VII fəsil, 1
Gecədən xeyli keçmişdi. Göyün üzündəki ulduzlar elə bil yazın belə tez və isti gəlməsinə sevinib sayrışırdı. Həmişə səksəkəli yatan şəhər bu gecə də narahat idi. Küçələrdə at ayaqlarının tappıltısı eşidilir, arabir təkəm-seyrək gözə dəyən keşikçilər görünürdü. XI rus-bolşevik ordusu bir aya yaxın idi ki, Gəncə şəhərini zəbt etmişdi.
Çay sahilində yerləşən zirzəmilərin birindən solğun işıq gəlirdi. İçəri zabitlərlə dolu idi. Bakıda müsavat hökumətinin devrilməsindən sonra təslim olmaq istəməyən zabitlər Gəncədəki narazı hərbiçilərlə birləşmişdi. İndi onlar gizlin məşvərətə yığışmışdılar. Məşvərətə Azərbaycan hökuməti dövründə Gəncə hərbi qarnizonun rəisi vəzifəsini icra edən Cavad bəy Şıxlınski və Gəncə atıcı alayının komandiri polkovnik Cahangir bəy Kazımov rəhbərlik edirdilər.
O vaxt Əmrah general Cavad bəy Şıxlinskinin yavəri idi. Hər şey indiki kimi yadındadır. General onu tez-tez zabitlərin arxasınca göndərirdi. Əmrah Cavad bəyin tapşırığı ilə keçmiş şəhər komendantı general-mayor Məmməd Mirzə Qacarı, qaçaq Sarı Ələkbəri, qaçaq Qənbəri, Topalhasanlı Cabbarı tapıb məşvərətə gətirdi. Başqa general və yüksək vəzifəli zabitlər də gəldilər. Hamının toplaşdığını görən general Cavad bəy zabitlərə oturmağı təklif etdi və özü də üstündə şəhərin xəritəsi olan yazı masasının arxasında oturdu. Aralığa xeyli sükut çökdü. Cavadbəy xəyalında nəyi isə ölçüb-biçdikdən sonra sözə başladı:
– Ağalar, XI Qızıl Ordunun bolşevikləri bizə yalan satmışlar. Xəlil Paşa da bizi inandırmışdı ki, rus qoşunları bizim ərazidən keçib Türkiyəyə İstanbulu müdafiəyə gedir. Bosfor, Dardanel təhlükə qarşısındadı. Biz bu ordunun tezliklə Türkiyəyə getməsinə kömək etməliyik.
İndi isə bir aydi ki, Gəncədədirlər. Belə getsə, biz öz istiqlaliyyətimizi itirəcəyik. Ona görə də polkovnik Cahangir bəy Kazımovla belə qərara gəlmişik ki, Gəncəni üsyana qaldıraq. Sizi də bu məqsədlə məsləhətə çağırmışıq. Fikriniz nədir?
İçəridə oturan generallar və başqa hərbiçilər çiyinlərindən ağır yük götürülmüş kimi dərindən nəfəs aldılar.
– Biz bunu çoxdan gözləyirdik.
– Elə isə vaxt itirməyək, - deyə Cavad bəy sözünə davam etdi.
– Cənab general Məmməd Mirzə Qacar, şəhərin istehkamlarının hazırlanması, müdafiə xətlərinin möhkəmləndirilməsi, köhnə şəhər komendantı kimi məhəllələrin, küçə və dalanların hazırlanması və istehkama çevrilməsi sizə tapşırılır.
– Siz isə, - deyə general üzünü Sarı Ələkbər və Qaçaq Qənbərə tutdu. - Öz dəstənizlə əhalini ayağa qaldırmalı və döyüşə aparmalısınız. Səngərlərin silahlar və mərmrlərlə təmin olunmasını isə Topalhasanlı Cabbara tapşırırıq. Bütün bunlardan əvvəl daha təcili görüləsi iş var. Bu haqda polkovnik Cahangir bəy Kazımovun sizə sözü var.
Bayaqdan deyilənlərə səbirsizliklə qulaq asan və vaxtın itiriləcəyindən qorxan polkovnik dərhal ayağa durub izaha başladı.
– Ağalar, bizim ordumuzun 1800 nəfəri bolşevik ordusu tərkibindədir. Rus bolşevikləri Azərbaycan ordusunu yenidən təşkil etməyə vaxt tapmayıblar. Ona görə də, milli ordunun məşhur generalı Məmməd Mirzə Qacarı diviziyanın təchizat şöbəsi rəisi vəzifəsində saxlayıblar. Hətta Mirzə Qacar şəhərin komendantıdır. Bu bizim xeyrimizədi. Demək, bolşevik ordusu tərkibində tərəfdarımız var. İndi mayın 23-də Bakıdan XI Ordunun Gəncəyə göndərdiyi komanda heyəti şəhərə gələrək dərhal hərbi hissələri yenidən təşkil etməyə başlamışdır. Onlar komanda hissəsini tamamilə təzələyirlər. Bütün köhnə zabitləri işdən götürür və yenisi ilə əvəz edirlər. Bir sözlə, rus ordusunun tərkibində bu saat böyük hərc-mərclik və başsızlıq var. İndi əsl fürsətdir. Ona görə də, elə bu gecə, bu saat işə başlamaq lazımdır. Hamıya əmr edirəm, təcili olaraq öz hissələrinizi ayağa qaldırıb nəzərə çarpmadan bolşeviklərin kazarmasını ələ keçirmək və şəxsi heyəti həbs etmək lazımdır.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-olen-dunyam-vii-fesil-1
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O, yuxudan ayılan kimi əlini yaslığın altına uzatdı və naqanın dəstəyini ovcunda hiss edib sakitləşdi. Yorğanı üstündən atıb çarpayıda oturdu və ayaqlarını salladı. Paçasının arasına və dizlərinə qara dəri tikilmiş qalife şalvarını soyunmamışdı, corablarını da çıxartmamışdı. Tələsik uzunboğaz xrom çəkmələrini geyindi, naqanı şalvarının cibinə qoyub gərnəşdi. Otağın küncündəki əl-üz yuyulana yaxınlaşdı, lüləyi açıb möhkəm yuyundu. Dəsmalla qurulandıqdan sonra gəlib frenç pencəyini geyindi. Yaxasının düymələrini, iri döş və yan ciblərinin ağzını bağladı, kəmərini qurşadı, çalın-çarpaz qoltuqaltılarını çiynindən aşırdı, patron daraqlarının yerində olub-olmadığını yoxladıqdan sonra naqanı qoburuna qoydu, onaçılanı isə yanından salladı. Adəti üzrə mauzerin taxta qoburuna bərkidilmiş qızıl lövhənin üstündəki yazıları oxudu. Bu onaçılanı ona Zaqataladakı qaçaqlarla döyüşlərdə göstərdiyi şücaətə görə vermişdilər. Onun göy gümüşü və şabalıdı rəngli buxara papaqları olmasına baxmayaraq iri, dəyirmi, boz saçaqlı papaq geyinərdi. İndi də elə elədi. Bu papağı geyinəndə elə bil çiyni bir az da enlənir, qan sağılmış gözləri adamı qılınc kimi kəsir, qarşısındakıları vahimələndirirdi. Çox vaxt saçaqlı papağın altından baxan baxışların nə ifadə etdiyini ayırd etmək olmurdu.Qapı astaca aralandı. Növbətçi milisioner əlində səhər yeməyi içəri daxil oldu. Küncdəki stolun üstünə yeməkləri səliqə ilə düzdü. Növbətçi getdikdən sonra o, söseyə yaxınlaşdı: soyutma yumurtanı, bal ilə qaymağı bir göz qırpımında yeyib üstündən bir stəkan südlü çay içdi. Üst-başını səliqəyə salıb iş otağına keçdi.
II fəsil, 2Qəza firqə özəyinin qapısında dayanan keşikçilər Kəsəmənlini görən kimi gülümsünüb ona yol verdilər. Kabı kişi üst-başını düzəltdi, saçaqlı papağını gözünün üstündən azca geri itələdi və şax addımlarla dəhliz boyu getdi. Üstünə qəza firqə özək katibinin adı yazılmış qapını aralayıb içəridəkilərə salam verdi. Firqə özək katibi Abdal kişi qaş-qabaqlı idi. Telefonda kiminləsə acı-acı danışırdı. O, dilucu salamı aldı və Kəsnmənliyə oturmaq üçün yer göstərdi. Kəsəmənli neçə aydan bəri qəzaya təhkim olunmuş Çekanın nümayəndəsilə qabaq-qənşər oturası oldu. O, adəti üzrə ayağını ayağının üstünə aşırmışdı. Biləkləri didilmiş qara tumac gödəkçəsinin ortasını enli qalın kəmərlə boğmalamışdı. Bir yandan naqanı, bir yandan da çantası sallanırdı. Başındakı papaq da nimdaş idi. Bircə ulduzdan başqa. Elə bil ulduzu qəsdən seçmişdi; hər gün tozunu alıb papağının alnına yapışdırırdı.Onların baxışları ani olaraq toqquşdu. Kəsəmənliyə elə gəldi ki, Fətullayevin gözlərində qıvrılıb yatan ilan fısıldayıb ayıldı və qarşısındakı adamın üstünə atılmağa hazırlaşdı. Fətullayev də Kəsəmənlinin gözlərində ildırım kimi şaxıyan amansız baxışları gördü. Lakin özlərini çox sakit apardılar. Kəsəmənli başa düşdü ki, onu buraya boş-boşuna çağırmayıblar.
II fəsil, 3Qapının ağzında domuşuqlu oturan uşaq Kəsəmənlini görən kimi ayağa durdu və hörmətlə ona salam verdi. Kabı kişi bu üstü-başı cırıq uşağın mərifətinə heyran qaldı. Ayaq saxlayıb onun tükü tökülmüş papağına, çiyinləri yamaqlı köynəyinə və didik-didik olmuş şalvarına baxdı. Uşağın ayağındakı çarığın burnu deşilmişdi. Çirkli corabı görünürdü. Amma özünü əkə-bükə kişi kimi aparırdı.– Kimi istəyirsən, bala?
III fəsil, 1Son vaxtlar Ömər koxanın yuxusu ərşə çəkilmişdi. Mal-qara tövləyə, xalxala salındıqdan, əl-ayaq yığışdırılıb kənd camaatı qapı-bacasına çəkildikdən sonra eyvanda xeyli oturardı. Qapı-bacalarda ləngiyən mal-qaranın mələşməsinə qulaq asar, Kürün bəri üzündəki tülkülərin, çaqqalların vaqqıltısını dinləyərdi. Çaqqal- tülkü yaman çoxalmışdı. Günün qulağı yaxıb qaranlıq düşməmiş cələyə yığışır və kəndə doluşmağa hazırlaşırdılar. Ömər koxa onlara sakitcə qulaq asır və görürdü ki, kənd itləri nəyisə qabaqlarına qatıb cələyə qədər qovurdular. "Bu qırılmışlar yaman çoxalıb. Az qalırlar evlərə doluşsunlar. Eh, zamana yaman dəyişib. Əvvəllər bizim kəndin həndəvərində ağzı qatılı canavarlar dolaşardı. İndi də çaqqal-maqqal dolaşır. Belə getsə, camaat özü də çaqqala dönəcək".Ömər koxa qaratikan kolundan düzəldilmiş gümüş örtüklü qəlyanını közərdir, fikrində dağı arana, aranı da dağa köçürürdü.
Başqa şairlərin şeirləri
Bir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
DağlarZinəti nərgizdən, tər bənövşədən,Al-yaşıl geyinib şad olan dağlar.