Qızlar
Qara qaşlı, qara gözlü qızların,Nəğməsinə xoş nəğmələr qarışdı.Göy ətəkli, bol məhsullu düzlərin,Sinəsində neçə ürək alışdı.
Qapıb sübhün zərif duman tülünü,Səhər mehi dağ döşündə itirdi.Göy kolların qozasını, gülünü,Bizim qızlar nəfəsilə yetirdi.
Açdı, saçaq-saçaq oldu qozalar,Göy kolların gümüş teli parladı.Deyirlər ki, payız fəsli boz olar,Şimşək çaxdı, göy üç dəfə gurladı.
...Göyə baxdı bu qızların qəşəngi,Onun şəhla gözlərinin bu odu, –Xəncər kimi parçaladı buludu,Güldü günəş, – güldü göylər çələngi.
Al şəfəqlər içdi büllur şehləri,Yenə kollar ağ örpəyə büründü.Yaraşıqlı doğma vətən çölləriİndi daha məlahətli göründü.
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-qizlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Hər nəfəsdə rəqabət göstərən bu cəld fələk,Hər pərdədə göstərir min oyun, min bir kələk.
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
İlin fəsilləri dörddürQar gedər, yer açılar,Göydən yağış saçılar,
Bizləri məfluk edən hər adəti-millətimiziBizləri məfluk edən hər adəti-millətimiziƏcnəbilər daima teyibü təiin eyləyir.