Şerimə

Mənə özümdən yaxın,Görən gözümdən yaxın.Mənə doğma balamdan,Şirin sözümdən yaxın.Mənə özümdən yaxın.

Duzumsan, çörəyimsən,Arzumsan, diləyimsən,Sən elə ürəyimsən.Mənə canımdan yaxın,Ürək qanımdan yaxın.

Taqətimsən dizimdə,Gur işıqsan gözümdə,Elə sənsən özüm də.Mənə özümdən yaxın,Görən gözümdən yaxın.

Neylərdim olmasaydın,Dərdimə qalmasaydın,Bir şirin şərab kimi,Qəlbimə dolmasaydın.Bəxtiyarlığım da sən,Elə varlığım da sən.

Qəlbimin sənsən səsi,Doğmalarım əvəzi,İtkilərim əvəzi,Mənə balamdan yaxın,Yaxın sonamdan yaxın.

İlk məhəbbətim də sən,Könül həsrətim də sən,Eşqim, ülfətim də sən.Mənə özümdən yaxın,Görən gözümdən yaxın.

Məni hamı atsa da,Sən atmazsan dünyada.Unutmazsan dünyada.Sənsiz mən yaşamazdım,Bilir bunu dünya da.Mənə canımdan yaxın,Ürək qanımdan yaxın.

Ellərimə etibar,Yenə sənsən, yenə sən.Mənə olan havadar,Yenə sənsən, yenə sən.Mənə balamdan yaxın,Mənə havamdan yaxın.

Mətinsən, səbirlisən,Qızılgül çətirlisən.Sən röya ətirlisən.Yanımda sən hamıdan –Hamıdan xətirlisən.Mənə özümdən yaxın,Görən gözümdən yaxın.

Səninlə bölüşürəmDərdi dərdli çağımda.Səninlə görüşürəmGülşənimdə, bağımda.

Qaynayıb qarışıramAranımda, dağımda.Mənə özümdən yaxın,Görən gözümdən yaxın.

İnciməsin sevgilim,İnciməsin anam da,Sənsən mənim öz gülüm,Gözəl, nazlı sonam da.Suyumdan, çörəyimdən,Arzumdan, diləyimdənMənə havamdan yaxın,İsti yuvamdan yaxın.

Sənintək bu dünyadaBir vəfalı tapılmaz.Sənsiz hicran həsrətiÜrəyimdən qapılmaz.Mənim havadarımsan,Gözəl dünyalarımsan.

Sən Araz havalısan,Sən hicran nəvalısan.Sənsiz yaşamam inan,İnan sənsiz köçmərəm –Sənsiz qoca dünyadan.Mənə özümdən yaxın,Görən gözümdən yaxın.

Sən qüvvətsən dizimdə,Bir dünyasan gözümdə,Elə sənsən özüm də.Mənə özümdən yaxın,Görən gözümdən yaxın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri