Bir gül bitirmişdi ilk bahar mənə,Axşamdan sabaha durmadı, getdi.Bir ürək vermişdi ruzigar mənə,Həyatda iki gün vurmadı, getdi.

Şimşəktək havada alışıb keçib,Möhnət şərbətini qəfildən içib,Özünə bir könül həmdəmi seçib,Bir şadlıq məclisi qurmadı, getdi.

Bəxt yatıb müsibət ayaq üstədi,Kədər dalğa-dalğa, dəstə-dəstədi.Düşmədi yatağa, deyək: – Xəstədi!Atanı, ananı yormadı, getdi.

Hər kəsə məhəbbət bəsləyən Arif,– Darıxdım, yanıma gəl! – deyən Arif,Məni hamıdan çox istəyən Arif,Bu dəfə halımı sormadı, getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar