II fəsil, 1
Səhifə 2 / 2 · 50%
– Nə istəyirsən?
– Bəyə sözüm var.
Nökər səsini bəyin eşidəcəyindon qorxurmuş kimi az qala pıçıldadı:
– Görmürsənmi, bəyin qonağı var.
Doğrudan da ikinci mərtəbənin eyvanında stol açmışdılar. Sarı mis samovar da bir tərəfdə poqquldayırdı.
Halay bəyin yanında oxuyan maşın var idi. Nəsə oxuyurdular. Mənim gözümə nə oxuyan maşın görünürdü, nə da mahnı eşidirdim. Ürəyimdə deyirdim ki, nə olaydi Allahın altında o süfrədəki yeməklər bizim evdə olaydı, samovar da böyründə. Uşaqları doyunca yedizdirib, üstündən də hərəsinə bir stəkan çay verəydim. Elə özüm də çaydan doyunca içərdim.
Üzümə salıb içəri girmək istədim, amma nökər döşümdən geri itələdi. Deyəsən, Halay bəyin gözü bunu aldı. Elə eyvandan nökəri səslədi;
– Aya, bala, nə olub orda?
Nökər hünər edibmiş kimi gur səslə dilləndi:
– Bir adamdı, sizi görmək istəyir, arama buraxmıram.
– Niyə?
– Axı qonağınız var.
– Nə olar, burax gəlsin.
Nökar geri çəkildi, mən qorxa-qorxa içəri girdim, həyətin ortasına çatanda gördüm ki, Halay bəy pilləkəni enib qabağıma gəldi.
– Mənə nə sözün var, bala?
Boğazım qurudu. Xeyli dillənə bilmədim. Elə bil lal idim. Halay bəy üzümə baxıb gülümsündü və mənə ürək-dirək verdi:
– Utanma, bala, nəyə gəlibsən, de.
Mən udquna-udquna sözə başladım:
– Halay bəy, məni çevir balalarıyın başına. Əyər mümkünsə, mənə bir-iki çörək ver. Uşaqlar üç gündü damın altında acdılar. Kəndimizdə gümanım bircə sizə gəldi. Ona görə, qapınızı döydüm, Siz olasınız o bir Allahınız, məni balalarımın yanma əliboş, üzüqara qaytarmayın.
Mənə elə gəldi ki, bəyin gözü yaşardı, səsi də titrədi.
– Yaxşı, bala, elə şeydən ötrü köyrəlmə. - Diqqətlə çiynimdəki balaca beybəyə baxdı. - Bə çörəyi nədə aparacaqsan? Bir iri qab gətirəmmirdinmi'? - Dönüb kimisə səslədi. - A bala, ordan bir xurcun gətirin.
Aradan bir az keçmiş hər iki gözü dolu naxışlı xurcunu gətirib çiynimə aşırdılar. Bəy üzümə baxıb gülümsünürdü.
– Apara biləcəksənmi?
Key kimi idim. Çaşıb qalmışdım. Nə edəcəyimi bilmirdim. Birdən əyilib bəyin əlindən öpmək istədim. Qoymadı.
– A bala, kömək eləyin, yola salın.
Mən ayaqlarım dolaşa-dolaşa darvazadan uzaqlaşanda hiss etdım ki, Halay bəy ikinci mərtəbənin eyvanında dayanıb arxamca baxır...
Evdə xurcunu açanda gördüm ki, bir gözündə təndir və xamralı çörəyi, o biri gözündə isə yağ, pendir, hətta qənd, çay da var. Arvad tez ortaya süfrə saldı, isti çörəklərdən kəsib uşaqlara verdi, uşaqlar çörəyin arasına pendir doldurub dürmək elədilər. Biz özümüzün də ac olduğumuzu yaddan çıxartdıq. Uşaqların acgözlüklə çörək yediyini, rənglərinin özünə gəldiyini görəndə ürəyimiz rahatlandı. Arvad başındakı şalın ucu ilə gözünün yaşını silib ayağa durdu, hətta çay da qoydu. O gün uşaqların da, özümüzün də qarnı doydu. Axşamüstü qara damımızın qapısında bir araba dayandı. Arabada üç çuval var idi. Arabadakılarnan köməkləşib çuvalları çardağın altına düşürdük. Gələnlərdən biri bayaq məni darvazadan içəri buraxmayan idi. O, gülümsündü və astadan dilləndi:
– Çatdımı?
– Allah onun ömrünü uzun eləsin, çatdı da, artıqdı da.
Həmin taxılla dul bacımın özünü də, yetim uşağını da yaza çıxardım. İndi özünüz deyin, Kabı dayı, adam belə yaxşıbğı unuda bilərmi?
Kəsəmənli bir xeyli fikirli-fikirli, gözləri yol çəkirmiş kimi lal-dinməz oturdu. Sonra ayağa durub pəncərəyə yaxınlaşdı. Frençinin cibindən gümüş papiros qutusunu çıxartdı. Papiros yandırıb iki dəfə ciyəri dolusu nəfəs aldı. Ağ tüstü layları otağı bürüdü. Duman çəkildikdən sonra, gözünü şəhərin kənarı ilə axan çaya, kəndlərə doğru uzanan yollara zillədi. Onu fikir götürmüşdü. Çekanın mərkəzdən göndərdiyi Fətullayev hər yerdə, hər adamın simasında müzür ünsür görürdü. Kim əlinə keçirdisə, ən ağır cəza verməyə çalışırdı. Qəzada qaçaqların sayı getdikcə çoxalırdı. Gözəgəlimli kişilər tüfənglərini götürüb meşələrə, yaylaqlara üz tuturdular. Elə biri - Halay bəy. Vaxtilə Qori müəllimlər seminariyasında oxumuş bu adam bütün ömrü boyu müəllimlik etmişdi. Riyaziyyatı gözəl bilirdi. Kəsəmənlinin uşaqlıq dostu, məktəb yoldaşı idi. Qoridə bir yerdə oxumuşdular. O zaman Kəsəmənli tələbə yığıncaqlarında iştirak edirdi. Halay bəyi də öz cərgələrinə qoşmağa çalışırdı. Amma Halay bəy heç nəyə qarışmır, "Mənim yolum maarifçilik yoludur" deyirdi. Doğrudan da, Halay bəy sonradan müəllimlik etmiş və qəza mərkəzində açılan məktəbdə dərs demişdi. Amma Kəsəmənli eşidirdi ki, yığıncaqlarda cavan müəllimlər, tələbələr onu tez- tez sıxışdırırlar, bəyliyin nümayəndəsi kimi tənqid atəşinə tuturlar. Kəsəmənli onu yanına çağırmağa hazırlaşırdı ki, Halay bəy bir gecə yoxa çıxdı. Onun sorağını dağlardan - qaçaqların dəstəsindən aldılar. İndi də bu yazıq Kərəməli ələ keçmişdi.
Kəsəmənli pəncərənin önündən çəkilib Kərəməliyə baxdı.
– Qalada paltar-palazın varmı?
– Dərziyə köç dedilər, iynəsini yaxasına taxdı. Nəyim vardı əynimdədi. Kəsəmənli yazı masasına yaxınlaşıb zınqırovu cingildətdi. Milisioner dərhal içəri girdi.
– Dustağı apar qalaya, kağız-kuğazlarını al gətir bura.
Kərəməli gözlərini təşviş içində Kəsəmənlinin üzünə zillədi. Sifəti kətan kimi avazıdı. Bunlar Kəsəmənlinin qan sağılmış gözlərindən yayınmadı. O hiss etdi ki, bayaqdan özünü şax aparan Kərəməlinin bədənindən gizilti keçdi, titrədi. Kəsəmənli ayılan kimi oldu və ani olaraq düşündü ki, dustağı hara göndərir? Milisioner Kərəməlini qapıdan çıxarthaçıxartda onu saxladı və dustağı geri qaytardı.
Elə bu vaxt masanın üstündəki dəstəkli telefon cingildədi. Kəsəmənli dəstəyi götürdü.
– Allo, eşidirəm. Mənəm, Abdal qağa.
– Başın çox qarışıqdı?
– Nə olub ki?
– Yenə orda işləri nə qarışdırıbsan? Təcili qəza firqə komitəsinə gəl.
– Baş üstə. Deyəsən, yenə araya girən var'?
– Sorğu-suala başlama, bura gəl, bilərsən.
O, astaca dəstəyi yerinə qoydu və hiss etdi ki, barmaqları titrəyir. Qan sağılmış gözləri bir az da qızardı və heç nə görmədi. Çiyni bir-iki defə qalxıb endi. Başı azacıq titrədi. Kişinin halının birdən-birə dəyişdiyini görən Kərəməli dərhal su qabını doldurub Kabı kişiyə verdi. Kişi suyu bir nəfəsə başına çəkəndən sonra azacıq sakitləşdi və özünü ələ almaq üçün yazı masasına dirsəklənərək başını qollarına söykədi.
Küncdəki iri kəfgirli saat əsəbləri yumşaldan məlahətli səslə astadan danqıldadı. Elə bil bu səs Kəsəmənlinin əsəblərini sakitləşdirdi. O, ayağa durub üst-başını səliqəyə saldı, bir xeyli otaqda gəzindi və əvvəlki təmkini özünə qayıtdı.
Qapıdakı milisionerləri içəriyə çağırdı.
– Bax, mən gedirəm. Bu dustağı sizə tapşırıram. Kim gəlir-gəlsin, kim nə əmr verir-versin, heç nəyə, heç kəsin sözünə baxmazsınız.
Onun başından bir tük əskik olsa, özünüzü ölmüş bilin.
Kərəməlini içəri saldılar...
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-olen-dunyam-ii-fesil-1
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səhərə yaxın onların arabasını kiçik bir qəza dəmiryol stansiyasının ucqarında qatarlaşan qələmələrin kölgəsində, ehtiyat yolunda dayanmış vaqonların yanında saxladılar. Keşikçilər arabanın ətrafında fırlanaraq, içindəkilərə düşməyi əmr etdilər. Mürgüləşən uşaqlar, arvadlar oyandılar və bir xeyli harada olduqlarını başa düşmədilər.Bütün yolboyu gözünü qırpmayan Güllü xanım yuxusunu dağıtmaq üçün azacıq dikəlib gərnəşdi və arabadan yerə düşdü. Toz-torpaqlı yük vaqonları deyəsən çoxdan dolmuşdu. Güllü xanım hiss etdi ki, yaxın kəndlərdən sürgünə göndərilənləri erkəndən gətirmiş və vaqonlarda yerləşdirmişdilər. İndi qapıları kip bağlanmış vaqonların ağzında gəzişən tüfəngli keşikçilərdən başqa heç kəs yox idi.
IX fəsil, 4Qatar 3 gün, 3 gecə yol getdi. Vaqonun havası kəsifləşdi. Yolboyu içəridən qapını ha döydülər, ha xahiş etdilər, onu bir azca açsınlar, ancaq bayırdan bircə cavab eşitdilər: "Ne polojeno". Güllü xanım bu sərt sözlərdən başa düşdü ki, indi qatarı müşayiət edənlər züllə papaq əsgərlərdi. Onlar "Ne polojeno" deyə qışqırdıqları zaman vaqonların ağzında itlər səs-səsə verib hürüşüb taxtaları cırmaqlayırdılar. Qatar hərdənbir hardasa dayananda belə qapını açmayan əsgərlər hirslənib tüfəngin qundağı ilə qapını döyəcləyib hətta camaatı qorxutmaq üçün göyə atəş də açırdılar.Bir həftədən sonra Güllü xanımgil başa düşdülər ki, heç yerdə vaqonlar dayanmayacaq və abır-həya itəcəkdi.
IX fəsil, 5Onları meşə kənarındakı ucqar bir stansiyada vaqondan düşürdüb, dörd təkər arabalara doldurdular və meşənin dərinliyinə gətirdilər. Burada ətrafı tikanlı məftillərlə çəpərlənmiş daxmalar var idi. Gələnləri daxmalara bölüşdürdülər.
X fəsil, 1Kəsəmənlinin atlı dəstəsi Naltökən yaylağına qalxırdı. O bilirdi ki, bu il də kənd camaatı Noylu bulağın üstündə dəyələrini qurmuşlar. Onun məqsədi həmin dəyələrin həndəvərində dolaşan, bir təhlükə olan kimi qaçıb meşələrdə daldalanan qaçaqların başçısı Halay bəylə görüşmək idi. Halay bəy heç kəsə dəyib-toxunmadığından özündən arxayın idi və binələrin ətrafında başını girləyirdi. Kəsəmənli bu yaşlı və gözəl müəllimin nə üçün çöllərə düşdüyünü tam aydınlığı ilə anlaya bilmirdi. Qəzada qaçaqların sayı çoxalırdı. Belə getsə, kəndlərdə hörmətli adam qalmayacaq, hamısı meşələrə, dağlara çəkiləcəkdi.Kəsəmənli qərara almışdı ki, Halay bəyi üzə çıxartsın. Elə bu məqsədlə də yaylağa qalxırdı. Yollar qorxulu idi. Kəsəmənli öz dəstəsi ilə meşənin xəlvəti cığırları ilə irəliləyirdi. Yaylağa qalxdıqca hava təmizlənir və adam nəfəs almaqdan doymurdu. O, əvvəllər el yaylağa köçəndə dağa qalxar və ellə birlikdə arana dönərdi. Amma neçə il idi ki, bu tərəflərə ayaq basa bilmirdi.
Başqa şairlərin şeirləri
Əqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
QalmışamAy ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.
Maral gözlümAh çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,