Mənim adi günlərim
Siz ey adi günlərim,Tərk etdikcə məni siz,Ötənlərə baxıram,Axıram, hey axıram.Mavi gözlər bir dəniz.Deyirəm ləpələrin
Zərif yelpinci olam.Bələkə tutqun bir qəlbinAdi sevinci olam.Bunsuz söylə, kiməm mən?Hökmü yüngül, vəzni yox,Adi bir hakiməm mən.
Mənim adi günlərim.Ey təzadlı günlərim.Ey adsız,Ey qanadsız,Ey qanadlı günlərim.Dalğadan baş qaldırır,Qaya ucalmaq üçün.Süni ucalmaq hissiMənə heç yaraşmayır.Zirvələr baş qaldırır,Aya ucalmaq üçün.Yöndəmsiz ucalandanXalqıma kar aşmayır.Mənim adi günlərim,Sizə qurban kəsim mən.Siz kişi günlərsiniz,Üstünüzdə əsim mən.Əsim mən yarpaq kimi,Tökülüm mərdanə mən.Dostların ürəyindəQoy olum durdanə mən.Siz bəzən hafizəmdə,Qarışıq günlərsiniz.Bəzən şıltaq, rəhmli,Barışıq günlərsiniz.Mənim adi günlərim,Ey şəfəqli günlərim.Bir-birinə bənzəməz,Siz ey fərqli günlərim,
Siz sükutun,Mən sözünAyrıcında üşürəm.Söz xəmirim yoğrulmasa,El saçından üşürəm.Gür işıqda sönərəm.Bir zülmətə dönərəm,Yox olaram, itərəm...Düşmənlərim gülməsin,Məni aciz bilməsin,Yenə də baş qaldırıbTorpağımda bitərəm...Açaram çiçək kimi,Vuraram ürək kimi.Sükutla yoxdur aram,Döyünərəm, susmaram.
Mənim adi günlərim,Um-küsülü,Bükülü,Ey açılı günlərim.Ey dadlı,Ey nabatlı,Ey acılı günlərim.Siz asta getsəniz də,Ömrümdən düşürsünüz.
Gəlin can otağıma,Yel dəyər üşürsünüz.Elə günlər olub ki,Hamıdan seçilmişəm,Elə vaxtlar olub ki,Sizi boş keçirmişəm,Utanmışam əqrəblərOn ikiyə çatanda.Qızarmışam, ilhamımGül yastıqda yatanda...
Mənim adi günlərim.Dili bütöv günlərim.Həlim,Qaba,Mehriban,Hərdən köntöy günlərim.Ey toylu,Yaslı,Qəmli,Üzəgülər, sitəmli,Qeyri-adi günlərim;Siz mənə əzizsiniz.Ey təzadlı günlərim,Mənim adi günlərim...
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-menim-adi-gunlerim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən səni eşqimə yeganə sandım,Dolandım başına pərvanə kimi.
Sevərlər səniMüğənni ən incə teli gözləyər,Nəğmə gözəllikdir – ona göz dəyər.
QızlarQara qaşlı, qara gözlü qızların,Nəğməsinə xoş nəğmələr qarışdı.
Kim ki, ürəyinə arxalanmasaZərli albomunu açıb təbiət,Göstərir ecazkar lövhələrini.