Təhsil
Mən məktəbdə oxuyanda, bizim məktəbə təzə bir molla təyin eləmişdilər. Yəni bu molla “ekzamen” tutmuşdu və o “ekzamendə” heç bir kəs onunla bərabər ola bilməmişdi.
Camaat belə deyirdi ki, dünyada heç bir elm yoxdur ki, bu axund onu bilməmiş olsun. Bu sözləri axund özü də təsdiq eləyib deyərdir ki:
– Mən bütün ülum və fününa darayam.
Kişi “dara” olmaya bilməzdi, çünki səkkiz il məktəbdə oxuyub, bircə dəfə də fələqqəyə düşməmişdi. Sonra ikmali-təhsil üçün İrana gedib səkkiz il də Təbrizdə oxumuşdu və bədə Təbrizdən Tehrana yollanıb dörd il də orada və ondan sonra beş il Məşhəddə və bunlardan başqa dörd il də İranın bir şəhərində təhsil etmişdi ki, onun adı yadımda qalmayıbdır.
Dərs vaxtında bu axund bəzi vaxt bizim ilə dostanə söhbətlər edərdi, böyük səfərlərindən nağıl edərdi, çox şirin söhbət eylərdi.
Bir dəfə ondan soruşduq ki, axund İran böyükdür, yoxsa Rusiya?
Dedi:
– Əgər İranın bu başından düşəsən və gecə-gündüz yol gedəsən və hər bir saatda yetmiş ağac yol eləyəsən və yetmiş il səfər eləyəsən, hələ gəlib İranın yarısına çatmazsan.
Dedik:
– Axund, bəs ruslar yazırlar ki, İran Rusiyadan 20 dəfə balacadır.
Axund buna şeirlə çavab verdi:
Key nik-bəxt, an nə şekle-mən əst
Vəlakin, qələm dər kəfe-doşmən əst!
Bir gün uşaqlardan biri dedi:
– Axund, heç dəryanın dibini bilmək olar?
Axund dedi:
– Budur mən iyirmi beş il oxumuşam və iyirmi beş il sümük sındırıb bütün ülum və fününə dara olmuşam, amma, indiyə qədər bir kitabda görməmişəm ki, dəryanın dibini bilən olsun.
Yoldaşlarımızdan biri dedi:
– Axund, bəs ruslar yazırlar ki, dəryanın lap dərini səkkiz verstdir.
Axund güldu və bunu nağıl etdi:
– “Zərəfşan” kitabında oxumuşam ki, İskəndər-Zülqərneyn dünyanın üzünü alandan sonra, istədi ki, dəryaların dibini də alsın, ona görə dəryanın içinə cumub yetmiş il yol getdi. Nagah burada bir adama rast gəldi ki, axtarır. Sual etdi ki, sən nə axtarırsan. Dedi ki, yetmiş il bundan əvvəl mənim əlimdən bu dəryaya bir balta düşüb, dəryanın dibinə gedibdir. İndi mən gərək bundan sonra yetmiş il yol gedəm ki, bəlkə dəryanın dibinə çatam. İskəndər-Zülqərneyn bu əhvalatı eşidib səfərindən əl çəkdi.
Yoldaşlarımızın içində bir “dələduzu” vardı, dedi:
– Axund, hesab elmi oxumaq haramdır, yoxsa halal?
Dedi:
– Haramdır!
Dedi:
– Bəs bu elm necə ki, məsələn, mən istəyirəm biləm, cibimə nə qədər pul qoyum ki, putu altı manatdan iki kəllə qənd və girvənkəsi iki manatdan beş girvənkə çay alıb, üstünə də nəqd on beş manat pul qoyub bir axunda göndərim.
Axund dedi:
– O cürə elmi oxumaq nə haramdır, nə halal, ancaq savabdır.
Bu əhvalatdan sonra, gördük ki, fəziləti-axund məlum şüd.
İştə iyirmi beş il oxumaq zarafat deyildir. İyirmi beş il – bir əsrin dörddən biridir.
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-tehsil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Deyirlər ki, opera dramanın evini yıxdı...Qərəz, sözümüz bunda deyildir və bəhsimiz də özgə şey üstündədir.
Erməni-müsəlman sülh məclisinə dairTamam bir ildir ki, vətəni əzizimiz Qafqaz öz balalarının qanına bulanmaqdadır. Tamam bir ildir ki, minlərlə ciyərlər qırğınlar atəşindən od tutub yanmaqdadır. Bu bir ilin içində neçə min canlar tələf oldu. Neçə-neçə ailələr başsız, ata-analar oğulsuz, bacılar qardaşsız, qardaşlar bacısız qaldılar. Evlər talan oldu, oda yaxıldı. Abad şəhər və köylərimiz xarabaya döndü. Yurd itdi, yuva dağıldı... Səbəbi də ermənimüsəlman davası oldu.Belə bir-birinin iç və çölünü biləcək dərəcədə yek-digərinə yaxın olan qonşular, bir-birinin ehtiyacatı həyatiyyəsini rəf etməkdə heç bir müzayiqədə bulunmayan, münasibati-düstanə sayəsində ömürlərinin bir qədərini daim müzayiqə, müsahibə, mülatifə, mülabəsə və sairləri kimi səmimi dostluq və xeyirxahlığı izhar edən hüsni müamilədə keçirməkdə olan iki həmcivar tayfa öz içlərindəcə peyda olan ləin, bəğiz və xəbis nakəslərin hərəkatı-şeytanətkaranasinə uyub, xah-naxah bir-birinə yağı oldular. Bəs deyil, bir-birini tələf və yox etməyə bel qurşadılar... Top və tüfəng səsi asimanə bülənd oldu, iki dost bir-birinə atırdı, tiğ və xəncər parıltısı göz qamaşdırırdı. İki qonşu bir-birini doğrayırdı. Kəndlərdən, şəhərlərdən od və duman qalxır, hər yeri bir kuhi-atəşfişanə döndərirdi. İki həmcavar tayfa bir-birini atəş içində yandırırdı... Göz yaşı qana qatışdı, qan qurşağa çıxdı... Belə bir misli görünməmiş müdhiş faciə bir ildir ki, davam etməkdədir və bundan sonra da davam etsə, bu iki tayfanın biri bilmərrə fövt olub, yer üzündə bir adı qalacaq desəm xəta etmərəm, zənn edirəm. Lakin bəs bütün bu bir tayfanın bir takım ləin, insansevməz, fasiq və fasidlər ucundan badi-fənaya getməsi rəvamıdır? Bunu vicdanımız qəbul etməz və etməsin gərək və illa məsum və bigünah tökülən qanların günahı, yanmış ciyərlərin ahı bizi nahaq qoymaz. Buna bir əlac lazımdır. Əlac isə bu qital və qırğının müsəbbiblərini tapıb yox etməkdir. Bu müsəbbiblər də müxasimədə bulunan bu iki tayfanın hansı birində olduğu indi, hamıya məlumdur. Və bunu da bilməlidir ki, sadəlövh müsəlmanlar, heç bir vaxtda və heç bir halda qonşuları ermənilərlə dava etmək fikrində deyildilər. Çünki belə bir nagüvarə iş icrasına müsəlmanları vadar edəcək bir məqsəd yoxdur. Və bir də müsəlmanlar – sörün açığı – elə bir mənəvi nəşvü-hüma və tərəqqi dərəcəsinə catmayıblar ki, bir məqsəd və yaxud bir fikir ilə ağılları məşğul ola. Min adam min söz desin – müsəlmanlar bu hadisati-müəssəfənin başlanmasına bais olmadıqlarından əmindirlər və ermənilər əleyhinə qəlblərində bir pis fikir pünhan deyildi. Bununla belə, həməvaxt, sülhə talib idilər, ermənilər dəxi nə mərtəbə sülhə mail olduqlarını bu məclisdə izhar edərlər. İnşaallah hər iki tərəf mətin bir sülh əqdi ilə xüsuməti kamilən rəf etmək üçün bəqədriimkan sərfi-müsai edərlər.
Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyikMəktəblərimizdə ümumi tədrisəni ana dilində icra etmək üçün bizə müsaidə verildi. Lakin, hal-hazırda mövcud olan məktəblərimizin, yaxud şkolalarımızın nəgunə əsaslara məbni təsis edildiyini təhqiq və tədqiq etsək, bizə verilən müsaidənin öz ana dilimizi layiqincə öyrənmək üçün ən cüzi bir vasitə olduğunu müşahidə edə biləriz.Ana dilimizdən ibarət olan türk lisaninə mükəmməl surətdə vaqif olan zəvat biz Rusiya müsəlmanlarının ana dili sarıdan mən hələ “obed” eləməmişdim, “vizitni kartoçka” gəldi ki, madam Papkova səni “veçer”ə “priqlasit” eləyir. Gəlməsən “abijatsa” olar kimi belə bir əsəfli halımızı görsə, bizə verilən müsaidənin “dilimizi yuyub” təmizləməkdən ötrü bir damcı su mənziləsində olduğunu iqrar edib, buna çaylar, sellər lazımdır deyər.
Biz hamımız Qafqazlı balalarıyıqDaha bəsdir, ağlımızı başımıza cəm edək, minlərcə illərdən bəri əşg ilə qan sellərinə qərq olan Vətənimizin belə bir dəhşətamiz mənzərəsini pozub, ittifaq gününün şəşəəsi altında nurlanmağa qeyrət edəlim.Biz hamımız qafqazlı balalarıyız, aramızda ülfət olsun, bir-birimizə üz tutaq, yek-digərimizə rast gəldikdə qəlbimiz məhəbbət, sevgi hissindən nəşət edən fərəh ilə məşhun olsun. Yek-digərimizin qəm və fərəhindən hissiyab olaq.
Başqa şairlərin şeirləri · Satira
Gəldi “Babayi-Əmir” işləri samanlasın,Fürsət ikən hər kişi öz işini anlasın.
Orucluğun proqrammasıGəldi yenə orucluqMeydanə, ay can, ay can!
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
ArzuYa rəbbi, qıl zəmanədə viranə məktəbi,Etmə nəsib bircə müsəlmanə məktəbi!