Aşıq ZülfiyəyəMən elə qədərin qəm səfiriyəm,Hələ açılmamış Əli sirriyəm,Bəlkə, yarıölü, yarıdiriyəm,Ay qızım, məni də bir ağız ağla.

Göylər götürərmi bu felakəti?Göllər göz yaşından azma ləkədir.Yoxsa, köksündəki saz məlaikədi,Ay qızım, məni də bir ağız ağla.

Kərəm oda düşər sən ağlayarsan,Çökər Ərzuruma çən ağlayarsan,Ağlasan, mənə də gün ağlayarsan,Ay qızım, məni də bir ağız ağla.

Dumanlı havada qərib qəmi var,Limana yetməyən sınıq gəmi var.Dərdimi çəkməyə bir özğəmi var,Ay qızım, məni də bir ağız ağla.

Köklə simlərini el qəmi üstə.Bülbülün feryadı gül qəmi üstəMemməd də Dilqəmdi, “Dilqəmi” üstə.Ay qızım, məni də bir ağız ağla.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət