarət – hamısı bunlarda var. Qaranlıq gecələrdə küçələrə çıxmazlar, aydınlıq və işıq gecələrdə ayaq altında piləsək vururlar. Davaşava ilə işləri yoxdur. Qoy camaat dalaşsın, onlara nə? Amma küçələrdə sərxoş və kefli adamların gəzməyinə razı deyillər. Keflini görən tək haman saat tutub çıxdığı şərabxanaya təkrar salırlar və özləri də bir qədər şərabxanada oturub gözləyirlər ki, bir “pis” iş-filan əmələ gəlməsin.
Ordan-burdan 58Rusiyanın hal-hazırda mövcud övza və əhvali rus “ər”lərinə xoş gəlmir. Bu iğtişaşə bir nəhayət olacaqmı? Haçan Rusiya kəsbi sükunət edəcək? – suallarını virdi-zəban edərək, təngə gəldiklərini izhar edirlər. “Zülm, cəbr, zor lazımdır! Öldürmək, yandırmaq, qırmaq lazımdır!” – deyə bunlar hökumətə “əlac” və “əncam” göstərirdilər. Lakin zülm, cəbr, zor, öldürmək, yandırmaq, qırmaq, dağıtmaq – bunlar Rusiyanın sükunəti üçün bir “əlac” və rahatlıq üçün “əncam” olmadı və olmur.Bəs nə etməli? Daha “əlac” yoxdurmu? “Novoye vremya”çı cənab Menşikov deyir ki, “əlac” var – yaponlar ilə ikinci dəfə müharibə etməlidir və yaponları nə tövr olursa olsun basmalıdır. O halda, Rusiyanın içi düzələr. Bu sözləri eşidib, Rusiyanın sair balaları deyirlər ki, binəva Menşikov sərsəm azarına mübtəla olubdur... Allah şəfa versin.
Başqa şairlərin şeirləri · Satira
Hər rəngə desən girməyə amadəyik, əl’an,Üç rəngə girər ildə bu qayilçə müsəlman:
Hacılar, ay hacılar, can sizə qurban hacılarHacılar, ay hacılar, can sizə qurban hacılar,Ərəb eylər sızı hər ilbaşı talan, hacılar.
“Kəlniyət”ə məxsus ədəbiyyat“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,
Gavur qızı ("Bilməm nə çarə eyləyim, ay Molla Nəsrəddin!")Bilməm nə çarə eyləyim, ay Molla Nəsrəddin!1Çərlətdi lap məni bizim övrət, gavur qızı!