Rəhbərlərimiz
Hər bir millətin təkamül və yaxud inqilab təriqilə tərəqqi və təməddününə səbəb, o millətin başında duran, rəhbəri olan bir və ya bir neçə tərəqqipərvər və təcəddüdxah firqələrinin olması tarixi bir həqiqətdir.
Haman firqələrdir ki, öz millətini müxtəlif yollar ilə irəli aparmaq yolunda ciddi-cəhd edib və böyük mərdanəlik və fəaliyyət göstərib, qabaqlarına çıxmaq və hər bir cürə mümaniətlər ilə mübarizə və mücahidə etməklə biləxərə öz məqsudlarına nail olublar.
Firəng olsun, nemes olsun, yapon olsun bu tayfalar hamısı bugünkü tərəqqi, təməddün və rifahi hal ilə asudə məişət keçirmələri də haman başlarında duran və onları təriqi-səadət və tərəqqiyə tuş edən firqeyi mücahidlərinə borcludurlar.
Firqeyi mücahidindən məqsudumuz bir neçə adamın, özlərini millət rəhbəri hesab edib tərəqqi etmək adı ilə bilib-bilmədikləri işlərə mübaşir olmaq deyildir. Bəlkə hər kəs, milləti tərəqqi etdirəcək bir sənət, bir əmələ öz qəlbində bir şövq və həvəs hiss etdiyi surətdə haman əməlin dalınca düşüb, onu xalq arasında nəşr və təmim etmək, onunla xalqın ya ağlını və yaxud hissiyyati-aliyəsini nəşvü-nüma etdirməklə xalqa maddi və yaxud mənəvi bir xidmət göstərmək işində davam etməkdir.
İştə mütərəqqi və mütəməddin millətlərin dərəceyi-tərəqqinin ali payəsinə nail olub da bizlərə nisbətən xoş gün keçirmələri öz karkün adamları sayəsindədir.
Bu gün o millətlərin tərzi-məişəti də bizimkindən dəfələrcə xoşraqdır. Orada hər bir fərd mənafeyi-ümumiyyənin nədən ibarət olduğunu və bu mənafeyi-ümumiyyə ilə hər kəsin də mənfəəti-şəxsiyyəsi təmin edildiyini dürüst anlayıb əsil insana yaraşan bir tərzlə ömür sürürlər. Orada hər bir fərd, hər kim olursa-olsun, öz-özlüyündə öz tərzi məişətində onu təzyiq edə biləcək və onun hüququna və hürriyyətişəxsiyyəsinə xələl yetirəcək şeylər ilə müqəyyəd deyildir. Məgərinki bunun hürriyyəti şəxsiyyəsi başqaların hüquqi şəxsiyyəsinə təcavüzdən ibarət olmasın, bu isə onlar üçün heç bir qeyd olmuyub bəlkə özləri arzu edən şeylərdəndir. Çünki özgənin hüququna toxunmaq, ya hürriyyəti-şəxsiyyəsinə əl atmağın böyük bir şərr və zərəri olduğunu hər bir fərd çox gözəl anlayır. Xülasə onlar hamısı birlikdə hər bir yaxşını təqdir və hər bir yamanı təkdir və təqbih etməyə qadirdirlər. Yaxşı ilə yamanı da dürüst anlamaq üçün elm və sənaye sahəsində tərəqqi etmək lazımdır. Bu elm və sənayenin, yəni tərəqqi yolunun xalq üzərinə açılmasına da səbəb başçı firqələridir.
Lakin bizlərdə hələ elə rəhbərlər yoxdur, yox olmalarına da səbəb ümum camaatımızı bürüyən, əhatə edən ətalət və kəsalət ilə bərabər, rəhbərliyə layiq olan şəxslərimizin məişətcə dar gün keçirmələridir.
Bu halda bizim hər bir fərdimiz öz tərəqqisi üçün bir rəhbərə möhtac olduğunu hiss edir. Lakin bu rəhbərlər öz rəhbərlik işlərinə ehtimal və diqqət ilə məşğul olmaq üçün məişətcə təmin olunmalıdırlar. Doğrudan da rəhbər olmaq istedadını haiz olan şəxslərimizin öz aramızda qədr və qiymətləri bilinməsə, onlar təmini məişət üçün başqa yerlərdə başqa tayfalar içərisində və ya başqa bir yolda işləməyə başlayıb, fayda verə bilməzlər.
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-rehberlerimiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
BayramBu gün eydi fikirdir. Bu gün o gündür ki, camaatın ağzı açılıb, amma məscidlərin ağzı qapanır.
Ordan-burdan 22Tazə xəbərEşitdiyimizə görə şəhər idarəsi belə qərar qoyubdur ki, daha indidən belə müəllimlərlə alış-veriş eləsin. Məsələn, elə müəllim var ki, iyirmi dərsi əlli manata deyir, elə müəllim də var ki, haman iyirmi dərsi 40 manata deyir. İş belə olan surətdə daha şəhər idarəsinə nə düşübdür ki, 40 manat yerinə 50 manat versin? 10 manat təfavüt eləyir, zarafat deyil! O ki qaldı dərs yaxşımı olacaq, pismi – onun şəhər idarəsinə dəxli yoxdur.
Ordan-burdan 23Bir qədər qəzetəçilik dərsiM ü ə l l i m – Qəzetəyə hər cür şey yazmaq olarmı?
Ordan-burdan 24Yarım günlük səyahətim...qərəz mindik vaqona. Burada məndən savayı iki nəfər gəncəli ilə iki nəfər də bakılı və bir nəfər şamaxılı var idi. Başladıq söhbət eləməyə. Allah bunlardan razı olsun, çünki bunların söhbətindən bir çox bilmədiyim şeyləri qandım və öyrəndim. Məsələn, gəncəli dedi ki:
Başqa şairlərin şeirləri · Satira
Ta ki sən oldun əsiri vəzi-yarın, ey yazıq,Qarə oldu yar əlindən ruzigarın, ey yazıq!
Əcaib əsərƏsər var ki, bilmirsən nə ad verəsən ona,Oxumaq mümkün deyil, min yol varaqlasan da.
Əcnəbi balda, qonaqlıqda, klubda həmə vaxtƏcnəbi balda, qonaqlıqda, klubda hemə vaxtÇalışır nazü nəzakətlə aparsın Özünü.
"Səda"nın 162-ci nömrəsinə ("Şairəm, əsrimin ayinəsiyəm")Şairəm, əsrimin ayinəsiyəm,Məndə hər kəs görür öz qaş-gözünü;