Salıbdır əbrtək zülfün o məh ruxsarinə sayə
Salıbdır əbrtək zülfün o məh ruxsarinə sayə,Səbəb oldur ki, qaranlıq çökübdür səthi-dünyayə.
Gözəl, mən eyləmə hüsnün tamaşasından eşq əhlin,Təzə ay başı, adətdir, baxarlar kim, yeni ayə.
Dəhanın sirrini, ey qönçələb, hər kimsədən sordum,Dedi, hər nabələd olmaz bələd elmi-müəmmayə.
Göreydi gər səni Yusif bu hüsnü bu vəcahətdə,Saleydi, kafərəm, meylin əgər bir də Züleyxayə.
Gözün cadu ilə qılmış könüllər bənd zülfündə,Salıb divanəvar eşq əhlini, ey şux, səhrayə.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-salibdir-ebrtek-zulfun-o-meh-ruxsarine-saye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sənin kimi, gözəlim, gülüzarımız vardır,Xəzanə dönməyəcək novbaharımız vardır.
Xalq arasında məni rüsva qılan bir yardırXalq arasında məni rüsva qılan bir yardır,Aləm içrə firqeyi-məhrulərə sərdardır.
Gözəlim, gül üzünə aşiq olanlar çoxdurGözəlim, gül üzünə aşiq olanlar çoxdur,Şəmtək atəşi-eşqində yananlar çoxdur.
Sənsiz, ey şux, mənim xoş güzəranım yoxdurSənsiz, ey şux, mənim xoş güzəranım yoxdur,Sən ki yoxsan, elə bil, cismdə canım yoxdur.
Başqa şairlərin şeirləri · Eşq
Dağılıb başımdan qəm ədaları,Cəhd ilə çalışsam, kamala gəlməz.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Qəzəl: Könül ixlas tutmaq bivəfa cananə müşküldürKönül ixlas tutmaq bivəfa cananə müşküldür,Həqiqət bilməyəndən dağ çəkmək cana müşküldür
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.