Adım anılmaz ki, vaxt darlığındaYazsanız, quruyar qələminiz də.Amma fikrinizin məzarlığındaTutun. Gərək olar son qəminizdə..

Olsun yatan baxtım sizə hədiyəVaxtı oyadanlar baxtı oyatmır.Adım cərgənizdən silinib deyəBircə əlinizin xınası çatmır..

Vaxtı yox, özünü göstərər saat,Vaxtı soruşdunmu özünü deyər.Mənəm dilinizin ucundakı ad,Bir gün dil yanılıb düzünü deyər.

Nə qalar varlıqdan yoxluğa? Bir heç,Geriyə qayıdan sonun əvvəli...Batı zamanında batsa da Kitej¹Hələ yer altından zəng səsi gəlir..

Qalacaq gələcək varisə adım,-Qığılcım qaralan qara daşdadı.Adımı unudan var isə, adımVaxta yanıq verən bir yaddaşdadı.

Məndə başa vursa ömrünü sürgün,Adlayıb yoxluqdan varlığa keçsəm...Allahım son versə hicrətə bir günBir gün Mədinədən Məkkəyə köçsəm,

Çıxsa yollarıma Kərbəla,Kufə,

Tanrı kəlamına ilk qatılanlar.Nə günə düşərdi bir təsadüfəAdım çəkiləndə dik atılanlar.

Canım da adımın ögey vətəni,Tükənən günləri bu gün, sabahda.Mənəm içinizdə suçunuz . Məni,Unutmaq da çətin, xatırlamaq da…

¹ Rus əfsanələrində adı tez-tez xatırlanan şəhər.Hələ də Nijeqorod quberniyasının Semyonov şəhərinin 40 km.uzaqlığındakı Vladimir kəndindəki vadini Kitejin qeyb olduğu yer kimi göstərirlər. Söylənənlərə görə şəhər Batının hücumları zamanı yer altına çəkilmişdir..İndi onun yerində böyük bir göl var.Və hərdənbir bəzi adamlar yer altına çəkilmiş bu şəhərin kilsələrindən gələn zəng səslərini eşidə bilir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Tərəddüdlər

Nə qədər üzmək olarilhamın məhəlli sularında,-

1 dəq
Ağacdələn, döy qapımı

Yolum hərdən-hərdən kəndimizə düşür. Orda anamdan ömürlü, məndən vəfalı evimiz hələ də tək-tənha savaşlardan geri dönməyən atamı gözləyir. Qapısı bağlı yetim,tənha evimiz. Bu dəfə payız çənində gəlmişdim ata yurduna. Həyətə çatar-çatmaz bir səs eşitdim, kimsə qapımızı döyürdü...Ayaq saxladım. Elə bil gəlişimi ayların, illərin şirinli-acılı xatirələri ilə qolboyun olan evimizə kimsə xəbər verirdi. Qapıya bir az da yaxınlaşdım, bir az da... Axı bu şərin şər vaxdı, payız çən-dumanında mənim gəldiyimdən kimsə xəbər tutmamışdı. Evimizdə isə taleyin gəzavü-qədərindən başqa kimsə yaşamırdı. Bəs elə isə kimsəsiz evin qapısını döyən kim idi? Ama bu səslər insan barmaqlarının səsinə bənzəmirdi, nəsə gaibanə bir səs idi. Payız sisi bir az da seyrəlmişdi...Sən demə qayğısız ağacdələn tənha evimizin əski, çürüməkdə olan qapısını dimdikləyirdi. O, kim idi? Bəlkə anamın ruhuydu,bəlkə atamın, bəlkə vaxdın, zamanın, ya bəlkə mənim arzularımın barmaqlarıydı ani gəlişimi yetim evimizə xabər verirdi.Ya bəlkə həqiqətən yem arayan ağacdələn idi, bilmədim. Gözümdə savaşlardan acı yadigar kimi dünya üzünə səpilən evlər canlandı, bir də təkcə ağacdələnlərin döydüyü qapılar...*Yol azıbsan bu payızın çənində

3 dəq
Vətən seçilməz

Dostu bu dünyada seçib taparlarDost-düşmən seçilər, Vətən seçilməz.

1 dəq
Hələ yaşamağa dəyər bir az da

Meşə çığırları dönüb bir çaya,Torpaq yağışlardan bəhrələnibdir,

1 dəq

Başqa şairlərin şeirləri