Quyu
Səhifə 14 / 14 · 93%
Umudun xəyalındakı işıqlı, uzun mağar qəflətən qeyb oldu. Pirinin səsi onun qulaqlarında motosiklin gurultusuna döndü. Umud gördü ki, faranın sarımtıl işığı yolu güclə işıqlandırır. Motosikl bu çala-çuxur yolda elə sürətlə gedir ki, allah eləməmiş, təkərlər daş-kəsəyə toxunsa, Umud yıxılar, beyni burundan gələr. Umud sürəti azaltdı.
Heç vaxt onun ürəyi belə şiddətlə döyünməmişdi. Umudun canını qəribə qorxu almışdı, ancaq bu qorxunun səbəbini aydınca dərk edə bilmirdi. Sərin meh sir-sifətini döyəclədikcə onun ağlı-huşu özünə gəldi. İçini sızıldadan o qəribə qorxunun səbəbini Umud anlamağa çalışdı: Solmazı itirmişdi, Solmaza olan məhəbbətini itirmişdi: birdən-birə, qəflətən. Daha onu qarşıda böyük, xoş əzablar gözləmirdi.
Umud özünü bir boşluqda, bir heçlikdə sandı. Qəhərlənə-qəhərlənə fikirləşdi ki, Solmaz doğrudan da onun arvadı ola bilər. Əsli öz qızını yola gətirib onun evinə köçürə bilər. Ancaq belə asan məhəbbət Umudun nəyinə gərəkdir? Belə səadət buğlana-buğlana məcməyidə adamın qabağına gətirilmiş xörəyə bənzəməzmi?
Qurtardı! Hər şey qurtardı! Neçə ildən bəri Umudun ürəyini titrədən xoşqılıq hisslər də qurtardı! Umud indi içi boş, gövdəsi çürük bir ağacdır... Bütün günahlar Porsuq Piridədir! “Tutalım ki, Əsli mənim qayınanam oldu, Xalıq da qayınatam. Bəs onda Piri mənim nəyim olur?.. Solmazı alsam, Pirinin üzünə necə baxaram? Axı, Piri mənim...” Umud elə bil neçə günün qatmaqarışıq röyasından indicə ayıldı. İndicə başa düşdü ki, Porsuq Piri onun da şərəfini ayaqları altına salıb. “Atam düz demir. Dünyanın pis adamlara ehtiyacı yoxdur. Pislər düzləri də əyə bilərlər. Hər şeyi əyə bilərlər. Hətta, Yer kürəsini də”.
Umudun üzü islanmışdı. Umud ağlayırdı, ancaq Umuda elə gəlirdi ki, onun gözlərini yaşardan sərin küləkdir. “Əgər o quyu olmasaydı. Dədəm o quyunu qazmasaydı... Quyunu doldurmaq lazımdır!.. Elə bu gecə... Bu saat...” Atasının sözlərini xatırlayanda Umud qərarından əl çəkdi. “Bu quyu məndən yadigar qalar. Dədən yadına düşəndə gəlib baxarsan. Balalarına da göstərərsən. Deyərsən, bu quyunu babanız qazıb”.
Motosiklin sürətindən Umudun xəbəri yox idi. Umud yol-rizi görmürdü. Gözlərinin qabağında Xalığla Piri yan-yana dayanmışdı. Motosikl irəlilədikcə onlar da uzaqlaşırdılar. Umud onlara çatmağa tələsirdi. “Çox də məndən böyüksünüz! Çox da məndən güclüsünüz! Mən sizə göstərərəm! Göstərərəm! Göstərərəm!”
Faranın işığı hündür daş hasarın diş-diş divarına toxunub yayıldı. Divarın qəflətən ucaldığını, yaxınlaşdığını görəndə Umudun gözləri böyüdü. Motosikllə divarın arasında üççə addım yol vardı. Umud əllərini sükandan buraxıb özünü yerə atdı. Divardan gurultu qopdu. Dəmir danqıldadı, şüşə cingildədi, aləm qaranlığa qərq oldu.
Umud canındakı şiddətli ağrıdan huşunu itirhaitirdə bir səs eşitdi: daş hasarın o tərəfində, Xalıqgilin həyətində it hürürdü.
Deyəsən, Patron qayıdıb gəlmişdi.
Kitabxana.az · https://kitabxana.az/works/isi-melikzade-quyu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
Küçələrə su səpmişəm...Xəlil qapıdan girəndə arvadı təəccübləndi; Xəlilin vacib işi olmasaydı günortalar evə gəlməzdi. Teybə çox vaxt axşam xörəyindən saxlayıb çörəyin arasına qoyar, onu qəzetə yaxşı-yaxşı bükərdi. Xəlil də səhər evdən çıxanda həmin bükülünü qoltuğuna vurardı. Aparmaq üçün fərqli xörək olmayanda Xəlil günorta hamamın yanındakı yeməkxanaya gedərdi. Bir də ki, onun yeməyi nə idi? Uşaq kimi, dörd yarpaq dolması onu xirtdəyəcən doyuzdurardı. Teybə yeddi il idi ki, onunla bir damın altında yaşayırdı və bu yeddi ildə Xəlilin istirahət günlərindən başqa günortalar evdə tikə kəsdiyini görməmişdi.Teybə ərinə nəzər saldı və qorxdu. Xəlilin arıq, uzunsov sifəti bozarmışdı. Damağındakı “Kazbek”in islanmış kötüyünü çeynədikcə batıq ovurdları tərpənirdi. Qıyılmış xırda gözləri otağın künc-bucağında nəsə axtarırdı. O, papirosun kötüyünü dişləyib tüpürdü.
Dədə palıdKürün sağ yaxasında yaşıl zolaq kimi uzanıb gedən meşədə Bağır düz iyirmi il idi ki, gözətçi işləyirdi. Ən uca, ən qoca palıdın otuz-qırx addımlığında balaca bir koma qaralamışdı və Bağır bu komada olanda ən uca, an qoca palıdın hənirini eşidirdi. Hərdən Bağıra elə gəlirdi ki, bu meşədə qoca palıddan savayı acac yoxdur və Bağır iyirmi ildir ki, yalnız bu ağacın keşiyini çəkir.Bağır bu palıdı hər gün görürdü; səhərdən axşamacan onun yanından bəlkə yüz dəfə ötürdü. Onun kölgəsində süfrə açırdı, dincəlirdi. Bürkülü gecələrdə bəzən elə buradaca – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. Bu palıd Bağırçın dünyanın özü qədər qədim idi, əbədi idi. Bağır bu palıdın bozumtul, çat-çat gövdəsinə kürəyini bəlkə min dəfə, milyon dəfə söykəmişdi, ancaq elə bil palıdın təpəsinə baxmamışdı, fikir verməmişdi. Yəqin ki, baxmışdı, amma Bağır bu gün, bu yay səhərində gördüyünü əvvəllər görməmişdi.
Başqa şairlərin şeirləri
Gecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Əlli il yaşadımƏlli il! Bəsimdir orta bir ömür,Taleyin hökmü də vaxtını bilir.
Qəzəl: Aftabi-aləmi-candır ruxi-zibayi-dostAftabi-aləmi-candır ruxi-zibayi-dost,Rövnəqi-bağı-candır hüsni-bihəmtayi-dost