Hər kim məhəbbət əhlini salmış əziyyətə
Hər kim məhəbbət əhlini salmış əziyyətə,Yox özgə qarğışım ona, düşsün məhəbbətə!
Məndən nə bir kənarə qaçır, nə yaxın gəlir,Kim öyrədib bu qəmzeyi-nazi ol afətə?
And içdim, ağladım, dedim: ey gül, əsirinəm!Nə andıma inandı, nə gəldi mürüvvətə.
Aşiq gərəkdir, istədiyi yarə yalvara,Cananı salsa da onu yüzlərcə zillətə.
Yarımla xoş keçəydi həyatım, bu əhdəyəm,Tanrım da razıdır, gözəlim, beylə niyyətə.
Məcnun vəfasız olduğunu gördü Leylinin,Tərk etdi öz diyarını, üz tutdu qürbətə.
Sağlıqda çox dedim sənə, incitmə Vahidi,Biçarə həsrətinlə sənin getdi rəhmətə.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-her-kim-mehebbet-ehlini-salmis-eziyyete
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yandım o şəmiruyünə pərvanələr kimi,Oldum əsir zülfünə, divanələr kimi.
Görmədim bir zülm edən ol dilbəri-bədxu kimiGörmədim bir zülm edən ol dilbəri-bədxu kimi,Kim tökər üşşaqilər qanini hər gün su kimi.
Dün gecə açdı nigarım üzünü ay kimiDün gecə açdı nigarım üzünü ay kimi,Gördüm ol mahın əyilmiş qaşını yay kimi.
Bir qaragöz əldən aldı din ilə imanimiBir qaragöz əldən aldı din ilə imanimi,Bağlayıb zülfü ayağım, qaşı tökdü qanimi.