Qorxaram
Londonda Misir millətçilərinin kral və kraliçəyə su’i-qəsd etmələrindən qorxurlar. (Bugünkü teleqraflardan)
Qorxaram ən doğrusu bu tazə üsyandan bəri,
Misir işində etdiyim hazırkı tufandan bəri.
Misrdə, Sudanda açdım xalq üçün min şur-şər,
Əlli ildir orda milyonlarca qan getmiş hədər,
Quyruqumdan tutsun indi qorxuram millətçilər,
Su’i-qəsd hazırlamışlar tökdüyüm qandan bəri,
Misir işində etdiyim hazırkı tufandan bəri.
Hər nə biclik eyləsəm də dözmüş hindistanlılar,
Arif insanlardı səbr eylər yenə iranlılar,
Son fırıldağı duyub duysun yenə əfqanlılar,
Leyk təşviş eylərəm Misir ilə Sudandan bəri,
Misir işində etdiyim hazırkı tufandan bəri.
Bir mühitəm qanlar axmış sel kimi ummanıma,
Doymamış qarnım bu qanlardan qəsəm «vicdanıma»,
İndi qəsd etmiş camaat bu «mübarək» qanıma,
Misir işində satdığım biaru vicdandan bəri,
Qorxarız ən doğrusu hazırkı üsyandan bəri.
Etmişəm bir növ xidmət əsrdə hər millətə,
Hər mükafatım ölümdür böylə ali xidmətə,
Mən cəhənnəm, qorxuram qəsd olsun ülya həzrətə,
Yatmaram asudə əzdirdiklərim candan bəri,
Misir işində satdığım biaru vicdandan bəri.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-qorxaram
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hava durğundu. Uzaqdan top səsi eşidilirdi.Bakı şəhəri iyul istilərindən qızmış çuğun tavaya bənzəyən fəza altında uyumuşdu. Sahil boyunca yanan elektrik lampaları vərəmli bir xəstənin nəzərləri kimi solğun idi. Narkin adasının önündən keçən yelkənli qayıqlar qanadı sınmış kəpənək kimi ruzigar qabağında süzürdü. Qara şəhər bacalarından çıxan tüstülər qaranlığa qarışmaqda, Xəzərin sakit dalğaları qanad çalmaqda və qocaman Qız qalası su altında yatan əski Səbayel şəhərinin tarixindən parçalar oxumaqda idi.
XIX. Yeni hökumətin «birinci iclası»İyul ayının otuz birində Hacı Zeynalabdin Tağıyevin qapısında fövqəladəlik vardı. Hacının möhtərəm qonağı Leyla xanımın ziyarətinə gələn ağ yaxalı, qara vizitqalı menşevik sağ eser nümayəndələri Leyla xanımı görmək üçün hacının qapısında toplanmışdılar.Sadovski şəhadət barmağı ilə qapının zənkini basdı. Zənk, sifətinə yabançı əl toxunan utancaq qız kimi səsləndi. O dəqiqədə qapı açıldı, uzunsaqqal qapıçı əli ilə: «buyurun» işarəsi verərək əllərində gül dəstələri tutan Mərkəzi Kaspi diktaturasının nümayəndələrini içəri buraxdı.
XX. İngilislər gəlirBu gün hacının evindəki iclas çox uzun çəkdi. «Müsavat» partiyasının Bakıdakı rəhbərləri ingilislərə qarşı nə kimi əlaqə bəsləyəcəklərini müzakirə edirdilər. Bu barədə bir qərara gələ bilmədilər.«Müsavat»çıların bəziləri ingilisləri qarşılamaq, onları qəbul etmək üçün Bakı ruhanilərini Mərdəkandan çağırmağı qət etdilər. Digər bir qrup isə çəbhədə vəziyyəti düzəltmək üçün, daxildə üsyan etməyi məsləhət görürdü. Bu fikir ümumi səslə rədd edildi. Çünki «müsavat» partiyasının silahlı qüvvələri şəhərdən kənarda olduğundan və camaat «müsavat» partiyasına rəğbət bəsləmədiyindən şəhərdə silahlı üsyan düzəltmək mümkün deyildi.
XXI. Esterin romanıDoktor Araratyan ingilisləri istiqbal etdikdən sonra düz evinə qayıtdı. Ona nəştər vursaydın qanı çıxmazdı. Çünki ingilislərin Bakıya dəyərli bir qüvvə gətirməməsi üzündən bir çoxları onu hələ körpüdə ikən məzəmmət etməyə başlamışdı.Araratyan bir kərə Həmədana, ikinci dəfə Ənzəliyə gedərək ingilisləri Bakıya gətirmək üçün apardığı müzakirənin müvəffəqiyyətsizliyi ilə daşnaq və onlarla əməkdaşlıq edən menşeviklərin nifrətinə səbəb olmuş və tənqid edilmişdi. Buna görə də, doktor Araratyan üçüncü dəfə İrana getməyi və ingilis generalı Denster-Vil ilə danışmağı qət etmişdi. O, pilləkənləri yuxarı çıxaraq, zəngi basdı. Xidmətçi qapını açan kimi doktor bir dəstə kağız pul verərək xidmətçiyə dedi:
Başqa şairlərin şeirləri · Satira
Həp kiçiklər kiçik ikən böyüyür,O nədir ki, böyük ikən kiçilir?
Özünü bəyənənəHey özündən deyirsən hər yerdə,Təpəyə dağ deməklə dağ olmaz.
DağlılarAy Baba! Hər yerdə sənin əyyarların xəbər yazıb göndərirlər. Bircə dağlarqalmışdır. Onlardan heç kəs bir xəbər bilməyor. Çünki dağlılar öylə cəngavər
Ətəbata çağırıblar ki, Süpehdar gedibƏtəbata çağınblar ki, Süpehdar gedib,Əvəzindən haımnın rövzədə züwar olsun.