Şəbih
“Ey dad Şimr əlindən Fəryad Şimr əlindən! Köpək götürdü qaçdı
Bir cad Şimr əlindən”.
Məhərrəm ayının iyirmisi və ya iyirmi İkisi idi, xəyalımdan çıxıb. Oxucuların da əhvalına təfavüt eləməz... Nahardan sonra çıxıb özümü yelə verirdim. Xəstəxananın yanından bir şəxs çıxdı. Üzü sarıqlı, qoltuqlarında İki çəlik, qarğa kimi hoppana-hoppana mənə tərəf gəlirdi.
Yaxınlaşanda Ağayi Füzulüzzakirini tanıdım ki, qabaq mənimlə aşna idi və neçə dəfə səyahətdə bizim üçün öz segahları ilə, şurları ilə, xüsusən, bayatı-qacarları ilə ləzzəti-ruhani veribdir.
– Ağa, olmasın azar, bu nə halətdir sizdə görürəm?
Cavab verib dedi:
– Ayaq üstündə dura bilmirəm. Keyfiyyətim uzundur. Məni öz mənzilinə apar, orada söhbət edərik.
Ağanı faytona mİndirib gətirdim evə, dedim samavar hazır etsinlər. Özümüz keçdik otağa. Ağa buyurdu ki, samavar yaxşı şeydir, amma mümkün olsa idi bir az başqa boğaz isladan verəydin, bəd olmazdı. Ərz etdim ki, bitədarükəm, inşallah gələn dəfə düzələr.
Ağa papiros çıxardıb, yandırıb, İki yanıqlı qullab vurandan sonra bir ah çəkib dedi:
– Evim yıxıldı. Bu il mədaxildən düşdüm, yaxşı qazancım olacaq idi, Allah vermədi. Yəqin məsləhət belə imiş!
Dedim:
– Bunlar hamısı ötüşər, insana cansağlığı lazımdır. Yaxın əyləş, söhbətini başla!
Ağa özünü yaxına verib bir öskürdü, sonra başladı hekayəti:
– Ərz olsun sizin xidməti-şərifinizə, bu il bizim Ərdəbil şuluq olmağına binaən vaxtında özümü buraya yetirə bilmədim. Özünüzə məlumdur ki, mən də həmişə məhərrəm ayına bir ay qalmış Qafqaz məmləkətinə gəlirəm və vaxtında, oxumalı məscidləri müəyyən edirəm. Ona görə də Allah mömin qardaşlara bərəkət versin, ildə beş-on şahı qulbeçələrimə çörək pulu aparıram. Bu il məhərrəm ayına ancaq on gün qalmış Badkubəyə varid oldum. Təkyələri bir-bir gəzib, gördüm hər yerdə mərsiyəxan tutulub. Getdim Gəncəyə, olmadı. İstədim Irəvana, Naxçıvana tərəf gedim, məsləhət görmədilər; dedilər: “Gedərsən Molla Mahmud Çakərlə Şahtaxtılı oğlu o qədər vurarlar ki, bir belə də şişərsən”. Çox fikir edəndən sonra dedim: yenə Dəccalabad yaxşıdır. Oranın əhli həm mömİndirlər, həm mərsiyəxana ehtiram edirlər. Gəldim çıxdım Dəccalabada.
Məscidlərə getdim, mərsiyəxan hazır, təkyələrə getdim, həmçinin. Axtarıb bizim Molla Nəbiqulunu tapdım ki, çoxdan Dəccalabadda müqimdir. Ərbədildə arvadı ilə dalaşıb, dörd uşağı ilə qoyub gəlib. Dəccalabadda İki arvad alıb. Biri iranlı, o biri həmin yerli. Yaxşı oğlandır, allah öz pənahında saxlasın Dəccalabadda əmələyi-movtadan hesab olunur.
Çox danışdıqdan sonra Nəbiqulu məsləhət gördü ki, onunla birləşib Dəccalabadın meydanında şəbih çıxardaq. Baxdım gördüm ki, bu da bəd deyil. On üç gün şəbih çıxartsaq, azından altı-yeddi yüz manat ələ gətirmək olar. Mən də razı oldum.
Molla Nəbiqulu məktəb uşaqlarından bir dəstə düzəltdi. Başladıq şəbihi: “Vəfati-Səkinə”, “Tiflina-Müslim”, “Ricəti-üsəra” və sair müsibətlərdən gətirirdik. Yığılan cəmiyyəti görsəydiniz, təəccüb edərdiniz ki, pul göydən yağış kimi yağırdı. Bu minvalla məhərrəmin doqquzunu başa verdik.
Onuncu günü şəbihi şəhərin ətrafında, bir böyük kəndin yaxınlığında çıxarmağa başladıq ki, kənd əhalisi də feyzyab olsun.
O qədər camaat yığışmışdı ki, iynə atsaydın yerə düşməzdi. Molla Nəbiquluya dedim ki, bu dəfə sən Cəbrayıl şəbihi olacaqsan.
Bir uca ağacın baş budağına bir yeşiyi kəndirlə möhkəm bağlayıb Molla Nəbiqulunu əyləşdirdim yeşiyin içində və tapşırdım ki, İmam şəbihini şəhadətə yetirəndə ağacın başından uca səslə “qütiləl Hüseyn” deyib qışqırarsan. Özüm də bir sarı qoyun dərisindən tikilmiş kürkü tərsinə geyib bir damın içində gizlənmişdim ki, “İmamı” şəhadətə yetirəndən sonra gəlim meydana.
Şəbih başlandı. Əgər desəm qiyamət bərpa olmuşdu, inanın. Nəinki camaat, yerlər, göylər, ağaclar... hamısı, deyə bilərəm, səs-səsə verib nəvayə gəlmişdilər... Damın içindən baxıram, gözlərimdən yaş sel kimi axır. Şühəda bir-bir gəlib şəhid oldular. Axır növbət yetişdi İmam Hüseyn şəbihinə. Bu şəbih əlində qılınc meydana girəndə camaata bir vəlvələ düşdü ki, dil nəql etməkdən acizdir. “İmam” şəbihi şəhadətə yetəndə qulağımı verdim Nəbiquluya tərəf. Dedim: İndi “qütiləl Hüseyn” səsi oradan gələndə camaatın yarısı bihuş olub özündən gedəcək.
Bir də eşitdim bir şey top kimi partladı, camaat bir-birinə qarışdı. Qorxub başımı damdan bir az eşiyə çıxartdım ki, görüm nə əhvalatdır.
Gördüm yeşiyin ipi qırılıb. Molla Nəbiqulunu yeşiklə bərabər ağacdan uçub; düşüb Qasım otağının üstünə. Otaq əzilib, Molla Nəbiqulu “vay öldüm” deyib zarıyır. Camaat Molla Nəbiqulunu bir evə apardılar. Bir də eşitdim: bir ağsaqqal kişi qışqırır: “Atana lənət, ay İmam təziyəsinə şuluqluq salan!”
Camaat sakit oldu. Hər kəs çəkildi öz yerinə. Növbət mənə yetişdi ki, damdan çıxıb dörd əl-ayağımın üstündə meydana gəlim. Damla meydanın arası bir əlli qədəm olardı. Damdan, əynimdə tərs kürk, heyvan sifətində çıxan kimi kəndin bir sürü itləri tökülüb üstümə başladılar məni dartışdırmağa. Axır neçə nəfər əliağaclı gəlib məni itlərin ağzından qurtardılar və haraya gəlincə itlər məni bu gördüyünüz halətə saldılar. O vaxtdan xəstəxanada yatıram. Aldığım pulların çoxusu xərc olub. İndi Allah bilir, nə vaxt sağalıb vətənə qayıdacağam.
Ağa sözünü qurtardı. Qulaq asıb dedim:
– Türk məsəlidir: “Dost yolunda çovğun olar, qar olar”. Nə eybi var, İmam yoludur; İmam özü fəryadına yetər.
Ağa “Allaha pənah” – deyib çay içməyə başladı.
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-sebih
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həsən kişinin evi. Ortalıqda ocaq yanır. Küncün birinin qabağına çətən çəkilib,*divarlardan torbalar asılıb. Bir küncdə iki-üç dəst yorğan-döşək yığılmış. Həsən kişinin*
Üçünücü pərdəSəhnə iki parçadır: solda Cahangir ağanın evində bir otaq, sağda kənd meydançası.*Kəndlilər yolda o yan-bu yana ötürlər. Neçə nəfər kəndli, evin girəcəyində pillə üstündə*
Dördüncü pərdəToy məclisi. Böyük bir otaqda kəndlilər halə vurub əyləşiblər. Yuxarı başda toybaşı*əyləşib, fərraş, əlində çubuq, ortalıqda dolanır. Balabanlar çalğısı təqibi iləşamlarla*
Beşinci pərdəBir kənddə Dairə icraiyyə komitəsi. Bir masa rubəruda sədr üçün və birisi də sağ tərəfdə*katib üçün qoyulmuşdur. Masaların yanında neçə taburet və divar boyu skamyalar*
Başqa şairlərin şeirləri
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram