Balaca xatun
Səhifə 2 / 2 · 50%
Mələkə isə təslim olmaq istəmirdi:
– Xəlifə Cəfər ibn Mənsuru Marağa şəhərini öz qızına, Xəlifə Harun ər Rəşid də Varsan şəhərini öz qızına bağışlaya bilərdilər, amma sən Naxçıvanı öz qızına bağışlaya bilməzsən?
– Özün dedin ki, onlar xəlifə qızları idi...
– Nə olsun?.. Cəlaliyyə də Cahan Pəhləvanın qızıdır... Ataboy-əzəm kimi mötəbər bir hökmdarın nəvəsidir! – Zahidə xatun sözünün üstündə möhkəm dayandı.
– Mənim mələkəm bilməlidir ki, – Cahan Pəhləvan güzəştə getdi: – Naxçıvan nə Marağadır, nə də Varsan... Naxçıvan çığamış¹ şəhərdir.
Bizim atabəylər dövlətinə tabe olan şəhərlər içərisində onun xüsusi mövqeyi var... Onu gündə birinin adına yazmaq olmaz... bütün bunlara baxmayaraq mən çalışaram ki, məsələni bizim əziz qızımızın xeyrinə həll edim...
– Bəs nə vaxt? – Zahidə xatun bu dəfə çox ərköyün-ərköyün xəbər aldı.
– Məqam çatanda. – Cahan Pəhləvan mələkəni inandırmağa çalışdı: – Mən hələlik xilafətlə çiling – ağac oynaya bilmərəm, Zahidə. Taxta təzə oturmuşam, özü də qəyyumun çiynimin üstünü kəsdirib. O ki, qaldı Arslan şaha, bir ananın döşündən süd əmsək də, ögey qardaşıq... Mömina xatun ana da sağ deyil ki, bərk ayaqda ilkini sakitləşdirsin. Macal ver fürsət əldə edim, hər şey olacaq. Sən istəyən kimi olacaq. – Cahan Pəhləvanın sərt sifətində yenə ötəri bir təbəssüm göründü.
¹ Əzəmətli qala divarlar içərisində Ərinin belə təbəssümü mələkənin əzəldən xoşuna gələrdi. Bu dəfə bu ürəyinə yatdı, hirsi soyudu və başqa bir məsələyə maraq göstərdi:
– Bəs rəis barədə tədbir görməmiş yola düşəcəksən?
– Hələlik, hə.
– Sən bilirsən ki, o bel bağlamalı adam deyil?
– Bilirəm.
– Bəs nəyi gözləyirsən?
– Sənin sualların bir-biri ilə əlaqədardır. Rəisin xilafətdə arxası möhkəmdir. Onu atabəy-əzəmin razılığı ilə sultan özü rəis təyin edib. Həm də xəlifə onu şəxsən tanıyır və ona rəğbət bəsləyir. Hər halda, mən bunu da nəzərə almalıyam. Və mən bir hökmdar kimi heç kimdən asılı olmayanadək, başa düşürsən, heç kimdən asılı olmayanadək... Çox ehtiyatla, çox səbrlə hərəkət etməliyəm.
Zahidə xatun ərinin eyhamından nə isə başa düşdüyü üçün daha diliuzunluq etmədi.
– İndi də mələkəm məni bir məsələdən agah eləyin... Neçə vaxtdı soruşmaq istəyirəm, amma xatirimdən çıxır. İnanc xatun mən Həmədanda olmayan aylarda özünü necə aparırdı?
Zahidə xatun başını sol çiyni üstünə əyib, diqqətlə ərinə baxdı:
– Kişi günüsü barədə övrətinə belə sual verməz... Axı mənim dediklərimə inanmaya da bilərsən.
– İnanaram... Sən mənim sualıma cavab ver.
Zahidə xatun ərinin səsindəki sərtliyi dərhal hiss etdi və bircə kəlmə söz dedi:
– Pis!
– Niyə?
– Nə bilim.
– Yoxsa yenə inad yeridir.
– Nə vaxt yetirməyib ki?
– Yaxşı!.. Qarğa yumurtasında heç vaxt bülbül çıxmaz...
– Onda niyə əncam çəkmirsən? – Zahidə xatun fürsəti fövtə vermədi.
– Xəlifə nəvəsidi... Siyasət lazımdı...
– Burda nə siyasət?
– Siyasət hər yerdə, hər şeydə gərəkdir... Rəyasət sahibləri üçün isə siyasət bir qiblənümadır¹.
¹ Kompas
Zahidə xatun daha söz tapmadı deməyə. Söz tapmadı deyəndə ki, ərinin yenə özünü saray sahibi kimi aparması ürəyinə yatmadı. Buna görə də başqa söhbətə keçdi:
– Sərdabənin özülünün qoyulması mərasimin nə vaxt keçirmək niyyətindəsən?
– Gələn həftənin şənbə günü.
– Bizi nə vaxt yola salacaqsan?
– Mənimlə gedəcəksən... Sizi Urmiyadan yola salacağam Həmədana. Özüm qoşunla dönəcəyəm Təbrizə.
– Allah-təala sənə yar olsun, Cahan! – Zahidə xatun birdən dua elədi, nəzərlərini ərinin sifətinə dikib nəsə demək istədi, ancaq deyə bilmədi, başını aşağı saldı, çənəsini sol çiyninə söykəyib durdu.
Elə bu vaxt Cəlaliyyə öz otağından çıxdı və gəlib atasının boynunu qucaqladı.
– Ana, dedi, sən narahat olma və bir az səbr elə, mənim atamın adı Eldəgəzlər xanədanının ən müqtədir, ən ağıllı hökmdarı kimi tarixə düşəcək...
Kənizlər içəri girib hökmdar üçün hamamın hazır olduğunu bildirməsəydilər ərlə arvadın söhbəti bəlkə də uzun çəkəcəkdi...
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-ibrahimov-esrin-onda-biri-balaca-xatun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cahan Pəhləvan anası Möminə xatunun xüsusi kərpicdən hörülmüş hasarın içərisindəki məzarını ziyarət etdikdən sonra saraya təşrif gətirdi və yuyunub dincəldi. İlk sərəncamı bu oldu ki, Naxçıvan əhli gərək atabəy-əzəmə təzədən üç gün matəm saxlasın. O, bunu bir hökmdar kimi deyil, bir oğul kimi özünə borc bildi. Və şəhər rəisindən, saray ərkanından hökmdar kimi deyil, bir Eldəgəz övladı kimi, dünənki hakimin vəliəhdi kimi rica edir ki, bunu şəhər əhlinə başa salmaq, onlara izah etmək üçün lazımi adamlara tapşırıq versin. Qoy şəhər camaatından bilməyənlər də bilsinlər və agah olsunlar ki, Şəmsəddin Eldəgəz qəfləfən vəfat edəndə onun böyük oğlu Reydə olub, dövlətin mühüm tapşırığını yerinə yetirməyi yarımçıq qoyub Naxçıvana qayıda bilməyib.¹ Naxçıvanda indi Qurdlar məhəlləsi kimi tanınır.
Baş şəhərCahan Pəhləvan Eldəgəzlər xanədanına tabe olan bütün şəhərlərdən ən çox Naxçıvanı xoşlayırdı. Doğrudur, onun üçün Təbriz də doğma idi, Gəncə də, Beyləqan da əziz idi, Həmədan da, Ərdəbil də gözəl idi, Şabran da... ancaq Naxçıvana xüsusi diqqət yetirirdi.Böyüyəndən sonra onu da bilmişdi ki, bu yerlər çox-çox qədimdən insan məskəni olub. Bəzi din xadimlərinin fikrincə Nuh peyğəmbər bir vaxtı buranı özünə dayanacaq edib, hələ deyirlər ki, buralara Zərdüştün ayağı dəyib, Dədə Qorqudun buralarda ayaq izləri qalır... Onu da öyrənmişdi ki, Naxçıvanı Sasani hökmdarı Xosrov Əlişirəvan bina edib, şah Bəhram Gur abadlaşdırıb, Turan hakimi Əfrasiyab isə onu şəhərlər cərgəsinə qoşub. Bundan sonra Naxçıvan “Beşinci iqlim şəhəri” kimi tanınıb, yunanlar ona Naksuana, ərəblər Nəxcəvan deyiblər. Bəhram Sasani isə bu yerləri “Şikargah”¹ adlandırıb.
Söz sözü gətirər...Əcəmi evə çox yorğun gəlmişdi. Müəzzinlər şəhər camaatını məscidlərə günorta namazına dəvət edəndə o da evə qayıtmışdı.Bir az keçməmiş dəbir darvazanı açıb həyətə girdi. Salamlaşdılar. Ev sahibi yanındakı qamış kətili dəbirə tərəf itələdi, o da əyləşdi.
Bu xatirə də Əcəmi dilindəndirDarvazanın çaxçaxını üç dəfə döydüm, əhəmiyyət verən olmadı. Bu həyətdə də ud çalırdılar... Bir də döydüm. Udun səsi birdən kəsildi. Qapının arxasında ayaq səsləri eşidildi: “Kimdir?” Sualı verən Zəhra idi, cingiltili səsindən tanıdım. “Mənəm... Özgə adam deyil... Qapını aç Zəhra”, Cariyə qız adını eşidən kimi qapının cəftəsini yuxarı qaldırdı. Qapı açılan kimi özümü içəri saldım. Zəhra qəsdimi bilib məni arxayın etdi: “Şeyx evdə yoxdu...” Xəbər xoşuma gəldi:”Bu ki oldu nurələnnur...” Başa salmaq üçün dedim: “Bir gün sənə “nurələnnur” barədə danışaram...” Zəhra zarafata keçdi: “Kişisiz evlərə gəlməyi haçandan öyrənmisiz, usta?” Söz məni tutdu: “Mən səni kişi qeyrətli qız bilib gəlmişəm... Şeyx evdə olmasa, qız ki, evdədi... Sözüm var... Sözüm var deyəndə ki...”Bu anlarda elə bil tamam başqa bir aləmə düşmüşdüm. Hökmdar üçün hazırladığım hədiyyəni gətirəndə darvazada əş-şeyx ər-rəislə qarşılaşdığıma görə onun həyətini görməmişdim. Hatib ibn Mübarəkin verdiyi haqqı könülsüz alıb kor-peşiman geri qayıtmışdım... Zəhmət haqqımı bir həftə cibimdə gəzdirəndən sonra bir bəhanə tapıb yenidən bu həyətin darvazası qabağında peyda olmuşdum... Bu dəfə heç bir təklif gözləmədən astanadan adlayıb içəri girmişdim. Əş-şeyx ər-rəisin nə gözəl həyəti var idi! Burada gül-gülü çağırırdı, bülbül bülbülü... həyətə elə bil üstünə buta, zanbaq, nilufər, qərənfil işlənmiş xalı salınmışdı. Üzüm tənəkləri talvarın üstünə sərilib həyəti çətir kimi tutmuşdu. Talvarlardan sallanan qəfəslərdəki bülbüllərin, kəkliklərin, qumruların səsləri bir-birinə qarışmışdı, həyətin ortasındakı böyük tut ağacının altında səliqəli bir bənnanın işi olan fəvvarəli hovuzdakı ayna kimi duru suda balaca balıqlar üzürdü. Bir ucu tut ağacına, başqa ucu cavan söyüdə bağlanmış kəndirdən asılan yelləncəkdə Dəryanur rahat-rahat uzanıb mürgü vururdu. O, məni hovuzun başında görən kimi: “Zəhra, Zəhra!”-deyərək özünü yığışdırmaq istədi. Cariyə qız cəld onun yanına qaçdı, kömək edib onu yelləncəkdən düşürdü. Başım hərləndi, həyətdəki güllər də, çiçəklər də elə bil əriyib bir anın içərisində yox oldu, quşlar səsini kəsdi, fəvvarələrin suyu qurudu...