Ətrin bənövşə ətrinə bənzər, sevimli yar,Hicranda şəmtək ürəyim od tutub yanar.Bağrım fəraqdan alışır lalə bağrıtək,Yoxdur həyat bağında sənintək gözəl çiçək.Könlüm apardı, ovçumudur, söylə, gözlərin?Sehirmi, cadugərmi məgər dadlı sözlərin?Bir dağmı, yoxsa ki, ucalan sərv qamətin?Gəlsin rəqib, ta ki görə bu qiyamətinGöylər şəfəq saçanda səhər, axşam ey pəri,Seyrə çıxanda ay kimi bu doğma çölləri,Boylan bizim pəncərədən, boylan, ey mələk,Yoxdur həyat bağında sənintək gözəl çiçək.

Gəl, gəl, gözün fədası olum, bir də gəl yenə,Mən qəmlənəndə, körpə kimi bir də gül yenə.Qəlbimdəki döyüşlərimin qəhrəmanı sən,Göylər qucan xəyalımın əvvəl nişanı sən.Sənsiz necə ömür sürərəm, sənsiz, ey nigar?Ətrin bənövşə ətrinə bənzər, sevimli yar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq