Ar eyləmərəm, pəndü nəsihətdən utanmam,Hər kəs nə deyir qoy deyə, töhmətdən utanmam.

Xalqın xoşuna gəlməsə ətvari-kəsifim,Dolsun fəqət ahəstə çibişdani-şərifim,Bir Əhrəmənəm, yox bu vilayətdə hərifim,Candan usanırsam, yenə rüşvətdən usanmam.Bu zəhməti az, xeyrli sən’ətdən utanmam.

Hər xidmət ibarətdi mübarək şikəmimdən,Kənd əhli əbəs canə yetişmiş sitəmimdən,Yatmam gecələr sübhə kimi fərti-ğəmimdən,Məstanə yatış, işvəli söhbətdən usanmam,Ləbətləri ölsəm də ziyarətdən utanmam.

Qurdam, dəyişib cildimi insanə qarışdım,Soxdum başımı hər yerə, hər yanə qarışdım,Fənd əhli olub sərvətü samana qarışdım,Bir böylə gözəl sevməli xidmətdən usanmam,Ölsəm də, asılsam da bu adətdən utanmam.

İndisə duyub fəndi gözün açmış hökumət,İstər duta kimlərdir alan ölkədə rüşvət,Övqatımı təlx etmədi hərgiz bu vəziyyət,Var tazə üsulum, o vəziyyətdən usanmam,Cin də məni tutmaz, bu cinayətdən utanmam.

Rüşvətçi gərək rüşvəti qərzülhəsən alsın,Rüşvət deyil, evladıma bir töhfə aparsın,Bir saat alıb qızçığazım boynuna salsın,

Rəsmiyyətə düşdükdə hökumətdən utanmam,Rüşvət yemək əmrimdəki halətdən utanmam.

Bir sırğa alıb arvadıma versə nə eybi?Evladımı kostyumla keyindirsə nə eybi?Saat ikidə mənzilimə girsə nə eybi?Düşsəm tora axır yenə lə’nətdən utanmam,Biaram, özüm də belə ğeyrətdən utanmam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira