Gəldi “Babayi-Əmir...”
Gəldi “Babayi-Əmir” işləri samanlasın,Fürsət ikən hər kişi öz işini anlasın.
Tərk ola bundan belə mehrü məhəbbət gərək,Saxlayalım dəhri də canı səlamət gərək,Eyləyəlim cümləmiz tərki-ticarət gərək,Cəhlə tərəf getməyi eyləyək adət gərək,Gəldi “Babayi-Əmir” işləri samanlasın,Fürsət ikən hər kişi öz işini anlasın.
Cümlə verib əl-ələ qeyriyə imdad edək,Səy qılıb ruzü şəb, dəhrdə bir ad edək,Məktəbi-şürbü qumar cəhd edib icad edək.Bəlkə qəmü qüssədən könlümüzü şad edək.Gəldi “Babayi-Əmir” işləri samanlasın,Fürsət ikən hər kişi öz işini anlasın.
Məhv ola tezliklə bu hali-pərişanımız,Himmət edək qalmaya zərrəcə nöqsanımız,Zillət ilə çıxmaya həsrət ilə canımız,Qoymayın, əldən gedə şövkətimiz, şanımız,Gəldi “Babayi-Əmir” işləri samanlasın,Fürsət ikən hər kişi öz işini anlasın.
Dəmdir, aça uyqudan çeşmini xürdü kübar,Olmalıyıq cümləmiz millətə xidmət güzar,Annalara eyləyək eşq ilə canlar nisar.Məscidi, minbərləri eyləyəlim tarümar,Gəldi “Babayi-Əmir” işləri samanlasın,Fürsət ikən hər kişi öz işini anlasın.
Keyf ilə biganələr cümlə olub bəxtəvər,Səy edərik, heyf, biz hər işə şamü səhər,Eyləməz əsla bizə naleyi-məzlum əsər,İstəmirik qeyridən ibrət alaq, müxtəsər,Gəldi “Babayi-Əmir” işləri samanlasın,Fürsət ikən hər kişi öz işini anlasın.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-geldi-babayi-emir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Könlüm olubdu mail ol yarə, neyləyim mən?Oldum onun qəmindən biçarə, neyləyim mən?
Çöhrəndə ölüm kölgəsi var, ey qarı düşmənÇöhrəndə ölüm kölgəsi var, ey qarı düşmən,Xalq ordusu çoxdan qazımışdır sənə mədfən.
Gül incədirsə, sən, gözəlim, güldən incəsənGül incədirsə, sən, gözəlim, güldən incəsən,İncə nəzakətin qədər incə düşüncəsən.
Əhd qıldın, gözəlim, könlümü xəndan edəsənƏhd qıldın, gözəlim, könlümü xəndan edəsən,Lalətək bağrını biganələrin qan edəsən.
Başqa şairlərin şeirləri · Satira
Səd şükr ki, biz ziynəti-tarixi-cahanız,Səhrayi-səlabətdə gəzən şiri-jəyanız!
Özünü bəyənənəHey özündən deyirsən hər yerdə,Təpəyə dağ deməklə dağ olmaz.
GərəkGet dolangınan, xamsən hənuz,Konsul olmağa çox hünər gərək.
Yol verin!Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!