Səhifə 4 / 4 · 75%

Məzkur şahın qəzəbindən ehtiyat edib, Məstəli Şirvani əvvəlcə Şiraza və oradan Kirmana azim olur. Kirman hakimi İbrahim xandan çox iza və cəfalar çəkib axırda öz vətəni Şirvana müraciət eləyir və burada hicrətin 1236-cı tarixində--ki, miladın 1821-ci salına mütabiqdir,--evlənir. Amma vətənində çox vaxt sakin olmaq ona nəsib olmur. Təəhhülündən bir il sonra vəba naxoşluğu düşür və çox adamlar tələf olur. Məstəli əyalını götürüb İrana gedir. Bir az İsfəhanda və bəd Qum şəhərində sakin olur və burada öz "Səyahətnamə"sini yazır."

Abbasqulu ağa Qüdsinin zamanında Məstəli Şirvani Şirazda olurmuş və özü də həm ərkani-dövlət indində və həm camaat nəzərində möhtərəm və müəzzəz bir alim sayılırmış.

Burada adları zikr olunan məşhur qələm əhllərindən və üləmadan başqa Qafqaziyada hər bir əsr və zamanda sair möhtərəm və danişmənd şəxslər dəxi vücuda gəlibdir ki, özlərindən sonra əsərləri qalıbdır və o əsərlər cümlə ürəfa və ərbabi-kəmal indində məqbuldur. Mərhum Abbasqulu ağa onların tərcümeyi-hallarına dair məlumat verməyibdir; ancaq ismi-şəriflərini zikr etməklə iktifa edibdir. Şeyxlərdən məşhuru bunlar olub: "Səlyanda Əbuəli Rudbari Səlyani, Şabranda Şeyx Yaqub Çərxi, Qubada Şeyx Əbdülkərim və Şirvanda Baba Rüknəddin Şirvani. Üləmadan: Sidqullah Bərdəvi, Hənəfi Qarabaği, İbrahim Ərşi, Ağdaşda Bürhanəddin Ağdaşi, Şəkidə Əbdürrəhim əfəndi Şəkui, Məhəmmədəmin əfəndi, Əyyub əfəndi, Baba əfəndi, Şirvanda Axund Şərif Şirvani, Bakıda Axund Nəcəfəli Badkubeyi və Dərbənddə Mollaağa Dərbəndi.

Şüəradan: Nişat, Ağaməsih Şirvani, Mirzə Əsgər, Zülüla Şirvani Yusif Kosa, Asəf, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Mirzə Məhərrəm Məriz Qarabaği və Fətəli bəy hali Ziyadoğlu Gəncəvi.

Dağıstanda məşhur üləmadan bunların adları zikr olunur: Məhəmməd Qədəqi, İbrahim Ürəvi, Fazil İmaqi, Yusif Zərif Qumuqi, Davud Üsuli, Seyid Şünasi.

Yuxarıda isimləri zikr olunan şüəradan--ki, cümləsi xan əsrlərinə mənsubdurlar,--ən məşhuru Molla Pənah Vaqifdir ki, öz əsrinin və ondan sonra vücuda gələn bir çox şüəranın ustadı və pişrəvi olubdur. Sadə ana dilimizin şivəsində əvvəlcə şer yazan Molla Pənah Vaqif olubdur.

Kitabımızın əvvəlinci cildindən Molla Pənah dövrü başlanır. Çün Molla Pənah cavanlıq sinnindən əsl vətəni olan Qazax mahalını tərk edib, Qarabağ xanlığına hicrət eləyibdir və orada İbrahim xanın ən müqərrəb adamlarından birisi olub və ömrünün axırına kimi Qarabağda qalıb namü şöhrət qazanıbdır, ona binaən onun tərcümeyi-halına rücu etməkdən müqəddəm lazım bildik ki, yeni bina tutmuş Qarabağ xanlığının övzavü əhvalından şəmməi məlumat verək; bir halda ki, şairin sərgüzəştini Qarabağ xanlığının tarix və keyfiyyətindən ayırmaq olmaz və bundan maəda Şuşa şəhəri mənbeyi-fəzlü kamalat olub, bir çox mahir ədiblər və rəvantəb şairlər ərseyi-vücuda gətiribdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qasım bəy "Zakir" təxəllüs

Qasım bəy Zakir Qarabağın mümtaz nücəbalarındandır. Onun atası Əli bəy, Əli bəyin atası Şahverən bəy və onun atası Kazım ağadır ki, Şuşa şəhərinin banisi məşhur Pənah xanın doğma qardaşı Hüseynəli ağanın oğludur.Qasım bəy təvəllüd edibdir hicrətin 1199-cu tarixində--ki, tarixi-məsahiyyənin 1784-cü sənəsinə mütabiqdir, -- Şuşa şəhərində. Təlim və tərbiyəsi haman şəhərdə olubdur. Өz əsrü zamanının övsafü əhvalına görə çəndan elmü kəmal əxz etməyə müvəffəq olmayıbsa da, türk və fars dillərini layiqincə təhsil edibdir.

19251 saat 20 dəq
Qarabağ-Şuşa şəhəri

Sabiqdə Şuşa şəhəri Qarabağ xanlarının paytaxt şəhəri hesab olunurmuş. Bu şəhərin banisi Pənahəli xan olubdur. Şəhərin təmir və binası vaqe olubdur 1170-ci sənədə ki, tarixi-məsihiyyənin 1757-ci ilinə mütabiqdir. Bu şəhər əvvəlcə öz banisinin adı ilə adlanırmış. Pənahabad. Sonradan şəhərin üç-dörd verstliyində olan erməni Şuşa kəndinin adı ilə təsmiyə olundu. Pənah xan mərhum Şuşa şəhərini təmir və təsis edib, ətrafına möhkəm hasar çəkdirdi və sonra hamı xalqa müəyyən yurd və məkan göstərib, fəraqət dolanmaqlarına lazımi binagüzarlıq edibdir və yeni bina etdirdiyi şəhərin adı ilə gümüş pul zərb etdirdi--"Pənahabad" ki, rusların indiki gümüş üçşahılığı vəznində imiş.Məlum ola ki, Pənahəli xanın əsli qarabağlıdır və Sarıcalı qəryəsindəndir və Sarıcalı onun babalarından birisinin adı ilə--ki, Sarıcalı imiş,--təsmiyə olunubdur.

19257 dəq
Rafei

Bu şairin dəxi ismü nəsəbi və məhəllü məkanı məlum deyil. Şiveyi-lisanından Qafqaz əhli olduğu anlaşılır. Vaqifin müasirlərindəndir. Mürəbbeatından birisi zeyldə yazılır:Sən necə həmdəmsən, ey badi-səba,

19251 dəq
Seyid Əbülqasım Nəbati

Azərbaycan türklərinin müqtədir şairlərindən birisi də mərhum Seyid Əbülqasım "Nəbati" təxəllüsdür. Seyid Əbülqasımın vətəni Qaracadağda Üştibin, yaxud Üçdibin qəryəsidir ki, İran dövlətinə mütəəlliqdir və Muğan səhrasına yaxındır. Bu qəryənii abhavası mötədil və torpağı münbitdir. Əhalisi salamat və kargüzar olduğu üçün mürəffəhhal yaşayırlar. Vəli zəmanənin övzavü iqtizasından bixəbər və elmdən bibəhrədirlər, necə ki, dövləti-əliyyənin rəiyyətləri və rəncbərləri təmamən bu hal üzrə yaşamaqdadırlar.Seyid Əbülqasım təvəllüd edibdir tarixi-hicriyyənin on üçüncü əsrinin ibtidasında--Nəsrəddin şahın atası Məhəmməd şahın zəmani-səltənətində681. Bir qəsidəsində məzkur şahı belə tərif eləyir:

192530 dəq

Başqa şairlərin şeirləri