Köhnə dünyanın şirləri
Səd şükr ki, biz ziynəti-tarixi-cahanız,Səhrayi-səlabətdə gəzən şiri-jəyanız!
Bir künci fərağətdə yatıb naz ilə rahət,Daim qılarız şöhrəti-tarixə kifayət,Axırda dirildər bizi ol əski səlabət,Yatmaqla cahan əhlinə biz lərzərəsanız,Səhrayi-səlabətdə gəzən şiri-jəyanız!
Tərpənmə yerindən, hərəkət etsə də aləm,Laylayları məsciddə gedib dinlə dəmadəm,Məşhər günü görsə üzünü həzrəti-Adəm,Görsün bizi Həvva necə doğmuşsa hamanız,Səhrayi-səlabətdə gəzən şiri-jəyanız!
Bu əsri-xətərnakdə cəhd elə fəqir ol,At şöhrəti, namusu, ayağlan da həqir ol,Salsınlar qapaz başına ol qədri kəsir ol,Tab eyləriz hər zillətü təhqirə, cavanız,Səhrayi-səlabətdə gəzən şiri-jəyanız!
Açma gözünü, ləfzi-siyasət nədi qanma!Hər kəs desə sən məhv olacaqsan, heç inanma!Laqeyd dolan dəhrdə heç fikrə bulanma!Fikr etmə acız, cümləmiz aludeyi-nanız,Səhrayi-səlabətdə gəzən şiri-jəyanız!
Məktəb adını çəksələr hər yerdə, oturma!Tik gözlərini vaizə, kiprik belə vurma!Molla evi olsun yerin, öldürsələr durma!Zira buradan azimi-gülzari-cinanız,Səhrayi-səlabətdə gəzən şiri-jəyanız!
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-kohne-dunyanin-sirleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
«Əgər ze bağe-rəiyyət konsul xorəd sibi bənyavərənd nəyibane u dərəxt əz bix».*Sədi.*
GörəsənMənim xəyalıma bir şey gəlir:«Tayms» qəzetəsinin yazdığından belə məlum olur ki, bu il hacıların cibindən otuz milyon manat pul çıxıb əcnəbi paraxod sahiblərinin cibinə girdi.
VurhavurHərdən xəyalıma belə bir şey gəlir:Əgər bir vilayətə yolun düşdü və istəyirsən biləsən ki, bura müsəlman vilayətidi ya yox — bax gör adam döyürlər ya yox. Əgər döyürlər — bil ki, müsəlman vilayətidir.
ZərafətHərdən mənim xəyalıma belə bir şey gəlir.«İrşad»ın sütunlarında gözümüzə sataşdı ki, iki il bundan irəli Bakıda aclar üçün cəm olunan qırx beş min manatın yarısı xərcləndi, amma yarısı hələ xərclənməyib durur.
Başqa şairlərin şeirləri · Satira
"Osmanlıcadan tərcümə türkə" – bunu bilməm,Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
Parisdən-Tehrana“Irzaxan”, sən məşədi, mən hacıyam,Sən elin qəmçisi, mən qırmacıyam.
ElanGözəl-göyçək oğlanam,Sağ olsun atam-anam.
Lisan bəlasıEy dil, dəxi dinmə və sükut et, səni tari,Lal ol və danışma.