Fransanın mürtəce dairələrinin naşiri-əfkarı «Libertə» qəzeti yazır ki: Lenin yollarına sədd çəkməkdən ötrü Parisdə olan əlli min Nikolay zabitinə istinad edə bilərik.

Tənbəlin şəhrdə miqdarı çatır əlli minə
Hamısı satmağa vicdanını qoymuş cibinə.

İrtica verməyəcək ölsə də bu sülhə riza
Qoymarız sülh ilə əlbət ki, zəhərlənsin hava
Əlli min zabitə artıq nə deyək biz əcəba?
Hamısı zərbə üçün hazır olub sülh işinə
Hamısı satmağa vicdanını qoymuş cibinə.

Əlli min fahişə boynunda kəfən, əldə silah
Neçə il bircə qarın əkməyə olmuşla nikah.
İrticaya bu kimi zərbəti kim qıldı mübah
Buna kim razı olar balta vurulsun dibinə?
Hamısı satmağa vicdanını qoymuş cibinə.

Çalışıb almış ikən hər biri beş-on qara pul,
İrticaya sığınıb çəkdi köpəktək qaraul
Hara Hürməkliyə göndərdin hürüb qıldı qəbul
Heç yararmı qonağın böylə tüpürmək rişinə?
Qoymayaq gündə beş altı sümük alsın dişinə?

Sığınıb kölgəmizə harda ki, var bir xuliqan
Özünə bildi Paris şəhrini bir darüləman
Harda xain, harada varsa böyük ölkə satan
Burada müştəri tapmışdı bütün keçmişinə
Hamısı əsrdə bir əngəl idi sülh işinə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira