Töküb çin-çin siyəh zülfün nigarım məhcəmal üstə.
Töküb çin-çin siyəh zülfün nigarım məhcəmal üstə.Sanırsan sayə salmış əbri-zülmətdir hilal üstə.
Göz üstə oynadır əbrulərin misri qılınclartək,Misali-ləşkəri-hindu durub cəngü cidal üstə.
Nigahi-tünd ilə eylər cahanı məhv sərtasər,Tutar afaqi, gərdişdən qalar əmri-məhal üstə.
Məlamət daşların çox atma, sınmış şişədir könlüm,Nə hacət daş atırsan hicrdən sınmış səfal üstə.
Fələkdə ya bulud altında ulduzlar xəyal etdim,Və ya yarım töküb geysulərin ol qarə xal üstə.
Gəhi könlüm çəkər canan qəmin, gəh özgədən minnət,Nə möhnətdir, yağır bu binəvanın dalbadal üstə?
Xəyali-vəsli-dilbərlə yetirrəm ömrümü başə,Cahanda razıyam, Vahid, ölüm böylə xəyal üstə.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-tokub-cin-cin-siyeh-zulfun-nigarim-mehcemal-uste
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Səndən ayrıldığım on gün olsa da,Lakin hər günümü bir il sanmışam.
Dur səhər, ey saqiyi-can, bir qədəh mey sun bizəDur səhər, ey saqiyi-can, bir qədəh mey sun bizə,Gözlərin çünkim yedirdi, sehr edib, əfyun bizə.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
GörünməzGecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.