Röya deyil
Tuti, yaz bu sözü xalqa elə elan, mən ölüm,Hamı bilsin, ayılıb daxı müsəlman, mən ölüm!
Cümləsi elm ilə islah eyləyib iradın,Şövqlə məktəbə qoymuş hamı öz övladın.Cəhd edirlər, vətənin dəf edələr cəlladın,Hərə bir növ ilə xidmətdə çıxarmış adın,Tuti, yaz bu sözü xalqa elə elan, mən ölüm,Hamı bilsin, ayılıb daxı müsəlman, mən ölüm!
Əhd ediblər, belə ki, olmaya bilmərrə yalan,Hamı sidq ilə, məhəbbətlə dolansın əyan.Tərk ola büğzü ədavət, törənə əmnü əman.Eyləsin elmü sənaət bizi darayi-cahan.Tuti, yaz bu sözü xalqa elə elan, mən ölüm,Hamı bilsin, ayılıb daxı müsəlman, mən ölüm!
Görməzsən bir də müsəlmanda dilənsin füqəra,Hər nə görsən, görəcəksən üqəla və füzəla,Hamı təsdiq edəcək, hər nə buyursa üləma.Yeni məktəb vətən övladına etmiş də bina.Tuti, yaz bu sözü xalqa elə elan, mən ölüm,Hamı bilsin, ayılıb daxı müsəlman, mən ölüm!
Tərk ediblər, daxı oynanmayacaq bir də qumar,Əvəzində gedəcək məktəbə xurd ilə kübar.Pis əməllərdən hamı eylədilər istiğfar.Eyləyir xeyr işə iqdam, müsəlman nə ki var.Tuti, yaz bu sözü xalqa elə elan, mən ölüm,Hamı bilsin, ayılıb daxı müsəlman, mən ölüm!
Yaxşı məktəblər açıb elm eləyirlər təhsil,Ruzü şəb cəhd eləyib, öyrənəcəklər hər dil.Görəcəksən, budu gəldi hələ doktor, uçitel,Göz qabağında edən cilvə mühəndisdi, vəkil.Tuti, yaz bu sözü xalqa elə elan, mən ölüm,Hamı bilsin, ayılıb daxı müsəlman, mən ölüm!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-roya-deyil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dilbərim yar olub əğyarə eşitdiyimə görə,Gül gedib həmdəm olub xarə eşitdiyimə görə.
Yaşamaz aşiq olan dövlət ilə cahə görəYaşamaz aşiq olan dövlət ilə cahə görə,Can fəda eyləmə, mehri yox olan mahə görə.
Qaçdı səhralərə Məcnun, demə Leylayə görə!Qaçdı səhralərə Məcnun, demə Leylayə görə!Eşqə duşmuş o da bir başqa müəmmayə görə.
Hər kim məhəbbət əhlini salmış əziyyətəHər kim məhəbbət əhlini salmış əziyyətə,Yox özgə qarğışım ona, düşsün məhəbbətə!
Başqa şairlərin şeirləri · Vətən
Mən deyirəm zülmkardan azad olsun vətənimPozulmasın xəzan vurmuş bağlar kimi gülşənim
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənümGül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.
GünüdüQəm-qəsavət bu gün başa vuruldu,Ağlayalım, ayrılığın günüdü.
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,