Bağ
«Əgər ze bağe-rəiyyət konsul xorəd sibi bənyavərənd nəyibane u dərəxt əz bix».
Sədi.
Mən indi uzaxdan eşitdim ki, bir İran fəhləsi çığırır və haray təpir, yəqin elədim ki, onu nəyibin biri tutub istəyir söysün.
Mən həmişə bu cür görmüşəm: nəyib, yanında fərraşlar, əlində ağac, qazı-qazı gəzir. Bir də görürsən fərraşlar uzaqdan bir fəhlə görüb alıcı quş kimi çumuldular biçarənin üstünə, və tutub gətirdilər nəyibin yanına.
– Gədə, biletin var?
– Xeyir, ağa.
– Gədə, soyundurun bunun paltarını!
Fəhlənin paltarını hərraca qoyub satacaqlar ki, biletin pulu çıxsın.
Bəzi vaxt belə də olur ki, fəhlənin əlində bileti də olur, amma genə qabağına bir bəhanə itələyəcəklər ki, məsələn, bu bilet sənin deyil və bu tövrinən genə bir-iki manat qopardacaqlar.
Hansı bir konsula bunu desən, cavab verəcək ki, «Pə, baba, mən neyləyim, qanundan kənar bir əməldir ki, nəyiblər tuturlar, dəxi mən neyləyim?»
Amma iş özgə cürdür. Dünən İran məmurlarının birinə rast gəldim, soruşdum ki, sənin mənsəbin nədir?
Cavab verdi ki, nəyibəm.
Sual: — nə qədər məvacib alırsan?
Cavab: — Hər nə qədər ki, təzkirə xərc versək, birinə bir manat bizim məvacibimizdir.
Sual: — bu nə olan işdir?
Cavab: — Vallah heç özüm də bilmirəm, ancaq onu bilirəm ki, konsul bizə məvacib verməz.
Sual: — sizin məvacibiniz dövlətdən nə qədərdir?
Cavab: — Ayda yüz manat.
Sual: — bəlkə siz heç təzkirə xərcə verə bilmədiniz, onda nə yeyəcəksiniz ki, ölməyəsiniz?
Cavab:—Vallah, doğrusu, onda hansı iranlıya rast gəlsək tutub zornan və səbəbsiz dərisini soyacayıq.
Sual: — bə İranın məşrutiyyəti necə oldu?
Cavab: — pa, rəhmətliyin oğlu, elə məşrutiyyət Mirzə Rza xanları, Mirzə Ələsgər xanları və qeyri konsulları başa verdi, qaldıq biz? Nə danışırsan, rəhmətliyin oğlu?
Bəlkə də konsullarda o qədər də günah yoxdur. Bəlkə onların günahı məhz budur ki, bunlar rəiyyətin bağından ancaq bir alma yeyirlər.
Amma söz buradadır ki, konsul bir alma yeyəndə, nəyib də alma ağacını bərətini köküdən çıxardır.
Və necə-necə illərdi ki, İranın alma ağaclarını dibindən çıxardıb yan-yana yıxıllar.
Kimlər? Kimlər?
Haman bağın bağbanları!..
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-bag
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Baxdıqca könül qan olur əhvalına şeyxin,Yandı ürəyim tərcümeyi-halına şeyxin.
Lə’nət ola!Fələkin gərdişi-dövranına min lə’nət ola!Sərvətə qız satan insanına min lə’nət ola!
Ramazan ayı qurtardıBitmiş ramazan, bərhəm olur məclisi-ehsan,Nəqdin verərək, nisyə behişt aldı müsəlman,
Rüşvətlə mübarizə zamanıAr eyləmərəm, pəndü nəsihətdən utanmam,Hər kəs nə deyir qoy deyə, töhmətdən utanmam.
Başqa şairlərin şeirləri · Satira
Ey Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;
Qanmadı HitlerHeç yerdə bir insan kimi davranmadı Hitler,Öz səhvini bir anlamadı, qanmadı Hitler.
Sən qanmasanSən qanmasan, eybi yoxdur, utanma,Çünki mən qanıram, mən utanıram.
Bir, iki, üç kərəSöyləmişəm bu sözü məxluqa mən,Ay Baba can, bir, iki, üç kərə.