Gülüşü nar danəsiKədəri payız çəni.O duman dağa çəkirÜrəyindən kəçəni.

Bir ucu bir ucunaBoğaz boyu gedər kiVə hər axşam sulardaGünün açdığı sərgi...

Sular sənə aratmazBənövşəni, nərgizi.Gözlərində GünəşinAxşam qürub sərgisi...

Nə var güzgüyə baxmağaƏgər güzgü dənizsə.Ölümün arxasıncaSaçındakı dən izsə...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar