Səhifə 1 / 3

Gülənov nə vaxt ayağa qalxdı, hara getdi, niyə getdi? “Yoldaş Səmədi” gündüz “çörək kəsməyə” çağırıb, axşamısı burda neştər çıxardan Qudalı ağsaqqalı, Qıllısı, Piylisi və it xılı məhləsinin gur dəstəsi ilə hara rədd oldu? Səməd bunların heç birini bilmədi. Sədr Mədədin Bircə balası ilə Qonaqlı cəmaatının yeddi il səkkiz ay ayrılığından sonra birdənbirə elə görüş vulkanı püskürmüşdü ki, bu vulkanın gözündə Sudüşən, Hacehsan çəmənlərinin axşam sərinliyindən, moy, mixək ətrindən, kəpənək, qaranquş qanadlarından, doğma səslərdən və isti nəfəslərdən başqa heç bir zir-zibil yoxdu: Səmədi qolları ilə yox, Sudüşənin, Hacehsanın axşam sərinliyi ilə qucaqlayırdılar, alnından, yanaqlarından dodaqları ilə yox, kəpənək, qaranquş qanadları ilə öpürdülər, öpəndən sonra üzünü kəlağayılarının, qıymaçalarının ucları ilə yox, moy, mixək ətri ilə silirdilər, qucaqlaya-qucaqlaya, öpə-öpə dediklərini də adi səslə yox, ən gözəl mahnıdan da gözəl mahnı ilə deyirdilər:

– Mədədimizin balası, Mədədimiz! Umudumuzu sənə bağlamışıq, ay umudumuz! Dizimizə dirək gətirdin, ay dirəyimiz! – deyirdilər.

– O vuran əlini ver, ürəyimizin üstə qoyaq, ürəyimiz toxtasın, ay ürəyimiz! Lap körpəlikdən haqq-ədalət əlidi sənin əlin, ay ədalətimiz! – deyirdilər.

– Bilirdik ki, sədrimizin qisasını sən özün alacaqsan. Kişiliyi olanlarda da kişilik, namus, qeyrət qoymayıblar, a namusumuz! Ay qeyrətimiz! – deyirdilər.

– Səndən başqa heç kəs öhdəsindən gələmməzdi Xaş nəçənniyin! Dana, buzov qoymayıb kənddə. Həyət-bacamız bərəkət tutar bundan sonra, a bərəkətimiz! – deyirdilər.

– Böyüklü-kiçikli, oğullu-qızlı, hamımız yolunu gözləyirdik. Sən gələn yollara qurban, a Koroğlumuz! Daha heç yana buraxmarıq səni burdan! – deyirdilər.

Və bu mahnının sonu yoxdu...

Arada Səməd Təftişlə Möhsün kişinin səslərini də, atının belində, çiyni qoşalüləli gəlib-gedən Qılıncın səsini də eşitdi; Təftiş kənardan-kənara, qəzəbli-qəzəbli: – Ay cəmaat! Bəsdi, ay cəmaat! Buraxın onu görək nə çarə qılırıq başımıza! Xalıqı Qurbanın əlindən alıb Bezobraziye! Qan tökülür! – dedi, Möhsün kişi də açıq narazılıqla: – İşin kökü dərindədi, ay uşaq. Bu xəmir hələ çox su aparacaq! – dedi; Qılınc isə atı birbaş quyunun üstünə, qız-gəlinin arasına sürüb:

– İt xılı qudurub! Ehtiyatlı ol! Sultana zəng vurdum, özü gəlir. Ancaq gözlə özünü! Belə getsə, tutacaqlar səni! – dedi, əmma bunların heç biri mahnının ahəngini pozmadı.

Çadırın bərabərində, Ortayolun sağında, çəpər arxasında Əlləzoğlunun evinin qamış damı bozarırdı. Yol boyunca qara hasar kimi uzanan çəpərin qurtaracağında nə vaxtsa şumlanıb, elə şum qalıb bərkimiş əkin sahəsinin ortasında, şax budaqları mal-heyvanın ağzında getmiş beş-altı qırıq-qırtıq ərik, şaftalı ağacının arasında Lüt Cəfərin yastı damlı çiy kərpic evinin suvağı tökülmüş divarı bozarırdı. Bəriyə – yola baxan tək pəncərə də, aşağıya – Əlləzoğlunun çəpərinə baxan iki pəncərə də, qapı da bağlı idi. Yolun solundan – Xəlvətin həyətindən vuran gur işıqda, o bərkimiş şumla qırıq-qırtıq ağaclar da, qapı-pəncərəsi bağlı evin suvağı tökülmüş divarı da sahibsizlikdən, yoxsulluqdan xəbər verdi. Səmədin Cəfər əmi – Lüt Cəfər barədə eşitdiyi, bildiyi faciədən əlavə, Ayna bacı barədə daha bir “Dumaboğaz elqızı”nın dərdini danışdı. Əmma, bu da mahnının ahəngini dəyişdirmədi, çünki “Mədədimizin balası, Mədədimiz” deyən gözəl mahnının özü də kədərlə dolu idi; Ortayolun çala-çuxurunda arabaların taqqıltıları, cırıltıları içində aramsız ötənlərin mahnılarını dinlədikcə qəhərini necə udurdusa, Səməd o şuma, ağaclara, divara baxanda da qəhərini eləcə udub, ətrafına boylandı.

– Bəs Ayna bacı hanı? Niyə görmürəm?

– Görəcəksən. Onu da görəcəksən, a Mədədimiz! – dedilər.

– Ölməyib Ayna bacın! İnsanın üzü daşdan qayımdı, – dedilər.

– Məhərin budkasının qabağında obaşdandan gecə yarıyacan vaqonların ayaqlıqlarına baxır. Gözləməsi çoxdu, – dedilər.

– Qardaşı Yusif kənddən üz döndərib, Şənbənin şəhərdəki evinə girib, rayonda. Onu da sizə qatır, səhərdən axşamacan alça sata-sata mələyir orda. Gecə də mələyə-mələyə qayıdır! – dedilər.

– Quru taxtaya dönüb. “Öldür məni, ya rəbbim!” – deyə-deyə yumruğunu sinəsinə çırpanda sinəsi taxta təki taqqıldayır! – dedilər.

Və bu mahnının arasında bir ad çəkdilər: Cəfər əminin sonbeşik qızı Dinarənin – Dinişin adını...


Cəfər əmi – Lüt Cəfərin qızları bir yaş, yaş yarımda bir-birinin üzlərini görmüşdülər. Yəni çox südəcər doğulmuşdular, hamısı da Ayna bacıya çəkdiyinə görə bir-birindən seçilmirdilər. Üstəlik, böyük qız Dilarədən – Dilişdən başlamış, sonbeşik Dinarəyə – Dinişə qədər, səkkizinin də adı “D” ilə başlayıb, “arə” ilə qurtardığına görə adları da qarışırdı və bütün kənddə cəmisi on-on beş adam bilirdi ki, Dilarə – Diliş hansıdır, Dinarə – Diniş hansıdır.

O on-on beş adamdan birincisi, yəni Cəfər əmi – Lüt Cəfərin qızlarına ən çox bələd olan isə Bircə bala “Dəli Səməd”di.

Bu ərik, şaftalı ağaclarının ağ, çəhrayı çiçəklərlə bəzəndiyi vaxtlarda Cəfər əmi arı pətəklərinin qapağını qaldırıb uzun burnunu sallayıb, “canındakı revmatizmi müalicə eləməkdən ötrü özünü arıya vurdurandan” sonra bir-iki gün həyətdən bayıra çıxmırdı. Haman günlərdə qızların cingiltili gülüşləri gedib “Dəli Səməd”ə də çatırdı və Səməd öz daimi dəstəsi ilə – Yusif kimi gözəl Yusiflə, Qaraçı gözəli və Gülbənizlə birlikdə dərhal o gülüşə gedib görürdü ki, Cəfər əmi qurşaqdan yuxarı çılpaq bədənini döşəkağına bürüyüb, başına da Ayna bacının kəlağayısından, şaldan-zaddan bir şey salıb, duvaqlı gəlinsayağı örtünüb, divarın dibində – günəqarşıda oturub. Qızların səkkizi də ayaqqabını çıxarıb, evin sağ-sol tərəflərindən pişik yerişi ilə gedib, gah kəlağayını, şalı, gah da döşəkağını birdən çəkib aparırdılar. O cingiltili gülüş də bu vaxt qopurdu. Çünki “özünü arıya vurdurandan” sonra Cəfər əminin arıq, nazik sifəti şişib bir ləyən qıcqırmış xəmirə dönürdü, burnu daha da uzanıb batıq dodaqlarının üstündə dururdu, qabırğaları sananan quru taxta bədənində döşləri “məmə”yə çevrilirdi. Qızları ən çox güldürən, əyləndirən isə bu idi ki, kəlağayı, ya da şal üzündən, döşəkağı bədənindən gedəndə uşaqların əyləncəsini oyuna çevirmək, gülüşlərini şaqqıltıya çevirmək üçün Cəfər əmi artistliyə başlayıb “qəzəblənir”di: “Bu saat hamınızı soyundurub, arını canınıza daraşdıracam” – deyib guya, gözləri şişib qapandığına görə kor kimi əllərini qabağa uzadıb, evin dövrəsində fırlanırdı. “Dəli Səməd”lə Yusif və Gülbəniz də bu oyuna qoşulub, böyür-başdan Cəfər əminin “məmələri”ni, sallaq burnunu çəkişdirib, qızlarla birlikdə qaçışmağa başlayırdılar. Bu oyunda uşaqlardan ancaq ikisi iştirak eləmirdi. O ikidən biri Qaraçı gözəli idi; ağacların çiçəklərinin altında, yerə səpələnmiş ağ, çəhrayı ləçəklərin arasında oturub, başını yana əyib tamaşa edirdi. Səməd gedib əl-qolundan çəkişdirəndə “Ayıbdı, Cəfər əmi çılpaqdı” – deyirdi. Oyunda iştirak eləməyənin ikincisi isə Cəfər əminin sonbeşiyi Dinişdi. Əsil oynamalı, gülməli vaxtı olsa da, nə isə çox fağırdı, eyni ilə Qaraçı gözəli kimi, başını yana əyib tamaşa eləməyi daha çox xoşlayırdı.

Qırx-qırx birinci illərdə və hətta “Lüt qabırğalarını qospitalda qoyub qayıdanda” – müharibə vaxtı da Cəfər əminin həyətində belə oyunlar olurdu və balaca, fağırca Diniş də elə orada – ağacların altında Qaraçı gözəli ilə yanaşı oturub, fağırlığında qalırdı.

Müharibədən sonra, qırx altıncı ilin yayında “Torksin” mağazası açılmışdı. O vaxt kənddə dükanda işləyən Qudalı Qayıma, sonrakı ofisiant Qayıma, indiki “Qudalı kassiri” Piyli Qayıma da “Torksin malı” – ipək vermişdilər ki, müharibədən “trafeya qızılı” gətirənlərə satsın. Əmma bədbəxtlikdən, Qonaqlıdan gedənlərin çoxu “qırılan diviziya” deyilən diviziya ilə birlikdə qırılmışdı. Qayımın “torksin malı” satdığı günlərdə cəmi iki əsgər gəlmişdi. Biri o vaxtkı Komsomol Məleykənin, indiki raykom katibi Məleykə Muradovanın qardaşı idi – o vaxtkı Əkə Murad, indiki “xüsusi qrup üzvü” Murad Muradovdu, ikincisi indiki Dam direktor Ələsgər müəllimdi ki, onların da “trafeya”sı-filanı yoxdu. Bütün kənddə ikicə adam – Xəlvət Rəhim, bir də Qayım özü hardansa “trafeya qızılı” tapıb, Qudalı məhləsində gəlinləri, qızları qırmızı-yaşıl ipəyə bürümüşdülər. Bu vaxt “Dəli Səməd”in on altı yaşı vardı, “əzələlərini daşlaşdırdığı” çağların dalaş-davalı qayğıları Cəfər əminin qızlarının oyunlarını unutdurmuşdu. Qızlar özləri də, Ayna bacı kimi xırda sümüklü olduqlarına baxmayaraq, nisbətən böyümüşdülər və Cəfər əminin haman “qırılan diviziya”da qırılanların evlərindən yığıb evinə doldurduğu yetimlərə qulluq elədiklərinə görə susqunlaşmışdılar. Sonbeşik Diniş isə, məktəbə ayaq basdığı gündən birdən-birə üz açıb, dalaşqan və qara-qışqırıqçı olmuşdu. Məktəbdə hamısı qabaq partalarda oturan Qudalı qızları ilə saçyolmasına çıxırdı, Ayna bacının “cana-qana gətirməkdən ötrü gah yağ yaxması, gah da qoqlu-moqlu” yedirtdiyi yetimlərlə cırmaqlaşırdı ki, “Mən də torksin donu istəyirəm!” Məktəbə və ya idarəyə gedəndə, məktəbdən və ya idarədən qayıdanda “Dəli Səməd” Cəfər əminin evindən həmişə Dinişin çığırtısını, boğazını yırta-yırta hönkürdüyünü eşidirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Süleyman padşahın xəzinəsi 9

Səməd səndələyirdi. Əmma beyni açıq idi. Əmisinin ardınca gedə-gedə, bayaqkı müəmmalı qandan, ocaq, tüstü qoxusundan içərisinə necə üzüntülü, qat-qarışıq hisslər dolduğunu, eyni zamanda bu hissləri cilovlamaq üçün indi bir o qədər çətinlik çəkmədiyini bütün aydınlığı ilə başa düşdü. Qırmızı tuf daş binanın pillələrini qalxanda, özünün düşündüyü kimi “əməlli başlı toxtamışdı”. Qəbul otağında dörd divarın dördünün də dibində sıx cərgə ilə düzülü stullardan çesuyçalılar bir nəfər kimi gurultu ilə ayağa qalxdılar. Bu gurultuda gizlin məna vardı: birbaş dermantinli qapıya gedən əmisinin ardınca yeriyib heç kəsə baxmasa da, Səməd hiss etdi ki, həbs xəbərini burda da eşitmişdilər və teleqramdan sonra yarımallah olan Sultan Əmirlinin bu dəfəki qələbəsindən sarsılmışdılar, məhz buna görə də, stullardan dik atıldılar, qısıq, müti, rəzil qullara çevrildilər. Pıçıldaşıb, “Kişi, Kişi” dedilər.Qısıqlığı, qorxaqlığı, mütiliyi, rəzilliyi Səməd dermantin qapının sağında, küncdə dayanmış üç nəfərin üzündə daha aydın gördü. O üç nəfərdən – Xudiyev dəstəsindən birincisi prokuror Sayılovdu. İkincisi milis rəisi Gülənovdu. Üçüncüsü RİK Atamalı idi.

22 dəq
Süleyman padşahın xəzinəsi 10

Yoxluq, heçlik içində bir qaraltı göründü. Səmədə elə gəldi ki, düz bu yana gələn qaraltı kim isə Sultanın adından gəlir. Əmma qaraltının böyründə “Pobeda” maşını görünüb faraların qəfil parlayan gur işığında o “qaraltı”nı zərli paqonlarında üç iri qırmızı ulduzu işıldayan bəstəboy, dolu, möhkəm, gözəl bir oğlana çevirdi. Axsaya-axsaya, bir yanının üstünə çökə-çökə, sürətlə yaxınlaşıb, sol əlini tənziflə boynundan asılmış sağ qolunun altından çəkib, iri, qabarlı pəncəsini Səmədin qarşısında geniş açıb:– Salam, əzizim. Mən Saşayam, – dedi.

18 dəq
Süleyman padşahın xəzinəsi 11

Hardasa kim isə heybətli səslə bağırırdı:– Korsunuz?!. Görmürsünüz?!.

46 dəq
Süleyman padşahın xəzinəsi 12

Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, hələ müharibədən əvvəl, Sultan Əmirli ilə Mədəd Əmirlinin “tərcümeyi-hallarını gizlətdikləri” barədə söz yayıldığı və “şeyx qardaşlarının əleyhinə kompaniya” başlandığı vaxtlar gecənin birində Bakıdan Sultan əminin yanına sadə görkəmli, çopur üzlü, “Müəllim” kliçkalı cavan bir çekist gəlib xəbər veribmiş ki, Mirqəzəbin şəxsən özünün sərəncamı ilə, Gülənovla Sayılovdan və RİK Atamalıdan ibarət “üçlüyün” başçılığı ilə iki qardaşın ikisinin də evində axtarış aparılmalıdır; Şeyx Ağ Əmirlə, Şeyx Boz Əmirlə və ümumən o taydakı “Muğanna”larla – UluBağlılarla əlaqələrinə və “Kainat Elmi”nə – SafAğ Elminə aid bircə parça kağız, məktub, şəkil-filan tapılsa, bu da bəsdir ki, qardaşların sinfi mənsubiy-⁷⁴ “Şeyx Xorasan” Naxçıvanda, Əlincə çayının qırağında, Xanəgah kəndinin yaxınlığında dəfn edilmiş məşhur “Yarı Pünhanın” – SafAğ Aliminin gizlin adlarından biridir. Müxtəlif adlar altında müxtəlif məkanlarda müxtəlif qiyafələrdə olmaq Ulu Bağ ƏsƏlMənin (“Süleyman”ın, “Solomon”un) həyat təcrübəsindən götürülüb hər yerdə tətbiq edilirdi. yəti təsdiqlənsin; Elmə heç dəxli olmayan təriqətlərə və ümumən köhnə dünyaya aid bircə kitab, əlyazması-filan tapılsa, bu da bəsdir ki, qardaşların siyasi orientasiyası haqqında hökm verilsin. Buna görə də dostları – köhnə çekist yoldaşları və şəxsən “Müəllim” özü Sultan Əmirliyə məsləhət görür ki, özünün və Mədədin evində o taydan nə varsa, hamısını təcili yığışdırıb, əldən-ayaqdan uzaq, etibarlı yerdə gizlətsin və ya yandırıb məhv etsin... Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, o axtarış ərəfəsində “şeyx qardaşları”nın beş-üç həyanı, sirdaşı varmışsa, o həyan və sirdaşlardan biri də həmən “Müəllim” kliçkalı çopur, uzun adam imiş.

36 dəq

Başqa şairlərin şeirləri