Ömür günlərim kimiAğlı, qaralı şerim,Tərlan havalı şerim.Ürək uçur aramsızKönül rahatlığımıMəndən alalı şerim.

Sən büllursan, incisən,Qəlbimin sevincisən.Təbrizimin kədəri,Dərdi, məlalı şerim,Gəlin həyalı şerim.Qəlbimin həzin səsi,Körpəmin nəfəsisən.Azadlıq təranəsi,Qurtuluş nəğməsisən,Bahar havalı şerim,Elli, obalı şerim.

Gəzmisən hər oylağı,Sinəndə hicran dağı.Xəzana düşsən də sən,Olma xəzan yarpağı,Zirvəsi ildırımlı,Dağlı, qayalı şerim,Ucalt yüksəkliklərəFikri, xəyalı şerim.

Kükrətsin sellər səni,Yaşatsın illər səni,Qoymaram damğalasınHər acı dillər səni.Qaynar həyatlı şerim,Durna qanadlı şerim.

Meylimi bu dünyadaSənə saldım bircə mən.Səni duyğularımdanToxumuşam incə mən.Sevinmişəm alovluEşqinə düşüncə mən.Dolan buludlar kimiHərdən qaralı şerim.Yersiz qüssə, ələmdənDərddən aralı şerim.

Məni həyat yolundaHəmişə ucaltmısan.Alçaltmaram səni mən,Alçalmaram heç zaman.Şerim, çəkinmə bir anDöyüş fırtınasından.Bahar havalı şerim,Elli, obalı şerim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri